International Business Times nəşri 115 ölkədə mayninqin (Bitcoin əldə edilməsi prosesi) gəlirliliyini təhlil edib və reytinq təşkil edib.
Xeberler.az İnformasiya Texnologiyaları İnstitutuna istinadən bildirir ki, birinci yerdə Venesuela dayanır. Məhz bu ölkədə bir Bitcoin əldə olunması daha ucuz başa gəlir.
Hesablamalar zamanı bir Bitcoin-in istehsalı üçün lazım olan elektrik enerjisinə dair orta xərclər götürülüb. Qiymət elektrik istehlakı məşhur mayninq qurğuları – AntMiner S7, S9 və Avalon 6 ilə hesablanaraq ABŞ dolları ilə götürülüb. Beynəlxalq energetika agentliyi tərəfindən verilmiş məlumatlar müqayisə olunaraq aydınlaşdırılıb ki, bir Bitcoin-in alınması Venesuelada cəmi 531 dollara başa gəlir.
Məlumata görə, Asiya ölkələri arasında elektrik üçün ən aşağı qiymətin olduğu Hindistanda bir Bitcoin 3274 dollar xərcləməklə əldə etmək olar. Çində bu məbləğ 3172 dollar təşkil edir.
ABŞ reytinqdə 4760 dollarla yalnız 41-ci yeri tutub. İslandiya və İsveçrədə bu məbləğ 4746 dollar təşkil edir. Böyük Britaniyada isə demək olar ki, bu rəqəmdən iki dəfə çox olacaq. ABŞ-ın şimal qonşusu Kanada isə min dollar qənaət etməyə imkan verə bilər – orada mayninq-fermalar bir Bitcoin-in əldə olunmasına 3965 dollar xərcləyir.
Cənubi Koreya mayninq üçün ən bahalı ölkələrin reytinqinə liderlik edir. Belə ki, burada bir Bitcoin-in əldə olunması 26 170 dollara başa gəlir.
Hesablamalara əsasən, Rusiyada bir Bitcoin-in alınması üçün orta qiymət 4700 dolları ötmür ki, bu da indiki məzənnəyə görə kifayət qədər yaxşı qiymətdir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri