“Danışan kitabxana”ya 29 mindən çox müraciət olub

13-06-2017 / 11:35

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən görmə qabiliyyəti məhdud insanlar üçün hazırlanmış “Danışan kitabxana”ya bu günə qədər 2 154 nömrədən 29 313 dəfə müraciət olunub.

Bu barədə Xeberler.az-a MHM-dən məlumat verilib.

Qeyd edilib ki, müraciətlərdə müasir, klassik və tarixi ədəbiyyat üstünlük təşkil edir.

“Danışan kitabxana” 100-dək peşəkar səviyyədə səsləndirilmiş kitabı dinləyicilərin ixtiyarına verib. Kitabxana vasitəsilə 8 janrda – şifahi, müasir, xarici, poeziya, tarixi, dini, uşaq və klassik ədəbiyyatı dinləmək mümkündür.

Həmçinin “Danışan kitabxana”ya avtomatik rejimdə işləyən (1541) xüsusi telefon xidməti vasitəsi ilə 24 saat ərzində müraciət etmək olar. Müraciət edən istifadəçi istənilən vaxt dinləməni dayandıra və bir müddət sonra dayandırılmış hissədən dinləməyə davam edə bilər.

Məltəm Talıbzadə


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə