Dell hər cür çətin şəraitdə işlədilə bilən, toza, palçığa, yağışa, günəş işığına, zərbəyə davamlı dizüstü kompüter istehsal edib.
Latitude E6400 XFR adlı model Dellin bu sahədəki mühəndislik təcrübəsini də tam mənasıyla əks etdirir. Dellin xüsusi Ballistic Armor Protection System (Ballistika Zireh Qoruma Sistemi) sayəsində həm gündəlik, həm də səyyar şəraitlərdə işlədilə bilir. PrimoSeal texnologiyalı Latitude E6400 XFR sinifindəki digər bütün dizüstü kompüterlərə görə ən yüksək cəmi Ingress protection rating – (Xarici maddə girişinə qarşı qoruma )-balına sahibdir. (IP65). PrimoSeal texnologiyası ilə, toz və maye girişinə qarşı ən yüksək qorumaya malikdir. Latitude E6400 XFR çətin şərtlərdə işlədilmək üçün nəzərdə tutulmuşdur. Zərbələrə qarşı iki qat daha çox dayanıqlıdır.
Ballistic Armor Protection (Ballistika Zireh Qoruma Sistemi) sayəsində Latitude E6400 XFR, 120 santimetrdən düşmə testində mükəmməl qorunan ilk cihazdır. QuadCool Thermal Management System - (İstilik Rəhbərlik Sistemi) sayəsində XFR, həddindən artıq isti mühitlərdə işlədilə bilir. Dell uzun ömürlü və xarici sahə şərtlərinə uyğun batareyalar, ExpressCharge xüsusiyyəti ilə daha sürətli şarj müddəti təmin edir. Etibarlı və sadə kilidlər və PrimoSeal xüsusiyyəti sayəsində nəmli, yağışlı ya da tozlu mühitlərdə fövqəladə qoruma təmin edir. Günəş işığından qorunan LCD ekranı, hard disklər zərbəyə də davamlıdır.
Dell ən çətin anlarda işlətmək üçün lazım olan son texnologiyanı bu kompüterdə cəmləşdirib. Latitude E6400 XFR ardıcıllığı mühəndislər üçün nəzərdə tutulmuş, mükəmməl dayanıqlı ilk cihaz sayıla bilər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri