Previous Next
Bağla

CityNet artıq Delta Telecom-dan internet almır

07-04-2016 13:49
CityNet artıq Delta Telecom-dan internet almır

Bir müddət əvvəl məlumat verdiyimiz kimi,  Nar ölkənin ən iri sabit internet provayderindən biri olan CityNet-i satın aldı.

Bu birləşmə nəticəsində Nar  “Nar-CityNet” brendi altında CityNet tərəfindən təklif edilən məhsulların siyahısını innovativ telekommunikasiya və əyləncə xidmətləri ilə genişləndirməyi nəzərdə tutur.

Bununla da, şirkətlər  müştərilər üçün daha əlverişli və sərfəli şərtlərlə mobil və sabit internet xidmətlərinin birgə təqdim olunduğu paketlər təklif edəcəklərini açıqladılar.

Məlumat verdiyimiz kimi, Azərbaycana interneti əsasən iki şirkət, Delta Telecom və Azərtelekom şirkəti gətirir. Qonşu ölkələri də internetlə təmin edən Delta Telecom şirkəti ölkə internetinin 90%-ni təmin edir.  

Ötən yazımızda da vurğulamışdıq ki, yuxarıda qeyd olunan  birləşmə nəticəsində əvvəllər Delta Telecom-dan internet alan CityNet və Uninet Nar-ın tərkibinə daxil olandan sonra, güman ki, interneti də artıq Delta Telecom-dan deyil , elə öz daimi müştərisi olduğu Azərtelekom-dan alacaq.

Ekspertlər də bu barədə proqnoz vermişdilər.

Xeberler.az məlumat verir ki,  artıq CityNet  gözlənildiyi kimi Delta Telecom-un xidmətlərindən imtina edib.

Belə ki, bir müddət əvvəl Delta Telecom -un öz saytında yerləşdirdiyi cədvəldən görsənir ki, aprelin 1-dən Uninet Və  CityNet qurumları artıq Delta Telecom-dan internet trafiki almırlar.

Həmin tarixdən etibarən adı çəkilən provayderlərin Delta Telecom şəbəkəsindən aldığı trafikin hər hansı dəyişikliyi qeydə alınmayıb.

Nar və CityNet birləşməsindən sonra internet xidmətinin  daha sürətli olacağı gözlənilsə də, müşahidələrimiz göstərir ki, hələlik hər hansı  müsbət dəyişiklik nəzərə çarpmır.

Əksinə , müşahidələrimizdə, istifadəçilərin də sosial şəbəkələrdəki bununla bağlı rəylərində  CityNet-in internet xidmətlərində son günlərdə müəyyən problemlər olduğu görünür.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

CityNet Delta Telecom-dan imtina edir ?

19-02-2016

“Azərbaycanda internetə senzura tətbiq edilir”

12-09-2016

CityNet digər provayderlərin xidmətini bloklayır-Texnoloji senzura

08-10-2016

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016

CityNet problemə aydınlıq gətirib

15-09-2016

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015

Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

23-05-2017

Delta Telecom ilin sonundan mobil rabitə xidməti göstərəcək

30-09-2015

Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

20-04-2016

“Delta Telecom” gələn il Azərbaycanda mobile-WIMAX xidmətlərini təqdim edəcək

03-12-2009

Delta Telecom provayderlərin həftəlik və aylıq statistikasını təqdim edib

14-03-2016

«Delta Telecom» şirkəti DATA mərkəzinin yaradılmasını başa çatdırır

27-02-2009

Azərbaycanın ikinci backbone provayderi Azərtelekom alternativlər təklif edir

16-11-2015

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016

Azərbaycanda istifadə olunan internet-trafikin həcmi artıb

18-01-2016

Azərbaycana daxil olan internet trafikin sürəti artıb

07-02-2012

Delta Telecom data-mərkəzin yaradılması işini yekunlaşdırır

09-06-2009

Delta Telekom “Uninet” şirkətinin məlumatını təkzib edib

18-11-2009

“CityNet”dən yeni abunəçilərə xüsusi endirim kampaniyası

25-09-2025

Nazirliyin Delta Telecom-a 8 milyondan çox borcu var- Rəsmi

04-08-2016

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

Nar-CityNet -dən eyni qiymətə iki dəfəyə qədər artıq sürət

02-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə