Previous Next
Bağla

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016 17:27
Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

Bir müddət əvvəl məlumat verdiyimiz kimi, Delta Telecom yeni bir xidmət istifadəyə verib.

Belə ki, bu bakbone provayder 2-ci səviyyəli provayderlərin internet trafikindən (Delta Telecom-dan aldığı internet tutumundan) istifadə vəziyyətini sutka ərzində onlayn olaraq necə dəyişdiyinin qrafikini öz saytında yerləşdirib.

Artıq 2-ci səviyyəli provayderlərin ( Delta Telecom-dan interent alan bütün proveyderlər) bütün internet trafikindən sutka, həftə və ay ərzində necə istifadə olunduğunu onlayn olaraq izləmək mümkündür.

Qrafikdə hər bir provayderin sutka ərzində həm daxil olan, həm də çıxış trafikini haqqında məlumatlar yerləşdirilib.

Bu məlumatlar isə provayderlərin Delta Telecom-dan aldığı trafikin müştərilərinin tələbatına uyğunluğunu asanlıqla yoxlamağa imkan verir.

Provayderlərin trafiklərindən sutkanın hansı vaxtlarında daha çox istifadə edildiyini , yüklənmə yüksək həddi və digər məqamları saytdakı statistikadan izələy bilirsiniz.

Bu da Delta Telecom-un bu xidmətinin provaydərlərin təqdim etdiyi internet xidmətlərinin keyfiyyəti üzərində ictimai nəzarəti daha da gücləndirməyə imkan verir.

Qeyd edək ki. ekspertlər də Delta Telecom-un bu təşəbbüsünü yüksək qiymətləndirir. Onlar Delta Telecom tərəfindən yaradılan bu imkanın ölkədə internetin keyfiyyətinin yaxşılaşmasında mühüm rol oynadığını bildirir.

Maraqlıdır ki, Delta Telecom-da bu cür şəffaflıq yaradılsa da, ölkənin digər backbone provayder-Azərtelekom-da belə bir xidmət nəzər çarpmır.

Məlum olduğu kimi, artıq internet bazarında xüsusi çəkisi kifayət qədər yüksək olan CityNet provayderi,  Nar, Bakcell və digər bir neçə provayder də Azərtelekom-dan internet alır.

Lakin istifadəçilər Azərtelekom-un internet satdığı provayderlərin trafiki ilə bağlı məlumat əldə edə bilmir.

Son günlər ölkədə internetin keyfiyyəti ilə bağlı narazılıqların artıdığı bir zamanda ekspertlər məsələni yenidən gündəmə gətirib.

Onlar qeyd edir ki, Delta Telecom-un yaratdığı kimi xidmətin Azərtelekom-da da olması daha doğru olardı.

Ekspertlər hesab edir ki, ikinci backbone şirkət bu məsələyə nədənsə ciddi yanaşmır . Belə ki, bu məsələ əvvəllər də gündəmə gətirilsə də, Azərtelekom-un saytına daxil olanda proveyderlərin statistikasını göstərən məlumat cədvəli qeyd edilməyib.

Düşünürük ki, Delta Telecom-un təqdim etdiyi xidmət Azərtelekom-da yaradılsa, Azərbaycan internet istifadəçiləri üçün daha faydalı olar.

Ümid edirik ki, şirkət bu məsələni diqqətdə saxlayacaq.

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016

Delta Telecom provayderlərin həftəlik və aylıq statistikasını təqdim edib

14-03-2016

CityNet artıq Delta Telecom-dan internet almır

07-04-2016

Azərbaycanın ikinci backbone provayderi Azərtelekom alternativlər təklif edir

16-11-2015

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015

CityNet digər provayderlərin xidmətini bloklayır-Texnoloji senzura

08-10-2016

Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

23-05-2017

Azərbaycanda istifadə olunan internet-trafikin həcmi artıb

18-01-2016

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017

Azərbaycana daxil olan internet trafikin sürəti artıb

07-02-2012

“Azərbaycanda internetə senzura tətbiq edilir”

12-09-2016

Kiberhücumlardan qorunmaq üçün təhlükəsizlik sistemi hazırlanıb

15-10-2019

Azərbaycan internetində nə baş verib?

04-08-2016

“Fiber optik internet baha olduğundan abunəçilər yararlana bilmir”

13-05-2016

VİDEO: Provayderlər müştərilərini aldada bilməyəcək - Yeni Xidmət

06-03-2016

Delta Telecom provayderləri məhkəməyə verəcək

12-01-2016

Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

29-12-2015

Delta Telecom-un interneti yenə yoxa çıxa bilərmi?

25-12-2015

CityNet problemə aydınlıq gətirib

15-09-2016

“10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

21-02-2017

«Delta Telecom» şirkəti DATA mərkəzinin yaradılmasını başa çatdırır

27-02-2009

Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

20-04-2016

Delta Telekom “Uninet” şirkətinin məlumatını təkzib edib

18-11-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə