Previous Next
Bağla

Delta Telecom provayderləri məhkəməyə verəcək

12-01-2016 16:20
Delta Telecom provayderləri məhkəməyə verəcək

Son günlərdə  məlumat vermişdik ki, yerli provayderlərin ölkənin əsas internet təchizatçısı olan Delta Telecom-a külli miqdarda borcu yaranıb. Bu səbəbdən də adı çəkilən şirkət beynəlxalq telekommunikasiya operatorları ilə ödənişləri edə bilmədiyindən ölkədə internetin kəsilməsi ehtimalı yaranıb.

Təkcə dörd dövlət provayderinin Delta Telecom-a 10 milyon manatadək borcu olduğu bildirilirdi.

Provayderlər  Delta Telecom-a borclarının olduğunu Xeberler.az-a  təsdiqləmişdi.

Əldə etdiyimiz məlumata görə, provayderlər hələ də şirkətə borclarını ödəməyib.

Məlumatımıza görə, Delta Telecom borcunu ödəməyən  provayderlərin internetini kəsməyə və onları məhkəməyə verməyə  hazırlaşır.

İlk növbədə uzun müddətdən bəri borclu olan provayderlərlə münasibətlərin məhkəmə müstəvisində həll edilməsi nəzərdə tutulur.

Şirkət borcun devalvasiyadan əvvəlki məzənnə ilə ödənişini tələb etmək niyyətindədir.

Xeberler.az bildirir ki, hazırda Bakı Telefon İstehsalat Birliyi – Bakinternet provayderi, Aztelekom (AzTelecom.net), AzEurotel , BƏHM (indiki AzİnTelecom), MHM ( AzDataCom), AzQtel (SAZZ), Qlobal Network, Smart System, Caspel,  Connect, Caspian Telekom (Ailə TV), Avritel provayderlərinin Delta  Telecom-a böyük miqardada borcu var.

Ötən  yazılarımızda məlumat vermişdik ki , “doğma provayderlər” də də internet ödənişləri ilə bağlı ciddi problemlər olub . Belə ki, əldə etdiyimiz məlumata görə, dövlət operatorlarının himayədarlığı altında fəaliyyət göstərən bəzi doğma provayderlərin interneti Delta Telekom-dan deyil , ödənişsiz olara elə dövlət operatorlarından alması ilə bağlı şübhələr olub.

Hazırda  Rabitə və Yüksək Texnologiyalar Naziriliyində aparılan yoxlamalar çərçivəsində də bu problemlərin ortaya çıxdığı bildirilir və onlara qarşı  öz dövriyyələrinə uyğun  ödənişlərin edilməsi ilə bağlı tələblərin irəli sürüləcəyi gözlənilir.
Onu da qeyd edək ki,  ötən  gün bəzi  kabel televiziya provayderləri  təqdim etdikləri internet xidmətlərinin qiymətini qaldıracaqlarını açıqlayıb.

Onsuz da kifayət qədər baha və keyfiyyətsiz olan internet xidmətlərinin qiymətlərinin artırılmasının hansı zərurətdən qaynaqladığı açıqlanmayıb.

Maraqlıdır ki, əsas internet təchizatçısı olan Delta Telecom da  provayderlərə satdığı internetin qiymətlərində hər hansı artımın olmayacağını bildirib.

Belə olan halda provayderelərin qiymət artımı ilə bağlı açıqlamaları ciddi suallar doğurur.

Mövzuya qayıdacağıq

 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Delta Telecom-un provayderlərlə borc qalmaqalı nə yerdə qaldı?

29-12-2015

Delta Telecom SAZZ provayderini məhkəməyə verdi

23-05-2017

Nazirliyin Delta Telecom-a 8 milyondan çox borcu var- Rəsmi

04-08-2016

Delta Telecom provayderlərin internetini kəsəcək, yoxsa məhkəməyə müraciət edəcək?

14-01-2016

Ölkədə internetin keyfiyyəti niyə pisləşib?

20-04-2016

“10 provayderi məhkəməyə verməyə hazırlaşırıq”

21-02-2017

“Doğma provayderlər” interneti kimdən pulsuz alırmış?

28-12-2015

Delta Telecom-un interneti yenə yoxa çıxa bilərmi?

25-12-2015

Provayderlər qiymətləri qaldırdı

25-01-2016

Delta Telecom mobil rabitə xidməti göstərəcək

23-09-2015

Delta Telecom şirkəti Azərbaycanda mobil WiMAX üçün tarifləri müəyyənləşdirib

25-12-2009

Azərbaycanda İnternetin qiyməti ucuzlaşa bilər

29-03-2015

“Çəkidə aldadan” provayderlər məlum olacaq –Yeni xidmət

04-03-2016

Ölkədə internetin keyfiyyəti yaxşılaşacaq

24-08-2010

Azərtelekom provayderlərin internet trafikini niyə açıqlamır?

07-12-2016

Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017

CityNet artıq Delta Telecom-dan internet almır

07-04-2016

Kiberhücumlardan qorunmaq üçün təhlükəsizlik sistemi hazırlanıb

15-10-2019

Azərbaycan internetində nə baş verib?

04-08-2016

İnternet-trafikin həcmi rekord həddə çatdı - Hesabat

08-11-2015

Azərbaycanda internetin keyfiyyəti niyə pisləşib?

20-05-2017

Delta Telecom 24,6 milyon dollar həcmində LTE avadanlıq alır

26-12-2015

Delta Telecom provayderlərin həftəlik və aylıq statistikasını təqdim edib

14-03-2016

Azərbaycanda istifadə olunan internet-trafikin həcmi artıb

18-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə