Dezinformasiya və rəqəmsal media savadlılığı” seminarı keçirilib

21-09-2023 / 10:59

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov və sədrin müşaviri Haşim Əliməmmədzadə 18-20 sentyabr 2023-cü il tarixlərində Türkiyənin, Antalya şəhərində Türkiyə Respublikası Radio və Televiziya Ali Şurası (RTÜK) tərəfindən təşkil edilən Qara Dəniz Yayım Tənzimləyici Orqanlarının Forumunun (BRAF) 10-cu Toplantısında və "Dezinformasiya və rəqəmsal media savadlılığı" mövzusunda seminarda iştirak etmişlər.

Əsas mövzusu "Rəqəmsal dövrdə lisenziyalaşma sahəsində çağırışlar" olan Toplantının işində Azərbaycan və Türkiyədən başqa, Albaniya, Gürcüstan, Moldova, Serbiya və Yunanıstanın yayım tənzimləyici orqanlarının məsul şəxsləri, habelə müşahidəçi qurumların nümayəndələri iştirak etmişlər. Audiovizual Şuranın nümayəndə heyəti tərəfindən Azərbaycanda audiovizual media sahəsində lisenziyalaşdırma ilə bağlı ətraflı təqdimat iştirakçıların diqqətinə çatdırılmışdır.

Müasir rəqəmsal dövrdə dezinformasiyanın yayılması ilə bağlı aktual problemləri həll etmək məqsədi ilə keçirilən "Dezinformasiya və rəqəmsal media savadlılığı" mövzusunda seminarda  bir sıra media ekspertləri çıxış etmiş, bu artan problemin aradan qaldırılması üçün təcrübə və innovativ strategiyalarla bağlı fikir mübadiləsi aparmışlar.

Toplantının sonunda 2023-2024-cü illər üçün BRAF-a sədrlik məsələsi müzakirə olunmuş və Azərbaycanın sədrliyi ilə bağlı ümumi razılıq əldə olunmuşdur. Beləliklə, 2024-cü ildə BRAF-ın 11-ci Toplantısına ev sahibliyini Azərbaycan Respublikası Audiovizual Şurası edəcəkdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə