Previous Next
Bağla

“digital.login” iki faktorlu autentifikasiya ilə gücləndirilib

08-05-2025 12:15
“digital.login” iki faktorlu autentifikasiya ilə gücləndirilib

“digital.login” portalı vətəndaşların 200-dən çox dövlət informasiya sisteminə gücləndirilmiş elektron imzalar vasitəsilə təhlükəsiz və vahid girişini təmin edir.

Xeberler.az məlumat verir ki, portala, həmçinin şəxsiyyət vəsiqəsinin FİN kodu ilə daxil olmaq mümkündür. Bu giriş üsulunda aktivləşdirilmiş iki faktorlu autentifikasiya vətəndaşın öz hesabına girişlərini daha da təhlükəsiz edir. Belə ki, funksiyanın başlıca üstünlüyü “digital.login”ə FİN kodla daxil olan istifadəçinin hesabını kiberhücumlardan qoruyaraq əlavə təhlükəsizlik qatı ilə təmin etməsidir.

Bu funksiyanı aktivləşdirməklə vətəndaş “digital.login” hesabına birdəfəlik kod (OTP kodu) vasitəsilə yalnız özü daxil ola bilir. İkifaktorlu təsdiqləmə hesab girişlərinə tam nəzarəti təmin edir və qanunsuz müdaxilələrin qarşısını alır. Fişinq hücumları zamanı parol oğurlansa belə, ikinci təsdiqləmə kodu hesabın ələ keçirilmə təhlükəsini minimuma endirir və hesabı effektiv şəkildə qoruyur.

İki faktorlu təsdiqləməni aşağıdakı kimi aktiv etmək mümkündür: Vətəndaş mobil cihazına "Google Authenticator" və ya "Microsoft Authenticator" tətbiqlərindən birini quraşdırır. Daha sonra “digital.login” hesabına FİN kodla daxil olur və şəxsi kabinetə keçid edir, “Təhlükəsizlik” bölməsini klikləyir və “İki faktorlu autentifikasiya” altbölməsini açır. Cihazına yüklədiyi tətbiqlə veb-səhifədəki QR kodu oxudur və bununla da vətəndaşın “digital.login” hesabında ikifaktorlu təsdiqləmə aktivləşir.

Təsdiqləmənin aktivləşdirilməsi ilə bağlı tez-tez verilən sual vəcavablar digital.login.gov.az və İRİA-nın Youtube kanalında yer alır.

Qeyd edək ki, bəzi vətəndaşların öz “digital.login” hesablarına əvvəllər FİN kodla, indi isə əksər hallarda “SİMA İmza” ilə daxilolmasına baxmayaraq, FİN kodla olan giriş üsulu yenə də aktiv qalır. Bu, hesabın təhlükəsizliyi baxımından müəyyən risklər yarada bilər. İstənilən halda hesabın təhlükəsizliyini təmin etmək üçün ikifaktorlu autentifikasiyanın aktivləşdirilməsi məqsədəuyğundur. Bununla yanaşı, vətəndaşlara öz hesablarına daha təkmil təhlükəsizlik mexanizminə malik olan “SİMA İmza” ilə giriş etmələri tövsiyə edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“digital.login”ə biometrik giriş açarı ilə daxil olmaq mümkündür

05-06-2025

“digital.login” yeni inteqrasiya sayəsində daha da təkmilləşdirilib

24-06-2025

“digital.login”də şəxsiyyətini “SİMA KYC” ilə təsdiqlə

13-06-2025

Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

06-05-2024

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

“SİMA İmza” ilə “digital.login”ə girişlərin həcmi 118 dəfə artıb

29-04-2025

“Postcargo” yeni funksionallığı istifadəyə verib

27-02-2025

Milli Məlumat Mübadiləsinə 70 qurumun 100-dən çox informasiya sistemi inteqrasiya edilib

17-09-2024

ETX “Telegram” və “WhatsApp” ilə bağlı xəbərdarlıq edib

09-01-2026

Şagirdlərin elektron yerdəyişməsi prosesinin başlanacağı vaxt açıqlanıb

29-10-2024

EHİM-dən daha bir yenilik: “ASAN Login”də videoqeydiyyat imkanı yaradılıb

12-03-2021

İRİA “Digital Azerbaijan” brendini təqdim edib

01-12-2023

“ASAN Login” sistemində 1 000 000 istifadəçi qeydiyyatdan keçib

18-04-2020

Naxçıvan reyslərinə aviabilet alışını “digital.login” vasitəsilə etmək mümkündür

11-12-2024

“Digital Bridge”-də 1 milyarddan çox tranzaksiya həyata keçirilib

13-12-2024

“Rəqəmsal məktəb” platformasına “SİMA İmza” ilə giriş təmin edilib

07-04-2025

Fövqəladə Hallar Nazirliyinin elektron xidmətlər portalı yenilənib

11-03-2025

SİMA ilə mobil cihazlarda “ASAN Login”ə giriş mümkün oldu

12-10-2022

ADY-nin elektron xidmətlər portalı “digital.login”ə inteqrasiya edilib

16-05-2025

“SİMA KYC Videoyazı” həlli istifadəyə verilib

21-04-2025

Ünvanlı yardım üçün müraciət proseduru daha da təkmilləşdirilib

03-06-2024

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025

“SİMA İmza” herrac.gov.az portalına inteqrasiya edilib

04-02-2025

“PAŞA Bank” onlayn bank platformasını daha da əlçatan edib

06-12-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə