İordaniya İctimai Təhlükəsizlik İdarəsi ölkədə “Telegram” tətbiqinə girişin bloklandığını elan edib.
Xeberler.az “Petra” xəbər agentliyinə istinadən məlumat verir ki, qərar rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, istifadəçilərin qorunması və rəqəmsal platformalardan qanunsuz məqsədlərlə istifadənin qarşısının alınması ilə əlaqədardır.
Qurumun bəyanatında bildirilib ki, bu tədbir kibercinayətkarlıq, hədə-qorxu, şantaj, qanunsuz məzmunun yayılması, eləcə də ekstremizm və radikalizmlə mübarizəyə xidmət edir.
Vətəndaşlara sosial şəbəkələrdən istifadə zamanı diqqətli olmaq, naməlum hesab və keçidlərə etibar etməmək, şübhəli hallarla bağlı rəsmi qurumlara məlumat vermək tövsiyə olunub.
İdarə, həmçinin valideynləri uşaqların rəqəmsal platformalardan istifadəsinə nəzarət etməyə və valideyn nəzarəti vasitələrindən yararlanmağa çağırıb.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları