Previous Next
Bağla

Naxçıvan reyslərinə aviabilet alışını “digital.login” vasitəsilə etmək mümkündür

11-12-2024 11:19
Naxçıvan reyslərinə aviabilet alışını “digital.login” vasitəsilə etmək mümkündür

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə onlayn bilet alışı prosesini vətəndaşlar üçün daha rahat və sürətli etmək məqsədilə növbəti rəqəmsal yenilikləri tətbiq edib.

Xeberler.az bildirir ki, artıq AZAL-ın saytında və ya mobil tətbiqində Naxçıvan reyslərinə onlayn aviabilet alışı prosesini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təqdim etdiyi “digital.login” vasitəsilə də yerinə yetirmək mümkündür.

Digər bir yenilik odur ki, sərnişinin “digital.login” və ya “SİMA İmza” ilə verifikasiya prosesini keçdikdən sonra təyyarə biletini əldə etmək üçün tələb olunan şəxsi məlumatları əl ilə daxil etməsinə ehtiyac qalmır; sadəcə müvafiq şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd etmək kifayətdir. Verifikasiya prosesini keçmiş sərnişinin digər şəxsi məlumatları növbəti səhifədə müvafiq xanalarda avtomatik əks olunur ki, bu da bilet alışı prosesini asanlaşdırmaqla yanaşı, sərnişinlərin vaxta qənaət etməsinə şərait yaradır və informasiyanın yanlış daxil edilməsi ehtimalını azaldır.

Bir qrup sərnişin üçün bilet rəsmiləşdirildiyi zaman yalnız bir nəfərin şəxsiyyətinin “digital.login” vasitəsilə təsdiq edilməsi yetərlidir. Qeyd etmək lazımdır ki, məlumatların avtomatik doldurulması təkcə doğrulama mərhələsindən keçmiş şəxs üçün mümkündür. Digər sərnişinlər barədə məlumatlar ənənəvi qaydada sərnişin tərəfindən daxil edilməlidir.

Xatırladaq ki, AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletlərin əldə olunması prosesinin rəqəmsallaşdırılması və şəffaflığının artırılması, həmçinin xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə bir sıra rəqəmsal həllər tətbiq edib. Bundan öncə onlayn bilet alışında AZAL-ın rəsmi internet saytı və mobil tətbiqinə “SİMA İmza” inteqrasiya olunub. Bundan əlavə, sözügedən istiqamətdə onlayn qeydiyyat xidməti istifadəyə verilib.

Daha bir mühüm addım Naxçıvan aviabiletlərini kassalarda İRİA tərəfindən təqdim olunan “mygov” platforması vasitəsilə rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə edərək əldə etmək imkanının yaradılmasıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq edib

01-10-2024

Naxçıvana aviabiletləri “SİMA İmza” ilə almaq mümkün olacaq

23-09-2024

AZAL Naxçıvan reyslərində onlayn qeydiyyat xidmətini təqdim edir

10-10-2024

Bakı-Naxçıvan-Bakı aviareyslərinə biletlər AZAL-ın saytından alına bilər

16-06-2022

“digital.login”də şəxsiyyətini “SİMA KYC” ilə təsdiqlə

13-06-2025

AZAL vətəndaşlara müraciət edib

19-11-2020

“Biletim.az” portalı ilə Naxçıvandan Bakıya onlayn bilet almaq mümkün olub

06-03-2025

“digital.login” yeni inteqrasiya sayəsində daha da təkmilləşdirilib

24-06-2025

Azərbaycanda “digital.login” platformasının yeni versiyası istifadəyə verilib

06-05-2024

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

“mygov”da bütün sənədləri “SİMA İmza” ilə əldə etmək mümkündür!

23-09-2024

AZAL yeni onlayn xidmətini istifadəyə verib

07-07-2025

“SİMA İmza” ilə elektron səhiyyə xidmətləri daha əlçatan oldu

21-06-2025

“PAŞA Bank” onlayn bank platformasını daha da əlçatan edib

06-12-2023

AZAL aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib

22-10-2024

Şuşa, Ağdam və Füzuli istiqamətində avqust ayına olan biletlər satışa çıxarılacaq

25-07-2022

Sərnişinlər onlayn bilet ödənişlərini "Apple Pay" və "Google Pay"dən edə biləcək

12-01-2026

AZAL sərnişinləri üçün onlayn qeydiyyat imkanlarını genişləndirir

08-08-2023

ADY "SİMA Pay" – üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlayıb

15-05-2026

“Postcargo” yeni funksionallığı istifadəyə verib

27-02-2025

“digital.login”ə biometrik giriş açarı ilə daxil olmaq mümkündür

05-06-2025

“SİMA İmza”da FİN kod və seriya nömrəsi ilə qeydiyyat mümkün oldu

14-02-2024

Naxçıvan İnnovasiya Mərkəzi açılıb

01-10-2025

Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin nəzərinə-Onlayn bilet satışı başlayır

24-11-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə