Previous Next
Bağla

DİM buraxılış imtahanının nəticələrini elan edib

28-05-2019 14:41
DİM buraxılış imtahanının nəticələrini elan edib

11-ci sinif şagirdləri üçün 2019-cu il aprelin 21-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub.

Xeberler.az bildirir ki, şagirdlər öz yazı işləri, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdirlər.

İmtahanda iştirak etmiş şagirdlər (22499 nəfər) DİM-in internet saytında https://www.e-gov.az/az/services/read/2641/0??tqdk_xdm=19keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər. Qeyd edək ki, markerlər hər bir tapşırıq üzrə yazı işlərini məhz həmin tapşırığın xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan meyarlar əsasında qiymətləndirirlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda 2 şagird (Qax rayonu, 2 saylı şəhər tam orta məktəbin və Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.

Qeyd edək ki, buraxılış imtahanında (qəbul imtahanının birinci mərhələsində) abituriyentlərə tədris dili fənnindən 30, riyaziyyat fənnindən 25, xarici dil fənnindən 30 tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunur. Bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100-dür. Açıq tipli tapşırıqların hər biri qiymətləndirmə meyarlarına uyğun olaraq 0, və ya 1 balla, qapalı tipli tapşırıqların hər biri isə 0 və ya 1 balla qiymətləndirilir. Balların hesablanması qaydasına görə (Cədvəl 1) şagirdlərin:

- Xarici dil fənni üzrə yazılı cavab vermək tələb olunan tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və -ə vurulur;

- Tədris dili fənni üzrə yazılı cavab vermək tələb olunan tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu iki ədəd cəmlənir və -ə vurulur.

- Riyaziyyat fənni üzrə isə kodlaşdırıla bilən açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir, yazılı şəkildə cavablandırılan tapşırıqlardan toplanılan ballar cəmlənir və 2-yə vurulur. Qapalı tipli tapşırıqlar üzrə balları cəmlənir. Bundan sonra alınan bu 3 ədəd cəmlənir və -ə vurulur.

nd(açıq, yazılı)- açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

nd(qapalı)- qapalı tipli test tapşırıqlarına verilmiş balların (düzgün cavabların) cəmi

nd(açıq, kodlaşdırılan)- kodlaşdırılan açıq tipli test tapşırıqlarına verilmiş balların cəmi

İmtahanın nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzində (Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında) 3-4 və 7 iyun 2019-ci il tarixlərində saat 10:00-dan 17:00-dək Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər 29-31 may tarixlərində Dövlət İmtahan Mərkəzi və ya onun regional bölmələrində şəxsiyyət vəsiqələrini təqdim etməklə ərizə doldurub qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apelyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Bir daha xatırladırıq ki, abituriyentlər Komissiyaya müraciət etməmişdən əvvəl öz səhifələrində cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış olsunlar. Apelyasiya Komissiyasına müraciət üçün ərizə yazarkən iddia olunan tapşırıqların nömrələrini dəqiq göstərmək lazımdır. Apelyasiya Komissiyasında şagirdin iştirakı (şəxsiyyət vəsiqəsini təqdim etməklə) vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri şəxsiyyət vəsiqəsini təqdim etməklə Apelyasiya Komissiyasının iclasında iştirak edə bilər.

Məlumat üçün bildirək ki, 28 aprel tarixində keçirilmiş imtahanın nəticələri də yaxın günlərdə elan olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Buraxılış imtahanının nəticələri açıqlandı

Buraxılış imtahanının nəticələri açıqlandı

24-04-2019
DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019
İlk peşə-ixtisas təhsilli şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatıb

İlk peşə-ixtisas təhsilli şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatıb

18-02-2019
Qəbul imtahanlarının I və II  mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

Qəbul imtahanlarının I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

08-02-2019
56 rayonda buraxılış imtahanı keçirilib

56 rayonda buraxılış imtahanı keçirilib

12-03-2017
DİM imtahanların nəticələrini açıqladı

DİM imtahanların nəticələrini açıqladı

23-12-2023
Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

05-01-2023
40 mindən çox şagird  buraxılış imtahanı verib

40 mindən çox şagird buraxılış imtahanı verib

06-03-2017
Sonuncu sınaq imtahanının nəticələri açıqlandı

Sonuncu sınaq imtahanının nəticələri açıqlandı

06-05-2015
İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

03-07-2015
DİM-in elektron imtahanlar korpusuna mediatur təşkil edilib

DİM-in elektron imtahanlar korpusuna mediatur təşkil edilib

08-04-2025
Magistratr imtahanına sənəd qəbulu başlayıb

Magistratr imtahanına sənəd qəbulu başlayıb

14-01-2026
DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

17-03-2017
Dövlət İmtahan Mərkəzi canlı yayım edəcək

Dövlət İmtahan Mərkəzi canlı yayım edəcək

10-05-2019
Rezidentura imtahanının nəticələri  İnternetdə yerləşdirilib

Rezidentura imtahanının nəticələri İnternetdə yerləşdirilib

08-07-2015
Qəbul imtahanının nəticələri açıqlandı

Qəbul imtahanının nəticələri açıqlandı

26-05-2015
Ekspert şagirdlərin imtahan nəticələrindən danışdı

Ekspert şagirdlərin imtahan nəticələrindən danışdı

24-04-2019
Ekspert: Dəhşətdir, bu şagirdlərin yarısı sıfır bal yığıb

Ekspert: Dəhşətdir, bu şagirdlərin yarısı sıfır bal yığıb

16-08-2019
Ekspert : Bu il DİM üçün çox ağır olacaq

Ekspert : Bu il DİM üçün çox ağır olacaq

14-02-2019
“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

04-02-2017
Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır

Respublika fənn olimpiadalarının birinci mərhələsi başlayır

14-01-2016
Qəbul imtahanlarının yeni onlayn sınaq imtahanına yazılış başlayıb

Qəbul imtahanlarının yeni onlayn sınaq imtahanına yazılış başlayıb

09-04-2019
Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27500-dən çox şagird qatılıb

Respublika fənn olimpiadalarının birinci mərhələsinə 27500-dən çox şagird qatılıb

17-01-2016
 IX sinifin yazılı imtahanları necə yoxlanacaq?

IX sinifin yazılı imtahanları necə yoxlanacaq?

14-12-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə