Previous Next
Bağla

IX sinifin yazılı imtahanları necə yoxlanacaq?

14-12-2016 16:32
 IX sinifin yazılı imtahanları necə yoxlanacaq?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ləğv edilib, səlahiyyətləri Dövlət İmtahan Mərkəzinə (DİM) verildikdən sonra buraxılış imtahanlarının keçirilməsində bəzi dəyişikliklər edilib, yeni qaydalar müəyyən edilib .

Xeberler.az bildirir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları” ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında ətraflı məlumat verib.

M. Abbaszadənin sözlərinə görə, bir neçə ildir üzərində işlənilən yeni qaydalar barədə Nazirlər Kabineti artıq normativlər təsdiq edib.

Buraxılış imtahanları DİM-in hüquqi statusuna uyğunlaşdırılıb:

“Bu günə qədər yeni qaydalarla bağlı monitorinqlər aparırdıq. Bildiyiniz kimi, məktəblərdə dərslər kurikulum formatında keçirilir. Buraxılış imtahanlarını da bu sistemə uyğunlaşdırmaq üçün indiyə qədər 8-ci sinifə qədər monitorinqlər aparmışıq ki, buraxılış imtahanlarının yeni formatını müəyyən edək. Ötən il də bu monitorinqlərin nəticələri ilə bağlı 400 səhifəlik jurnal çap etdik. Bu nəticələr göstərdi ki, biz yeni imtahan modeli yarada bilərik. Bu məqsədlə aprel ayında yeni işçi qrupu yaradıldı. Bu işçi qrupunun tərkibinə keçmiş TQDK və DİM-in işçilər və eyni zamanda, Təhsil Nazirliyinin bu sahədə çalışan mütəxəssisləri cəlb edildi. Buraya Azərbaycan və riyaziyyat fənni üzrə ekspertlər də daxil idi. Həmin işçi qrupu real vəziyyəti əks etdirən yeni qayadalar hazırladı və layihə müvafiq qurumlara  təqdim edildi. İndi isə Nazirlər Kabineti tərəfindən layihə normativ hüquqi sənəd formasında çap olundu. Bu ildən artıq IX sinifin buraxılış imtahanında ciddi dəyişiklər olacaq”.

M.Abbaszadə 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası)  də yeni qaydalara aydınlıq gətirib:

“IX sinif üzrə buraxılış imtahanı DİM tərəfindəni  mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə təşkil olunacaq. Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı  təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (esse) qiyməti nəzərə alınacaq. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim olunacaq. Azərbaycan və rus dilləri istisna olmaqla, tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanını yalnız riyaziyyat fənnindən verəcəklər. Onlara birinci mərhələdə 10 açıq, ikinci mərhələdə 30 qapalı test tapşırığı təqdim ediləcək”.

DİM Direktorlar Şurasının sədri əlavə edib ki, birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

Şagirdlərin ilk dəfə tətbiq edilən bu qaydalara uyğunlaşması üçün isə yeni xidmət isifadəyə verilib.

Belə ki, bu ildən ilk dəfə olaraq Azərbaycanda IX sinif şagirdləri üçün sınaq imtahanları təşkil olunacaq.

Məleykə Abbaszadənin sözlərinə görə, bu sınaq imtahanları yalnız onlayn formada həyata keçiriləcək:

"Ümumtəhsil məktəblərinin IX sinif şagirdləri, həmçinin buraxılış imtahanının I mərhələsi üzrə imtahan.az saytına daxil olub, onlayn sınaq imtahanında iştirak edə bilər. Açıq tipli test tapşırıqlarına yazılı cavab vermək tələb edildiyindən nəticələr maknerlər (imtahanları yoxlayan eskpert) tərəfindən 24 saat ərzində yoxlanılır və sistemə daxil edilir”.

Onlayn sınaqların formatı şagirdlərin kompüterdə işləmək bacarağını da  müəyyən etməyə imkan verəcək.

DİM sədri yeni xidmətin müəllimlər üçün faydasından da danışıb:

“Yeni elektron xidmətdə IX sinif şagirdləri üzrə qoyulan sualların formatı elədir ki, şagirdlər bunun üçün kompüterdə işləməyi də bacarmalıdır. Belə ki, imtahanda qoyulan sualları cavablamaq üçün mətn redaktoru ilə işləməyi bacarmalıdır. Çünki orada riyaziyyat və Azərbaycan dilindən yazılı suallar var, o suallar yazılı da cavablandırılmalıdır”.

M.Abbaszadə mətn redaktorunda işləyə bilməyənlərin çətinlik yaşamaması üçün yeni üsul yaratdıqlarını deyib:

"Ola bilər ki, şagird mətn redaktoru ilə işləyə bilməsin. Belə olan halda, o vərəqdə yazdığı cavabın şəklini çəkib PDF formada sayta yükləyə bilər. Sistem o faylı qəbul edir. Sonra bütün imtahan nəticələri toplanır və müəyyən edilmiş eskpertlərə göndərilir. Nəticələr proqram vasitəsi ilə hesablanır və 24 saat ərzində istifadəçilər yazı haqda nəticələri əldə edir".

Sayt 3 dildə (Azərbaycan, ingilis, rus) fəaliyyət göstərir.

Qeyd edək ki,  IX sinif şagirdləri onlayn sınaqlarda iştirak etmək üçün  imtahan.az-a daxil  olanda, saytda müxtəlif istiqamətlər ( abituriyent, magistatura, rezidentura) üzrə sınaqlar var. Onlar “IX sinif şagirdləri üçün buraxılış imtahanları üzrə onlayn sınaq imtahanları” bölmünə daxil olaraq qeydiyyatdan keçib, onlayn sınaq imtahanına qatıla bilər.

Qeyd edək ki, bu vaxta kimi TQDK yalnız XI sinif şagirdləri üçün sınaq imtahanları həyata keçirib. Artıq IX sinif buraxılış imtahanlarının I mərhələsinə dair sınaq imtahanlarına yazılış-qeydiyyat başlanılıb.

DİM Direktorlar Şurasının sədri əlavə edib ki, birinci mərhələnin 2017-ci ilin fevral və mart aylarında, ikinci mərhələnin isə iyun ayında keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, açıq tipli sualları yoxlayan markerlər bazası formalaşdırılıb. Hazırda bu bazada Azərbaycan dili və fənni üzrə 700-ə, riyaziyyat fənni üzrə 550, rus dili fənni üzrə isə 30-a yaxın ekpert-marker formalaşdırılıb.

DİM sədri imtahanı yoxlayanların subyektivlik məsələsinə də aydınlıq gətirib.

Onun sözlərinə görə, bu  imtahanları yoxlamaq üçün mütəxəssislər  hələ 4 il əvvəldən  hazırlaşdırılmağa  başlayıb:

“ Azərbaycan dili  və riyaziyyatla bağlı artıq markerlərimiz var. Bu mütəxəssislərin seçimi zamanı onların çalışdığı məktəblərin ölkə üzrə ümumi statistikasına baxdıq. Müxtəlif məktəblər var ki, uzun illərdir qəbul imtahanlarında onların müsbət nəticələrini izləyirik. Bununla yanaşı, elə kənd məktəbləri ola bilər ki, onların statistik nəticələri respublika üzrə orta statistikadan yuxarıdır. Bu da həmin o məktəbdə çalışan müəllimlərin nəticəsində olub. Ona görə də  belə müəllimləri seçdik, ölkə üzrə təxminən 2 min nəfərə qədər müəllimi marker təlimlərinə dəvət etdik. Bu təlimlərdə bir məqamı da nəzərə alırıq ki, onlar Təhsil Nazirliyinin kurikulum təlimlərində iştirak etsinlər. Beləliklə, 2 fənn üzrə  2 min müəllimlə 4 il ərzində işlədik. Onlardan  600 nəfəri real bacarıqlara sahib olduğu üçüb marker siyahısına qəbul edildi. Qeyd edim ki, onlar təlimləri bitirdikdən sonra imtahan verir. Həmin  imtahan nəticəsinə uyğun olaraq biz onlarla müqavilə bağlayıb, marker kimi işləyirik”.

M. Abbaszadə markerlerin imtahan nəticələrini yoxlaması fəaliyyəti ilə bağlı da ətraflı məlumat verib:

“Bütün imtahan nəticələri skan olunur. O işlər skan olunanda şagirdin adı, familiyası, oxuduğu məktəbin adı qeyd edilmir. Müəyyən baza toplanır, sonra o baza müəllimlər üçün kompüterdə yerləşdirilir. Hər bir iş  yoxlanılması üçün ən  azı 2 müəllimə verilir.  8 bölgədə olan müxtəlif markerlər bu işləri yoxlayır. Ola bilər ki, nəticənin bir hissəsi  Bakıda, biri hissəsi isə Naxçıvanda yoxlanılsın.  Əgər iki müəllimin yoxladığı nəticə üst-üstə düşürsə, şagirdin qiyməti yazılır. Əksi olarsa, həmin iş  3-cü markerə göndərilir. O 3-cü  marker də  bilmir ki, bu iş ona birinci dəfə gəlib, yoxsa növbəti dəfədir. O da qiyməti yazır. Onun verdiyi qiymət ilə hər hansı 2-ci ekspertin qiyməti üst-üstə düşürsə, şagirdə qiymət yazılır. Bütün işlər bitdikdən sonra qiyməti o biri ekspertlərlə  uyğunlaşmayan eskpert çağırılır və ondan izahata tələb edilir. Beləliklə, o özü də biliyini artırır, onun səhvi göstərilir”.

DİM sədrinin sözlərinə görə, bu işlərlə bağlı poqram təminatı TQDK-nın mütəxəssisləri tərəfindən işlənib, hazırlanıb.

Məlumata görə, gələcəkdə bütün fənlər üzrə markerlərə ehtiyac olacaq. Bu məqsədlə yanvardan DİM  tərəfindən markerlər üçün təlim kursları da açılacaq.

Hazırda markerlərin sayı kifayət qədər deyil. Buna görə də imtahan nəticələrinin yoxlanılması 2 ay vaxt aparacaq.

 

Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

04-02-2017

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

56 rayonda buraxılış imtahanı keçirilib

12-03-2017

İlk peşə-ixtisas təhsilli şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatıb

18-02-2019

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019

Dövlət İmtahan Mərkəzinin saytından yükləmələr pullu olacaq

19-12-2016

DİM buraxılış imtahanlarının nəticələrini açıqlayıb

14-03-2017

40 mindən çox şagird buraxılış imtahanı verib

06-03-2017

Təhsil Nazirliyindən test üsulunun ləğvinə münasibət

29-08-2017

Elektron sınaq imtahanları davam edir

30-03-2017

9-cular üçün “Abituriyent” jurnalı onlayn sifariş etmək olar

02-03-2017

“Bu ay TQDK 1 milyon 16 min elektron xidmət göstərib”

01-06-2015

Ekspert: DİM buraxılış imtahanların modelini nə üçün dəyişib ?

29-12-2020

Buraxılış imtahanının nəticələri açıqlandı

24-04-2019

Ekspert: 50 faiz şagird imtahanda bu fəndən sıfır bal toplayıb

31-12-2020

Qəbul imtahanlarının I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

08-02-2019

DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

17-03-2017

Təhsil Nazirliyi bütün şagirdlərin 2 almasının səbəblərini müzakirə edəcəkmi ?

04-09-2019

DİM buraxılış imtahanının nəticələrini elan edib

28-05-2019

Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

05-01-2023

İmtahan cavabları TQDK-nın rəsmi saytına yerləşdirilib

03-07-2015

Şagirdlərin 80 faizi riyaziyyatdan "2" alır - Günah kimdədir?

22-02-2020

DİM onlayn sınaq imtahanları keçirəcək

30-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə