Previous Next
Bağla

56 rayonda buraxılış imtahanı keçirilib

12-03-2017 22:02
56 rayonda buraxılış imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün  respublikanın 33 rayonunda ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini, 23 rayonunda isə ilk peşə-ixtisas təhsili müəssisələrinin sonuncu sinfində təhsil alan şagirdləri üçün buraxılış imtahanı keçirib. 

DİM-dən Xeberler.az-a verilən məlumata görə, hər iki imtahanda ümumilikdə 37230 şagirdin imtahan verəcəyi nəzərdə tutulub.

Martın 13-dən  etibarən DİM-də 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

Yazı işləri (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram, həmçinin  şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin kompüterinə göndərir.

Bundan əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmamalıdır.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.

İlk peşə-ixtisas təhsili müəssisələrinin buraxılış imtahanının nəticələri isə yaxın günlərdə elan ediləcəkdir. Şagirdlər imtahan nəticələri haqqında məlumatı DİM-in internet saytından öyrənə biləcəklər.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlk peşə-ixtisas təhsilli şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatıb

18-02-2019

40 mindən çox şagird buraxılış imtahanı verib

06-03-2017

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019

Buraxılış imtahanının nəticələri açıqlandı

24-04-2019

DİM-in elektron imtahanlar korpusuna mediatur təşkil edilib

08-04-2025

DİM buraxılış imtahanının nəticələrini elan edib

28-05-2019

Bu il imtahanlarda texnologiyalardan necə istifadə ediləcək?

16-02-2017

DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

17-03-2017

“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

04-02-2017

9-cu siniflər üçün buraxılış imtahanı başlayır

01-03-2017

DİM buraxılış imtahanlarının nəticələrini açıqlayıb

14-03-2017

Magistratr imtahanına sənəd qəbulu başlayıb

14-01-2026

Buraxılış imtahanında 35 mindən çox şagird iştirak edəcək

15-03-2017

Ekspert : Bu il DİM üçün çox ağır olacaq

14-02-2019

Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə

21-07-2017

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

30-10-2023

Buraxılış və qəbul imtahanların tarixi açıqlandı

17-01-2018

Növbəti rəqəmsal SAT imtahanı keçiriləcək

02-06-2025

IX sinifin yazılı imtahanları necə yoxlanacaq?

14-12-2016

DİM imtahanların nəticələrini açıqladı

23-12-2023

İmtahana buraxılış vərəqini necə çap etmək lazımdır?

04-04-2017

Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

13-04-2022

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

01-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə