Previous Next
Bağla

DİM-in elektron imtahanlar korpusuna mediatur təşkil edilib

08-04-2025 15:19
DİM-in elektron imtahanlar korpusuna mediatur təşkil edilib

Aprelin 8-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi texnologiyası ilə tanış olmaq üçün mediatur təşkil olunub.

Xeberler.az Azərtaca istinadən məlumat verir ki, əvvəlcə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov çıxış edib və buraxılış (qəbul) imtahanları ərəfəsində mövzunun aktuallığını iştirakçıların diqqətinə çatdırıb. O, müxtəlif imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasının həm onlayn, həm də Mərkəzin elektron imtahanlar korpusunda, eləcə də regional bölmələrdə həyata keçirildiyini bildirib. V.Misirov imtahan materiallarının emalı və nəticələrin vaxtında ictimaiyyətə təqdim olunması ilə bağlı Mərkəz tərəfindən fasiləsiz iş aparıldığını qeyd edib.

Sonra tədbirdə sual kitabçalarının avtomatlaşdırılmış çap sistemi və materialların hazırlandığı “qapalı məkan” haqqında videoçarx nümayiş etdirilib.

Ardınca DİM-in Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov yazı işlərinin qiymətləndirilməsi texnologiyası haqqında təqdimatla çıxış edib. O, açıq tipli tapşırıqların əhəmiyyəti, qiymətləndirmə prosesinin mərhələləri, markerlərin seçimi, nəticələrin elanı barədə məlumat verib. A.Qasımov qeyd edib ki, bu il martın 2-də və 9-da keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında markerlər 1,7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə aparıblar. Bir tapşırığın iki marker tərəfindən yoxlanıldığını nəzərə alsaq, 3,5 milyona yaxın qiymətləndirmə həyata keçirildiyi məlum olur.

Yazı işlərinin qiymətləndirilmə prosesinin hər bir tapşırıq üzrə ayrı aparılmasının faydalarından danışan A.Qasımov bununla markerlərin ardıcıl olaraq yalnız həmin tapşırığı işlədiyi üçün sürətli və keyfiyyətli yoxlama apara bildiklərini, istənilən bir şagirdin hər tapşırıq üzrə yazı işinin iki ayrı marker tərəfindən qiymətləndirilməsinin onun hər hansı işarələmə vasitəsilə yazı işini tanıtması cəhdlərini sıfıra saldığını və bu qayda ilə hər şagirdin ümumi işinin azı 20 müxtəlif marker tərəfindən yoxlanılmış olmasını qeyd edib.

Markerlərin yazı işlərinin qiymətləndirilməsi prosesində iştirak etmələrinin üstün cəhətlərini də vurğulayan A.Qasımov müəllimlərin qazandıqları təcrübəni məktəbdə sinifdaxili qiymətləndirmələrində, yoxlamaq istədikləri bacarıqlara uyğun mətn və tapşırıq tərtibetmə, şagirdlərinin göstəricilərini araşdırıb müqayisəetmə kimi fəaliyyətlərində tətbiq edə biləcəkləri və beləliklə fərdi inkişaf və bacarıqlarının təkmilləşdirilməsi üçün yaxşı bir imkan olduğunu da diqqətə çatdırıb. O, həmçinin markerlərin kifayət qədər əməkhaqqı ilə təmin olunduğunu qeyd edib. 2024-cü ildə keçirilən bütün imtahanların statistikasına nəzər salan şöbə müdiri markerlərin ümumilikdə 7,5 milyondan çox qiymətləndirmə həyata keçirdiklərini və onlara 1 milyon manatdan çox əməkhaqqı ödənildiyini söyləyib.

DİM-in beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov yoxlama prosesini ehtiva edən “Onlayn marker” sisteminin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı görülən işlər haqqında danışıb.

Sonra iştirakçılar xüsusi ayrılmış imtahan zallarında yoxlama aparan markerlərin işi ilə yaxından tanış olublar. Media nümayəndələrinə markerlərin yoxlamanı hansı şəraitdə və meyarlara əsasən həyata keçirdikləri, qiymətləndirməni necə apardıqlarını birbaşa müşahidə etmək imkanı yaradılıb.

Sonda Mərkəzin beynəlxalq imtahan zalları da iştirakçılara nümayiş etdirilib.

Görüş boyunca iştirakçıların göstərilən məsələlərlə bağlı sualları cavablandırılıb və müzakirələr aparılıb.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İlk peşə-ixtisas təhsilli şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatıb

18-02-2019

40 mindən çox şagird buraxılış imtahanı verib

06-03-2017

56 rayonda buraxılış imtahanı keçirilib

12-03-2017

Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi layihəsinin tətbiqinə başlanılıb

14-09-2018

E-markinq sistemi ilə bağlı tədbir keçirilib

28-09-2017

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019

DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

17-03-2017

Bu il imtahanlarda texnologiyalardan necə istifadə ediləcək?

16-02-2017

DİM buraxılış imtahanının nəticələrini elan edib

28-05-2019

İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi müzakirə edilib

02-06-2023

Buraxılış imtahanının nəticələri açıqlandı

24-04-2019

İnformatika üzrə bunker müəllimləri hazırlanır

15-02-2023

Ekspert : Bu il DİM üçün çox ağır olacaq

14-02-2019

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

Qəbul imtahanlarının I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

08-02-2019

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024

DİM: Elektron xidmətlərdən istifadə sayı 11 milyonu ötüb

19-09-2024

IX sinifin yazılı imtahanları necə yoxlanacaq?

14-12-2016

“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

04-02-2017

Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

13-04-2022

Dövlət İmtahan Mərkəzində məsləhət saatları təşkil olunacaq

01-04-2019

DİM-in informatika fənni üzrə işçi qrupunun üzvləri ilə AzTU-nun əməkdaşları arasında görüş keçirilib

07-06-2022

Məleykə Abbaszadə: DİM-in markerlərinin sayı artırıla bilər

21-12-2022

Magistratr imtahanına sənəd qəbulu başlayıb

14-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə