Previous Next
Bağla

40 mindən çox şagird buraxılış imtahanı verib

06-03-2017 10:17
40 mindən çox şagird  buraxılış imtahanı verib

Dövlət İmtahan Mərkəzi (DİM) martın 5-də Bakı və Sumqayıt şəhərləri, Abşeron, Xızı, Qobustan rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinfində təhsil alan 40124 şagird üçün buraxılış imtahanının birinci mərhələsini keçirib.

Xeberler.az-ın məlumatına görə, imtahan 11:00-da başlanıb və 2 saat müddətində aparılıb. İnşa yazan şagirdlərə test tapşırıqlarını cavablandırmaq üçün ayrılmış 2 saatlıq müddət qurtardıqdan sonra 30 dəqiqə əlavə vaxt verilib.

Martın 6-dan  etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. Yazı işləri (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

IX sinifin yazılı imtahanları necə yoxlanacaq?

Hər bir yazı işi əvvəlcə “scan” olunur və 2 marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən 3-cü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram, həmçinin  şagirdin yazı işini həmin şagirdin yaşadığı zonadan olmayan markerlərin kompüterinə göndərir.

Bundan əlavə imtahanda şagirdlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmamalıdır.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

56 rayonda buraxılış imtahanı keçirilib

12-03-2017

İlk peşə-ixtisas təhsilli şagirdlər üçün keçirilən buraxılış imtahanları başa çatıb

18-02-2019

DİM-in elektron imtahanlar korpusuna mediatur təşkil edilib

08-04-2025

Bu il imtahanlarda texnologiyalardan necə istifadə ediləcək?

16-02-2017

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019

DİM buraxılış imtahanının nəticələrini elan edib

28-05-2019

DİM imtahanlarda təhlükəsizliyi necə qoruyur?

17-03-2017

Buraxılış imtahanının nəticələri açıqlandı

24-04-2019

Magistratr imtahanına sənəd qəbulu başlayıb

14-01-2026

Ekspert : Bu il DİM üçün çox ağır olacaq

14-02-2019

“İmtahan formalarının təhlükəsizliyi xüsusi barkodla qorunacaq”

04-02-2017

9-cu siniflər üçün buraxılış imtahanı başlayır

01-03-2017

Jurnalist olmaq istəyən abituriyentlərin nəzərinə

21-07-2017

Ekspert: DİM nə üçün imtahan nəticələrini gec açıqlayır?

13-04-2022

IX sinifin yazılı imtahanları necə yoxlanacaq?

14-12-2016

Sual Kitabçalarının Rəqəmsal Hazırlanması və Auditi Sistemi layihəsinin tətbiqinə başlanılıb

14-09-2018

Ekspert şagirdlərin imtahan nəticələrindən danışdı

24-04-2019

DİM-də rəqəmsal SAT imtahanı keçirilir

03-05-2025

Martın 8-də rəqəmsal SAT imtahanı keçiriləcək

05-03-2025

Qəbul imtahanlarının I və II mərhələsi üzrə onlayn sınaq imtahanları keçiriləcək

08-02-2019

DİM imtahanların nəticələrini açıqladı

23-12-2023

E-markinq sistemi ilə bağlı tədbir keçirilib

28-09-2017

Bu gün rəqəmsal SAT imtahanı keçiriləcək

08-03-2025

DİM-də rəqəmsal SAT imtahanı keçiriləcək

30-10-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə