Previous Next
Bağla

"Microsoft": Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

10-06-2020 17:05
"Microsoft": Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

Azərbaycanda proqram təminatı sahəsində piratçılıq səviyyəsinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.

Xeberler.az bildirir ki, bunu "Microsoft Azərbaycan" şirkətinin baş direktoru Qaçay Mirzəyev deyib.

Onun sözlərinə görə, buna səbəb ölkədə ali təhsil müəssisələrində lisenziyalı proqram təminatının geniş tətbiqidir.

"Ölkədə proqram təminatı sahəsində piratçılıq səviyyəsinin dəqiq rəqəmləri BSA (Business Software Alliance) hesabatı göstərəcək. Bu hesabat təkcə proqram təminatı sahəsində piratçılığı deyil, həmçinin film, musiqi, sənət əsərləri və s. sahələri də əhatə edir", - deyə Q. Mirzəyev bildirib.

Xatırladaq ki, BSA-in 2018-ci ildə dərc etdiyi hesabatda ölkədə piratçılıq səviyyəsi 81% olub.

Qeyd edək ki, dövlət qurumlarında istifadədə olan kompüterlərin lisenziyalaşdırma layihəsinin ikinci mərhələsinə 2021-ci ilin ortalarına start veriləcəyi gözlənilir. Həmin vaxtadək birinci mərhələnin tam bitəcəyi gözlənilir ki, bu müddət ərzində dövlət tərəfindən öncə əldə olunan lisenziyalar tam olaraq istifadəyə veriləcək. 1-ci mərhələdə dövlət qurumlarının icra aparatlarında istifadə olunmaq üçün şirkət tərəfindən 10 min lisenziya təqdim olunub. 2018-ci ilin iyul ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Microsoft” şirkəti arasında əldə olunan razılığa əsasən, dövlət qurumlarına əlavə olaraq 20 min lisenziya, təhsil müəssisələrinə isə akademik güzəştlə 10 min lisenziya verilməsi nəzərdə tutulub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət qurumlarına əlavə 20 min proqram təminatı lisenziyaları veriləcək

26-03-2019

Ölkədə proqram təminatı sahəsində piratçılıq azalıb

15-01-2016

Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

20-05-2012

Azərbaycanda 84 faiz proqram təminatı lisenziyasızdır

30-10-2017

Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

12-07-2018

Ölkəmizdə proqram təminatına lisenziya nəzarəti tətbiq ediləcək

29-09-2015

Sentyabrdan holoqramların tətbiqi planlaşdırılır

31-07-2015

Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

04-10-2016

Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

26-05-2016

DİN “Microsoft” pirat proqram təminatının aşkarlanması istiqamətində Bakının kompüter dükanlarında reydlər keçirib

23-04-2014

“Azərbaycanda piratçılıq səviyyəsi 90 faiz təşkil edir”

15-12-2009

Bakının kompüter dükanlarında növbəti reyd keçirilib

07-05-2015

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019

Ölkəmizdə bu şirkət proqram təminatı sata bilməyəcək-Qərar

30-05-2017

AzInTelecom universitetlərdə mərkəzləşdirilmiş İT idarəetmə sistemi yaradacaq

02-08-2019

Microsoft: “Biz piratçılığın qarşısını almaq iqtidarında deyilik”

22-10-2008

Azərbaycanda proqram təminatı bazarı əhəmiyyətli böyüyəcək

24-01-2025

Azərbaycanın proqram təminatı bazarında qiymətlər artacaq

03-12-2021

Azərbaycanda istifadədə olan proqram təminatlarının 81 faizi lisenziyasızdır

07-06-2018

Azərbaycanda kibertəhlükələr artır- Microsoft xəbərdarlıq edir

11-03-2016

Ödənişsiz Microsoft lisenziyaları veriləcək

05-08-2019

Azərbaycan proqram təminatını qanuniləşdirir...

22-06-2011

Microsoft lisenziyalarının verilməsi davam etdirilir

09-08-2019

Microsoft Azərbaycan bankının kompüter avadanlığını yoxlayıb

09-03-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə