Previous Next
Bağla

Ölkəmizdə bu şirkət proqram təminatı sata bilməyəcək-Qərar

30-05-2017 15:07
Ölkəmizdə bu şirkət proqram təminatı sata bilməyəcək-Qərar

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi kompüterlərə yüklənmiş Microsoft-un lisensiyasız proqram təminatı və bu kompüterlərin təkrar satışı ilə məşğul olan şirkətə qarşı müəllif hüquqlarına dair Azərbaycan Respublikasının qanunvericiliyinin tətbiqi ilə bağlı ilk dəfə olaraq qərar qəbul edib.

Xeberler.az-ın məlumatına görə, məhkəmənin qərarına əsasən, ABC Telecom şirkəti (Kontakt) tərəfindən Microsoft-un lisenziyasız proqram təminatının satışı və istifadəsinə qadağa qoyulub.

Apellyasiya müraciəti zamanı qərara məhkəmə tərəfindən yenidən baxılacaq. Bundan başqa, məhkəmə icraçıları qərarın yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Kontakt mağazalarında mühasibat hesabatları ilə tanış olub, anbarlarda müntəzəm yoxlamalar aparmaq hüququna malikdirlər.

Bu qərar lisenziyasız proqram təminatının yayılması və istifadəsinin aradan qaldırılması üçün Azərbaycan hökumətinin qəti qərarını bir daha vurğulayır.

"Məhkəmənin bu qərarı müştərilərimizi təhlükəsizlik, hüquq və maliyyə baxımından saxtakarlıq qurbanlarına çevrilmə risklərinin qarşısını almağa yönəlmiş səylərimiz istiqamətində atılan əhəmiyyətli bir addımdır. Bu, bizə saxta proqram təminatının istifadəsi nəticəsində daim artan kibertəhlükələrə qarşı mübarizədə təhlükəsiz və hüquqi metodların tətbiqi imkanlarının yaradılması üçün yardım edəcək. Azərbaycanda da təhlükəsiz kiberməkanın qurulması naminə rəqəmsal cinayətlərə qarşı effektiv mübarizə ən vacib məqamlardan biridir”, - deyə Microsoft-un Mərkəzi və Şərqi Avropa üzrə Rəqəmsal cinayətlər şöbəsinin baş hüquqşünası Marya Laytinen (Marja Laitinen) bildirib.

Proqram təminatının saxtalaşdırılması və lisenziyasız proqram təminatının tətbiqi Azərbaycan kompüter istifadəçiləri üçün kibertəhlükəsizlik baxımından ən geniş yayılmış risklərdəndir. Proqram təminatına dair müəllif hüquqlarının qorunması sahəsində əldə etdiyimiz ciddi nailiyyətlərə baxmayaraq Azərbaycanda hələ də piratçılıq, müəllif hüquqlarının pozulması halları müşahidə olunur. BSA-nın hesabatına əsasən, Azərbaycanda proqram təminatına dair müəllif hüquqlarının pozulması halları son tədqiqat dövrü ərzində cəmi 1 faiz bəndi azalıb – 2013-cü ildəki 85%-dən 2015-ci ildə qeydə alınmış 84%-dək.

 2015-ci ildə BSA-nın sifarişi ilə IDC tərəfindən aparılmış “Lisenziyasız proqram təminatı və kibertəhlükələr” adlı araşdırmada 81 ölkədə fərdi kompüterlərdə quraşdırılan lisenziyasız proqram təminatının göstəriciləri BSA Microsoft-a üzv şirkət tərəfindən izlənilən fərdi kompüterlərdə aşkarlanmış zərərli proqramların sayı ilə statistik analiz nəticəsində müqayisə olunub.

Araşdırmada bildirilir ki, lisenziyasız proqram təminatının göstəriciləri və zərərli proqram təminatı hadisələri arasında nəzərəçarpacaq müsbət korrelyasiya mövcuddur (r=0,79, belə ki, 0-dan 1-dən olan şkala üzrə 1.00 maksimal korrelyasiya göstəricisi hesab olunur). Əlavə tədqiqatlar onu göstərir ki, ölkədə lisenziyasız proqram təminatının sayının artması həmin ölkədə zərərli proqramların yayılması ilə düz mütənasibdir. 

Beləliklə, yalnız lisenziyalı proqram məhsullarının satışı və istifadəsi şəxsi və biznes kibertəhlükəsizliyinin təməl daşıdır.

Microsoft-un mütəxəssislərinin fikrincə, bir çox şirkətlər etibarlı təchizatçılardan lisenziyalı proqram təminatının alınması və proqram aktivlərinin effektiv idarə olunması (SAM) siyasəti və təcrübələrinin hazırlanması vasitəsilə kibertəhlükə risklərini azalda bilər. Lisenziyalı proqram təminatından istifadənin artımı istehlakçıların davranışında labüd dəyişikliklərə səbəb olacaq və Azərbaycanda ümumi biznes mühitinə müsbət təsir edəcək.

Əqli mülkiyyətin qorunması sistemi Azərbaycanda inkişaf etməkdədir və ölkə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının fəal üzvü olmaqla yeni beynəlxalq qaydaların hazırlanmasında iştirak edir.

Microsoft korporasiyası üzərinə insanları saxta proqram təminatını əldə etməkdən ciddi şəkildə qorumaq öhdəliyini götürüb və istehlakçıları qeyri-orijinal proqram təminatını müəyyən etmək üçün müvafiq vasitələrlə təmin etməyə hazır olduğunu bildirib.

Eyni zamanda, şirkət saxta proqram təminatını hazırlayan cinayətkarlara qarşı fəal mübarizə aparmaqla istifadəçi hüquqlarını qoruyur. Məhz buna görə şirkət sözügedən işi məhkəməyə ötürmüş və bundan sonra da öz müştərilərini saxta proqram təminatının qurbanı olmaqdan qorumaq üçün öz fəaliyyətini davam etdirəcək.

Məltəm Talıbzadə

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Məhkəmə ABC Telecom-un müraciətini rədd edib

06-09-2017

Azərbaycanda piratçılığın səviyyəsi yüksəkdir-Problem

26-05-2016

Bakının kompüter dükanlarında növbəti reyd keçirilib

07-05-2015

Azərbaycan proqram təminatını qanuniləşdirir...

22-06-2011

DİN “Microsoft” pirat proqram təminatının aşkarlanması istiqamətində Bakının kompüter dükanlarında reydlər keçirib

23-04-2014

Azərbaycanda pirat proqram təminatının göstəricisi açıqlanıb

20-05-2012

Azərbaycanda istifadədə olan proqram təminatlarının 81 faizi lisenziyasızdır

07-06-2018

Gürcüstan Microsoft-a 100 min dollar ödəyəcək

28-11-2016

Lisenziyalı proqramların alınması üçün saziş imzalandı

12-07-2018

Avropada Microsoft-un qiymət siyasətindən narazıdırlar

02-12-2008

Azərbaycanda kibertəhlükələr artır- Microsoft xəbərdarlıq edir

11-03-2016

Bakıda Ali təhsilin rəqəmsal transformasiyası seminarı keçirilib

04-01-2019

Microsoft şirkəti Azərbaycana xəbərdarlıq edib

04-10-2016

"Microsoft": Azərbaycanda piratçılıq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb

10-06-2020

“Microsoft”un süni intellektləri virusları zərərsizləşdirəcək

07-08-2025

Sentyabrdan holoqramların tətbiqi planlaşdırılır

31-07-2015

ETX zərərli proqram təminatının göstəricilərini müəyyən edib

21-11-2025

Microsoft Azərbaycan bankının kompüter avadanlığını yoxlayıb

09-03-2018

Hər 4 saniyədə yeni zərərli proqram təminatı yaranır

20-05-2015

Azərbaycanda 84 faiz proqram təminatı lisenziyasızdır

30-10-2017

“Azərbaycanda piratçılıq səviyyəsi 90 faiz təşkil edir”

15-12-2009

200 min zərərli virus nümunəsi qeydə alınıb

06-03-2015

“Microsoft” kibercinayətkarlıqla mübarizə mərkəzini istifadəyə verib

16-11-2013

Dövlət orqanlarının proqram təminatlarının lisenziyalaşdırılması işinə başlanıldı

14-08-2009





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə