Previous Next
Bağla

İnformatika üzrə beynəlxalq konfrans keçiriləcək

18-03-2013 12:18
İnformatika üzrə beynəlxalq konfrans keçiriləcək
Cari ilin 29-31 may tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) riyaziyyat və informatika üzrə beynəlxalq konfrans keçiriləcək.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə məlumat verən RMİ-dən bildirilib ki, Azərbaycan Riyaziyyat Cəmiyyətinin təşkil etdiyi beynəlxalq konfransın rəsmi dillərinə Azərbaycan, ingilis və rus dilləri daxildir. Konfransın mövzularına gəlincə, riyaziyyat sahəsi üzrə "Funksional analiz", "Operatorların spektral nəzəriyyəsi", "Approksimasiya nəzəriyyəsi", "Diferensial tənliklər", "Harmonik analiz və funksiyalar nəzəriyyəsi", "Qeyri-səlis nəzəriyyə", "Ehtimal nəzəriyyəsi və riyazi statistika" və "İdarəetmə nəzəriyyəsi" daxildir. İnformatika üzrə mövzulara isə "Süni neyron şəbəkələr", "Qeyri-səlis sistemlər", "Kompüter şəbəkələri və sistemləri", "Qərar qəbuletmə sistemləri, "Obrazların tanınması", "Təbii dillərdə yazılmış mətnlərin işlənməsi", "Proqram təminatının hazırlanması", "İnternet proqramları və veb-xidmət", "İnformasiya Təhlükəsizliyi", "İnformasiya texnologiyaları və kompüter təhsili", "Nanotexnologiya" daxildir.
Konfransa göndəriləcək tezislərin son qəbul tarixi aprelin 1-də yekunlaşır. Tezislər konfrans başlanana qədər nəşr olunacaq və konfransdakı ən yaxşı çıxışların mətnləri "Azerbaijan Journal of Mathematics" ( www.azjm.org ) jurnalında çap olunacaq. Tezisin mətni "LaTeX" proqramında yığılmalı və həcmi 1 səhifəni aşmamalıdır. Tezisin nümunəsi ilə "http://apmi2013.azjm.org/abstracts.html" səhifəsində tanış olmaq olar.
Konfransa qeydiyyatın son tarixi martın 20-də başa çatır. İştirakçılar üçün qeydiyyat haqqı da tələb olunur. Belə ki, Azərbaycanda olan iştirakçılar 20, keçmiş Sovet İttifaqından olan iştirakçılar 50 manat, digər ölkələrdən olan iştirakçılar isə 250 avro ödəməlidirlər.
Azərbaycandan olan tələbə doktorantlar üçün qeydiyyat pulsuzdur. Konfransın saytına (www.apmi2013.azjm.org) daxil olmaqla, eləcə də tel: (+99412) 539 91 92; 538 72 50 vasitəsilə ətraflı məlumat əldə etmək mümkündür.
HƏQİQƏT 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeməkləriniz USB ilə isti qalsın!!!

06-12-2008

“Ağıllı” telefon sahibləri “Photoshop”dan istifadə edə biləcəklər

28-02-2013

“Google” ABŞ-da mağazalar şəbəkəsi açır

19-11-2013

İnternetdə ən populyar Azərbaycan sözünü tapan YUMROO istifadəçisi bəlli oldu!!!

02-03-2009

Nintendoda Disney Land

12-11-2008

Azərbaycanda ilk dəfə sığorta polislərinin online satışı həyata keçirilir

01-05-2009

Samsung şirkəti məhsul istehsalında daha keyfiyyətli və cızılmayan şüşələrdən istifadə edəcək

26-10-2013

Azərbaycan Prezidentinin rəsmi saytının “Android” əməliyyat sistemi üçün mobil əlavəsi istifadəyə verilib

23-04-2013

Saytların sayı 650 milyona çatıb

03-04-2013

Ən təhlükəsiz brauzerlər məlum olub

16-03-2013

Smartfonların hansı qüsurları var?

05-04-2012

Ən keyfiyyətli internet Yaponiyadadır

18-09-2008

Yeni internet Forum!

10-12-2008

Opera Mobile 9.7 istifadəyə verildi

11-06-2009

Ölkənin internet xidmətləri bazarında hansı provayder liderdir?

04-11-2013

iPodunu soğanla şarj etdi

01-12-2008

Toxunuşlu ekran Nokia 5800 Xpress Music

02-11-2008

Opera Azərbaycan dilinə Tərcümə oluna bilər

02-05-2009

“Snayper” fotoaparat istehsal ediləcək

17-06-2009

Bill Qeyts yenə də birinci oldu!

21-04-2009

Motorola MOTO-su ZN200

01-12-2008

Displey bazarının həcmi azalacaq

03-11-2013

Gənclər yeni ideyalarını “Onlayn fikir bankı”nda yerləşdirə biləcəklər

27-11-2013

Müsəlmanların Youtube-u

03-12-2008





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə