DİN: Ötən gün bank kartlarından 14 minə yaxın vəsait oğurlanıb

18-06-2025 / 11:24

Bir sıra şəxslərin bank hesablarından iyunun 17-də 6970, 3823, 840, 830, 590, 300, 153, 120, 61 və 31 manat kiber üsulla oğurlanıb.

Xeberler.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

DİN xatırladıb ki, bu cür cinayətlər, əsasən, naməlum nömrələrdən gələn zəng və SMS-lər, saxta saytlar və şübhəli platformalar vasitəsilə törədilir.

Nazirlik bir daha diqqətə çatdırıb ki, naməlum nömrələrdən gələn zənglərə və mesajlara cavab verilməməlidir:

"Tövsiyə edilir ki, SMS, e-poçt və messencerlərdəki şübhəli linklərə daxil olmayın, bank kartınızın nömrəsini, PIN kodunu, CVV kodunu, OTP (birdəfəlik şifrə) kimi məlumatları heç bir halda paylaşmayın. Tanımadığınız şəxslərə, həmçinin özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edənlərə inanaraq məlumatlarınızı verməyin".


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə