Previous Next
Bağla

DİN: Ötən gün bank kartlarından 2981 manat və 49 dollar oğurlanıb

31-05-2025 11:28
DİN: Ötən gün bank kartlarından 2981 manat və 49 dollar oğurlanıb

Mayın 30-da bir sıra şəxslərin bank kartlarından kiber üsullarla pul vəsaitləri oğurlanıb.

Xeberler.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Daxili İşlər Nazirliyi vətəndaşları bank kartı məlumatlarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırır.

Vətəndaşların bank kartlarının üzərindəki CVV/CVC və SMS vasitəsilə göndərilən OTP (birdəfəlik şifrə) kodlarını naməlum şəxslərlə paylaşması nəticəsində onların hesablarından 725, 550, 450, 447, 300, 204, 73, 72, 60, 50 manat və 49 ABŞ dolları məbləğində vəsait oğurlanıb.

Qeyd olunan məxfi məlumatlar üçüncü şəxslərə verildiyi halda yalnız bank hesabında olan vəsait deyil, həm də kredit limitləri vasitəsilə vətəndaşa maddi ziyan vurulur.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək xəbərdarlıq edir:

- Bank və ya digər qurum adı ilə edilən naməlum zənglərə, mesajlara, linklərə inanılmamalıdır.

- “Hesabınız dondurulub, müdaxilə var”, “Viza üçün ödənişlər”, “Qazandınız”, “Sığorta aktivləşdirilir”, “Sərfəli kredit” və bu kimi cəlbedici təkliflər kiberfırıldaqçılıq məqsədi daşıya bilər.

- Heç bir halda kartın arxa hissəsindəki CVV/CVC kodları və OTP şifrəsi paylaşılmamalıdır.

Şübhəli hallarla rastlaşdıqda vətəndaşlar “102” Xidməti Zəng Mərkəzinə və ya ərazi polis orqanlarına müraciət etməlidirlər.

Daxili İşlər Nazirliyi tərəfindən kibercinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Həftəsonu bank kartlarından 15 min manatdan çox vəsait oğurlanıb

19-05-2025

DİN: Ötən gün bank kartlarından 500 manata yaxın vəsait oğurlanıb

29-05-2025

DİN: Ötən gün bank kartlarından 5 min manata yaxın pul oğurlanıb

24-05-2025

DİN: Ötən gün bank kartlarından 26 min manatdan çox vəsait oğurlanıb

20-05-2025

Ötən gün bank kartlarından 21 min 139 manat və 25 dollar oğurlanıb

23-04-2025

DİN: Ötən gün bank kartlarından 5 min 500 manata yaxın pul oğurlanıb

30-05-2025

DİN: Həftəsonu bank kartlarından 12 min manata yaxın pul oğurlanıb

26-05-2025

Ötən gün bank kartlarından 3 min manata yaxın pul oğurlanıb

23-05-2025

Vətəndaşların bank kartlarından 22 min manata yaxın vəsait oğurlanıb

19-04-2025

DİN: Ötən gün bank kartlarından 12 min manatadək pul oğurlanıb

16-05-2025

DİN: Həftəsonu bank kartlarından 5 min 600 manata yaxın pul oğurlanıb

02-06-2025

DİN: Ötən gün bank kartlarından 7 min 500 manata yaxın pul oğurlanıb

21-05-2025

DİN: Ötən gün bank kartlarından 23 min manatdan çox pul oğurlanıb

26-04-2025

DİN: Ötən gün bank kartlarından 24 min manatdan çox pul oğurlanıb

20-06-2025

Ötən gün bank kartlarından 30 min 716 manat oğurlanıb

01-05-2025

DİN: Ötən gün bank kartlarından 6 min manatdan çox pul oğurlanıb

14-06-2025

DİN: Ötən gün vətəndaşların bank kartlarından 51559 manat oğurlanıb

18-04-2025

DİN: Ötən gün bank kartlarından 12 min manata yaxın pul oğurlanıb

27-05-2025

Həftəsonu bank kartlarından 20 min manatdan çox vəsait oğurlanıb

28-04-2025

Ötən gün bank kartlarından 30 min manatdan çox vəsait oğurlanıb

08-05-2025

Ötən gün bank kartlarından 27 min manat oğurlanıb

02-05-2025

DİN: Ötən gün bank kartlarından 10 min 300 manata yaxın pul oğurlanıb

04-06-2025

Ötən gün bank kartlarından 13 mindən çox pul oğurlanıb

07-05-2025

DİN: Ötən gün vətəndaşların bank kartlarından 15040 manat oğurlanıb

17-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə