Disklərin yazılması üçün sadə proqram

05-09-2008 / 16:03
Disklərin köçürülməsi üçün funksional proqramın yeni versiyası çıxıb. Cheetah DVD Burner bütün tanınmış və hətta çox yayılmamış Burn Blu-Ray, Dual Layer DVD, DVD və CD formatlarla işləyir. Bu proqramın köməyi ilə diskə köçürmələr etmək, MP3, WMA və WAV audiofayllarından toplular düzəltmək, DVD videolar yazmaq olar. Cheetah DVD Burner proqramı DAO və TAO köçürmə rejimlərini hər növ disklər üçün işlədə bilər. Proqram yazılmış məlumatların tam köçürüldüyünü  yoxlaya, yüklənilmiş disklər yarada bilər. Eləcə də, diskləri multisessiya rejimində yazmaq və buferin dolmasına yol verən səhvlərdən qorumaq imkanlarına malikdir.
Proqramın shareware (pullu) kimi yayıldığına baxmayaraq, bütün istifadəçilər onun açarını pulsuz ala bilirlər. Bunun üçün proqramın saytında ev səhifəsinə göndəriş yerləşdirmək və işçilərə bu haqda yazmaq kifayətdir.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə