Pioneer-dən Qflix funksiyası ilə DVD ötürücülər
Pioner şirkəti iki Qflix DVD Download & Burn texlogiyası ilə işləyən DVD/CD ötürücüsü təqdim etdi. Pioneer və Sonic Solutions ilə işləyən Qflix istifadəçilərə filmləri, yaxın zamanlarda isə TV proqramları heç bir qanunu pozmadan İnternetdən asanlıqla yükləmək və DVD diskə köçürmək imkanı verir. Şirkət bu tip texnologiyanı öz qurğularında ilk dəfə tətbiq edir.
Daxili DVR-2920Q, xarici DVR-X162Q olan ötürücülərdən biri DVD ± R SL 20х, DVD ± R DL 12х, DVD-Download və DVD ± RW SL 8х и DVD ± RW SL 6х kimi diskləri dəstəkləyir. Hər iki model DVR-2920Q üçün SATA interfeysi ilə, DVR-X162Q üçün USB 2.0 ilə işə salınır.
Optimal Write və Quiet Drive texnologiyalarını da qeyd etmək lazımdır. Onlarla birgə asan yazılma və yükləmə proqramları da təqdim olunur.
DVR-2920Q ötürücüsünün qiyməti 69.99$, DVR-X162Q isə 114,99$ təşkil edəcək. Hər iki məhsul oktyabrın sonu və noyabr ayında satışa çıxarılacaq.