Previous Next
Bağla

Toshiba da xərçənglə mübarizəyə qoşuldu

14-10-2008 13:12
Toshiba da xərçənglə mübarizəyə qoşuldu
Toshiba şirkəti xərçənglə mübarizəyə qoşuldu. Şirkət satışa çəhrayı rəngli Portege M800 noutbuku buraxır. Hər noutbuk satışından gələn gəlirdən 40 dollar ayrılıb Kanadanın xərçəng xəstəlikləri ilə mübarizə Fonduna keçiriləcək (qiyməti təxminən 800 ABŞ dollarına bərabərdir). 13,3 düymlük noutbukun texniki xüsusiyyətlərinə gəlincə isə, o, 2 GHs tezlikli Core 2 Duo T3200 prosessoruna, 2 Gb operativ yaddaşa, 250 Gb sərt diskə, inteqral İntel GMA4500M videonüvəsinə, ikitəbəqəli disklərin yazması imkanı olan DVD ötürücüyə, Wi-Fi və Bluetooth simsiz şəbəkə adapterinə, 1,3 meqapikselli vebkameraya malikdir.
Qeyd edilir ki, noutbukun dizaynı o qədər də gözəl deyil.
Xatırladaq ki, bir qədər əvvəl Sony şirkəti xərçənglə mübarizəyə yardım məqsədilə satışa yeni çəhrayı rəngli noutbuklar çıxarmışdı.
ŞƏRHLƏR





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə