Yeni Panasonic videomaqnitofonu Blu-ray rekorderinə qarşı
Panasonic şirkəti yaxınlarda Blu-ray rekorderinin və videomaqnitofonunun imkanları ilə üst-üstə düşən DMR-BR630V universal qurğusunun satışına başlamağı planlaşdırır.
Panasonic DMR-BR630V Blu-ray formatı, sürəti 6x olan optik ötürücü və DVD qoymaq imkanı ilə təchiz olunub. Bundan əlavə 320 Gb-lıq vinçester də daxildir. Əsas xüsusiyyəti VHS videokasetlərini də açmaq imkanı olmasıdır. Beləliklə, Panasonic DMR-BR630V-in sahibləri köhnə videokasetlərə də baxa bilərlər.
Panasonic DMR-BR630V rekorderi ev kinoteatrına qoşulmaq üçün bütün imkanlara, həmçinin HDMI interfeysinə malikdir. Yeni rekorder Yaponiyada satışa oktyabr ayında 1450 dollar qiymətində çıxacaq.
Bundan əlavə, Panasonic payızda bazara DMR-BW930K rekorderini də çıxarmaq niyyətindədir. Özəlliyi ondadır ki, o, 1 terabayt həcmdə olan sərt disk üzərində qurulub. Bu həcm yüksək aydınlıqlı formatla 90 saat videonu saxlaya biləcək. Qiyməti isə 2500 dollar məbləğində olacaq.