LITE-ON Blu-Ray, DVD Combo ötürücü hazırlayıb

07-10-2008 / 17:53
LITE-ON təmsilçiləri yeni daxili Blu-Ray Combo ötürücüsü buraxmağa hazırlaşırlar. Kod adı iHES206 olan ötürücü SATA interfeysinə malikdir, 6x sürətli BD-R/RE/ROM disklərini oxuya bilir və 8x-də DVD ± R, 16x-də DVD ± R DL və DVD + RW, 6x-də DVD-RW, 12x-də DVD-RAM yazmaq imkanına malikdir.
“Blu-Ray tədricən yüksək keyfiyyətli video (HD) üçün yayılmış və tanınmış formata çevrilir. Biz alıcıya kompüteri üçün daha bir Blu-Ray ötürücüsü təqdim etmək istəyirik” - Avropada Lite-On marketinqi üzrə menecer Jelmer Veldman söylədi.
Bundan əlavə, ötürücünün LightScribe funksiyası var. O, lazerin köməyi ilə diskdə təsvir yarada bilir. Lakin bunun üçün xüsusi LightScribe markalı disklər lazım olacaq.
LITE-ON iHES206 gələn ay 139 avro məbləğində satışa çıxarılacaq.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə