Previous Next
Bağla

DOST rəsmi internet saytını təqdim edib

21-05-2020 19:37
DOST rəsmi internet saytını təqdim edib

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin rəsmi internet saytı (dost.gov.az) təqdim olunub.

Xeberler.az bildirir ki, təqdimat mərasimi DOST Agentliyinin rəsmi facebook hesabı ilə canlı yayımlanıb.

Agentliyin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin indiyədək gördüyü işlərdən, gələcək planlardan danışıb, sayt barədə məlumat verib.

Saytda 11 əsas bölmə daxilində DOST-la bağlı qanunvericilik aktları və qurumun strukturu barədə məlumat verilir, habelə DOST mərkəzlərində göstərilən xidmətlərin pasportları, xidmətlər barədə informativ kitabçalar, statistika, xəbərlər, qalereya və s. təqdim edilir.

Müasir dizayn üslubu ilə diqqəti cəlb edən saytda pensiya və sosial müavinətlər, təqaüdlər, ünvanlı dövlət sosial yardımı və əlillik, məşğulluq, əmək münasibətləri və s. barədə, həmçinin bu sahələrdə DOST mərkəzlərində göstərilən xidmətlərə dair məlumatları əhatə edən altbölmələr təqdim edilir.

Həmçinin saytda qeyd edilən mövzular üzrə 1000-dən çox sualın cavabı verilir. Burada axtarış bölməsi, faydalı linklər, sosial şəbəkələrə keçidlər və digər alt  bölmələr də təqdim olunur.

Saytın yaradılması DOST Agentliyinin vətəndaşlara daha keyfiyyətli xidmət göstərmək missiyasının tərkib hissəsi olmaqla, onların sosial sahə və bu sahədə xidmətlərlə bağlı düzgün və dolğun məlumatlarla operativ formada təmin edilməsinə xidmət edir.

DOST Agentliyinin rəsmi səhifəsinin qısa təqdimatı videoçarxda

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ötən ay DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib

16-02-2026

DOST mərkəzlərində hazırda 160-dan çox xidmət göstərilir

26-03-2025

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib

24-01-2026

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

29-12-2024

9 ayda DOST mərkəzlərində 658 min vətəndaşa xidmət göstərilib

16-10-2025

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

30-10-2025

Rusiya nümayəndə heyəti 5 saylı Bakı DOST Mərkəzində olub

20-08-2024

On ayda DOST mərkəzlərində 739 min vətəndaşa xidmət göstərilib

17-11-2025

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14-03-2025

Türkiyənin nümayəndə heyəti DOST Agentliyi və mərkəzi ilə tanış olublar

08-11-2019

DOST mərkəzlərində 300 min vətəndaşa xidmət göstərilib

15-05-2025

Ötən ay DOST mərkəzlərində 84 min vətəndaşa xidmət göstərilib

20-02-2025

DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılacaq

17-12-2021

Bakutel sərgisində DOST Mərkəzi xidmət göstərir

03-12-2019

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

18-04-2025

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

03-10-2024

DOST Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

20-08-2025

DOST Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib

20-02-2026

DOST mərkəzlərində 213 min vətəndaşa xidmət göstərilib

14-04-2025

Yanvar-avqust aylarında DOST mərkəzlərində 506 min vətəndaşa xidmət göstərilib

17-09-2024

DOST Məsləhəti proqramı fəaliyyət göstərəcək

27-02-2019

DOST Agentliyində ictimai dinləmə və müzakirə keçirilib

01-06-2023

Ötən il DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib

14-01-2025

Çin və İndoneziya nümayəndə heyətləri DOST Mərkəzində olublar

19-11-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə