Previous Next
Bağla

ABAD xaricdə təqdim edilib-Foto

23-06-2017 14:09
ABAD xaricdə təqdim edilib-Foto

22 - 23 iyun tarixində Niderland Krallığının Haaqa şəhərində “Gələcək İndidir: 2030 Gündəliyi naminə Dövlət Xidmətləri Sahəsində İnnovasiyanın Sürətləndirilməsi” mövzusuna həsr edilmiş “BMT-nin Dövlət Xidmətləri Foumu” keçirilib.   

Xeberler.az-ın məlumatına görə, forumda ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Forumun keçirilməsində məqsəd səmərəli dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri və digər bu kimi məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətdə müsbət təcrübələrinin mübadiləsi və mükafatlandırma mərasiminin keçirilməsi olub.

Forumda dünyanın müxtəlif ölkələrindən aparıcı nazirliklərin və təşkilatların rəhbərləri, beynəlxalq ekspertlər, kütləvi informasiya vasitələri və işgüzar dairələrin nümayəndələri iştirak ediblər.

Forumu BMT-nin iqtisadi və sosial məsələlər üzrə baş katibinin müavini cənab Vu Honqbo və Niderlandın daxili və krallıq əlaqələri naziri cənab Ronald Plasterk açıq elan edərək forumun önəmindən, müasir dünyanın innovasiyalarla irəli getdiyindən, qabaqcıl təcrübələrin bölüşülməsinin vacibliyindən bəhs ediblər. Daha sonra Haaqa şəhərinin meri xanım Pauline Krikke iştirakçıları salamlayaraq tədbirin keçirilməsinin müasir çağırışlardan irəli gələn obyektiv zərurət olduğunu qeyd edib.

Forum çərçivəsində “İş yerlərinin yaradılması və rifah” mövzusunda təşkil olunmuş 1-ci paneldə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və modernləşdirilməsi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verib, bu islahatların tərkib hissəsi olan ABADpublik hüquqi şəxsin uğurlu fəaliyyəti barədə geniş təqdimat edib. 

 ABAD-ın Azərbaycanda ailə bizneslərinin və ailə brendlərinin inkişaf etdirilməsinə yönəlmiş təşəbbüs olduğunu və Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlıgın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsarrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosial yönümlü layihələri olduğu bildirilib. Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Həmçinin səfər çərçivəsində BMT-nin Baş katibinin iqtisadi inkişaf məsələləri üzrə müşaviri cənab Lenni Montiel, Niderlandın daxili və krallıq əlaqələri naziri cənab Ronald Plasterk, Uqanda Respublikasının dövlət xidmətlərinin naziri cənab Muruli Mukasa, İndoneziya Respublikasının idarəçilik və bürokratik islahatlar naziri cənab Asman Abnur, Əfqanıstan İslam Respublikasında təsis edilmiş ASAN Khedmat-in direktoru cənab Şahzad Aryobi ilə ikitərəfli görüşlər keçirilib.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ASAN xidmət  qlobal forumda təqdim olunub

ASAN xidmət qlobal forumda təqdim olunub

11-11-2016
ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018
İndoneziya ASAN xidmət modelini seçib-Foto

İndoneziya ASAN xidmət modelini seçib-Foto

26-07-2017
ASAN xidmət  Dubayda təqdim olundu

ASAN xidmət Dubayda təqdim olundu

09-02-2016
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

23-05-2019
BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019
ASAN xidmət BMT-də təltif olunacaq

ASAN xidmət BMT-də təltif olunacaq

24-06-2015
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019
ASAN xidmət təcrübəsi Afrika şəhərlərinin 8-ci Forumu-nda

ASAN xidmət təcrübəsi Afrika şəhərlərinin 8-ci Forumu-nda

24-11-2018
Əfqanıstan ASAN xidmət modelini tətbiq edir

Əfqanıstan ASAN xidmət modelini tətbiq edir

13-07-2016
“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib

“ASAN xidmət”in DİM 16 üzrə əhəmiyyəti BMT-də müzakirə edilib

19-06-2026
Bakıda  BMT-nin Dövlət Xidmətləri Forumu keçirilir.

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçirilir.

24-06-2019
Dövlət Agentliyi xüsusi mükafata layiq görülüb

Dövlət Agentliyi xüsusi mükafata layiq görülüb

11-12-2019
Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019
ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018
Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

10-04-2019
Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

24-06-2019
ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

ASAN Beynəlxalq Assosiasiyasının yaradılmasına dair Niyyət Bəyannaməsi imzalanıb

25-06-2019
“ASAN xidmət” Berlində təqdim edildi -Fotolar

“ASAN xidmət” Berlində təqdim edildi -Fotolar

05-05-2015
BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

10-04-2025
Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasında səfərdə olub

Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasında səfərdə olub

02-06-2025
"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

"ASAN xidmət" BMT-nin sessiyasında müzakirəyə çıxarılıb

15-04-2026
Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

26-07-2019
Azərbaycanda Ailə Biznesinə Asan Dəstək mərkəzləri yaradılır -Fərman

Azərbaycanda Ailə Biznesinə Asan Dəstək mərkəzləri yaradılır -Fərman

23-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə