Previous Next
Bağla

Sığorta hesabatlarını elektron formada necə göndərməli?

17-04-2017 12:13
 Sığorta hesabatlarını elektron formada necə göndərməli?

Məlum olduğu kimi, "Məcburi dövlət sosial sığorta haqqının toplanılması" Qaydalarına əsasən sığorta edənlər qeydiyyata alındığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarına hər rüb məcburi dövlət sosial sığorta barədə hesabat təqdim edirlər.

2017-ci il 1 aprel tarixindən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması ilə "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi" xidmətinə müraciət yalnız eektron imza və “ASAN imza” vasitəsi ilə aparılır. Belə ki, aprelin 1-nə qədər sığorta edənlər həmin xidmətə istifadəçi adı/şifrə ilə daxil ola bilirdilərsə, artıq sadəcə elektron imzalama vasitələri ilə giriş edə bilərlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Xeberler.az-a bildirilib ki, sığorta hesabatlarının "Elektron imza və elektron sənəd haqqında" Qanuna uyğun icrası bu sahədə xoşagəlməz halların aradan qaldırılması məqsədi daşıyır.

Belə ki, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikası qanununa əsasən yalnız “elektron imza” vasitələri ilə imzalanmış elektron sənəd hüquqi qüvvəyə malikdir.

Eyni zamanda, elektron imza ilə təsdiq olunmuş sənədə heç bir müdaxilə mümkün deyil, həmin sənədin bütövlüyünə və prosesin təhlükəsizliyinə tam təminat verilir.

Beləliklə, məcburi dövlət sosial sığortası üzrə hesabatları əldə etmək üçün, elektron-imza və “ASAN imza” vasitəsi ilə "Elektron hökumət" portalına (www.e-gov.az) daxil olaraq, "BÜTÜN XİDMƏTLƏR" bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi" elektron xidmətini seçərək "Yeni hesabat" alt bölməsini aktiv edib, rüblük hesabatınızı qısa vaxtda müvafiq ünvana göndərə bilərsiniz.

 

Günel

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

E-xidmətlərlə bağlı növbəti ödənişsiz təlim

16-05-2017

E-xidmətlərlə bağlı növbəti təlim keçirilib-Foto

18-05-2017

Nazirlik elektron formada necə xidmət göstərir?

13-04-2017

Ən çox istifadə edilən e-xidmət hanısıdır?

02-02-2016

Nazirliyin bu xidmətinə görə e-imzaya təlabat artıb

14-04-2017

DSMF onlayn sorğunun nəticəsini açıqlayıb

17-02-2016

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023

Dövlət icbari şəxsi sığorta üzrə ödənişlər proaktiv qaydada təyin ediləcək

26-04-2022

Nazirliyin e-xidmətlərinə 1 milyondan çox müraciət olub

09-02-2018

Nazirliyin e-xidmətinə 3 milyondan çox müraciət olub

04-05-2017

Əmək müqaviləsi bildirişi elektron imza vasitəsilə daxil ediləcək

08-06-2015

Sığorta şirkətləri elektron imzanın tətbiqinə başlayıb

06-10-2016

Yanvarda 49 minə yaxın "ASAN İmza" sertifikatı verilib

17-02-2026

Ötən il 500 mindən çox "ASAN İmza" sertifikatı verilib

14-01-2026

Azərbaycanda yeni verilən "ASAN İmza" sertifikatlarının sayı azalıb

17-02-2025

“Dövlət icbari şəxsi sığorta” altsistemi yaradılacaq

31-12-2021

E-imza ilə 4 milyondan artıq imzalama tranzaksiyası olub

22-01-2016

Asan İmza ödənişsiz oldu

22-05-2020

“Elektron elm”in formalaşması məqsədilə müəssisə və təşkilatları elektron imza əldə etməlidir

10-05-2013

7 ayda 282 minə yaxın "ASAN İmza" sertifikatı verilib

11-08-2025

11 ayda 471 minə yaxın "ASAN İmza" sertifikatı verilib

08-12-2025

Ötən ay ən çox hansı elektron xidmətdən istifadə edilib?

09-03-2016

2 ayda 85 mindən çox "ASAN İmza" sertifikatı verilib

16-03-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə