Previous Next
Bağla

E-xidmətlərlə bağlı növbəti təlim keçirilib-Foto

18-05-2017 13:16
E-xidmətlərlə bağlı növbəti təlim keçirilib-Foto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Məlumat Hesablama Mərkəzi əhalinin elektron xidmətlərdən istifadə bacarıqlarının, elektron xidmətlər haqqında məlumatlandırmanın və ümumilikdə elektron idarəçilik üzrə biliklərin səviyyəsinin artırılması üçün birgə təlimləri davam etdirir.

Belə ki, növbəti təlim “Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi” mövzusuna həsr edilib.

Xeberler.az-ın məlumatına görə, təlimdə çıxış edən Elektron Hökumət Təlim-Tədris Mərkəzinin direktor vəzifəsini icra edən Rauf Cabbarov elektron xidmətlərin gündəlik həyatda rolundan danışaraq, bildirib ki, gözlənilən nəticələrin əldə olunması üçün vətəndaşların bu xidmətlərdən istifadə səviyyəsinin artırılması əsas prioritetlərdəndir.

 Bu məqsədlə, Elektron Hökumət Təlim-Tədris Mərkəzi "Elektron hökumət" portalı,"Elektron imza" və ümumiyyətlə, digər xidmətlər üzrə vaxtaşırı təlimlərin təşkilini planlaşdırır.

R.Cabbarov qeyd edib ki, maraqlı tərəflərin iştirakını təmin etmək üçün təlimlərlə bağlı öncədən məlumat verilir.

Daha sonra, Məlumat Hesablama Mərkəzinin əməkdaşı Günay Hüseynova "Elektron hökumət" portalı üzrə təqdim olunan elektron xidmətlər barədə məlumat verərək, virtual xidmət mühiti olan portalın üstünlüklərindən danışıb.

“Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi” xidməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Orxan Salahov tərəfindən praktiki olaraq təlim iştirakçılarına nümayiş olunub. Həmin xidmət üzrə sığortaedənin məlumatları, səlahiyyətlərin verilməsi və hesabatların qəbulu bölmələri üzrə ayrı-ayrılıqda tələb olunan bütün mərhələlər təlim iştirakçılarına izah edilib. Mütəxəssis hesabatın hazırlanması, hesabata düzəlişlərin olunması və etibarsız olan hesabatların ləğvi barədə ətraflı məlumat verib.

 

Qeyd edək ki, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi” qaydalarına əsasən, sığorta edənlər qeydiyyata alındığı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq orqanlarına hər rüb məcburi dövlət sosial sığortası barədə hesabat təqdim edirlər. 2017-ci il 1 aprel tarixindən fərdi uçot əsaslı vahid rüblük hesabat alt sisteminin tətbiqinə başlanılması ilə “Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi” xidmətinə müraciət “Elektron imza” vasitəsi ilə aparılır.

Milli Sertifikat Xidmətləri Mərkəzinin mütəxəssisi İsmayıl Niftəliyev “Məcburi dövlət sosial sığortası üzrə hesabatların göndərilməsi” xidmətinin giriş vasitəsi olan "Elektron imza"nın üstünlükləri, “Elektron imza” vasitəsi ilə onlayn xidmətlərə müraciət barədə məlumat verərək, təlim iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirib.

Məlumat üçün bildirək ki, “Elektron imza” sertifikatını birbaşa Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzinə, eləcə də Şəbəkə xidmət mərkəzlərinə və həmçinin www.e-imza.azsaytından onlayn sifariş etməklə 3 gün ərzində elektron imza kartı və ya elektron imza tokeni formasında əldə etmək mümkündür.

Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan elektron imza sertifikatından istifadə tam pulsuzdur. 1 dəfə ödəniş edib, sertifikatı əldə etməklə 3 il müddətində heç bir xidmət haqqı olmadan tam ödənişsiz istifadə edilir.

Bundan əlavə, elektron imza beynəlxalq FİPS 140-2 təhlükəsizlik standartına uyğunlaşdırılmış, tam təkmil imzalama vasitəsidir. Ən əsası isə elektron imza ilə aparılan əməliyyatlara müdaxilə mümkün deyil.

Günel

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

E-xidmətlərlə bağlı növbəti ödənişsiz təlim

16-05-2017

Sığorta hesabatlarını elektron formada necə göndərməli?

17-04-2017

“Elektron hökumət” mövzusunda seminar keçirilib

02-03-2017

Nazirliyin bu xidmətinə görə e-imzaya təlabat artıb

14-04-2017

Ən çox istifadə edilən e-xidmət hanısıdır?

02-02-2016

Tələbələrə portal barədə məlumat verilib

29-03-2017

Nazirlik e-hökumətlə bağlı təlimlərə başladı

30-10-2017

Elektron xidmətlər üçün ən çox müraciət edilən qrum bəlli olub

08-06-2018

Portalda elektron xidmətlərin sayı 433-ə çatdı

04-04-2017

E-hökumət mövzusunda növbəti seminar keçirilib

06-07-2017

Güzəştli Mənzil Sistemi portal üzərindən fəaliyyətə başladı

30-05-2017

E-imza ilə bağlı növbəti seminar keçirilib

06-05-2017

26 mindən çox e- imza sertifikatı istifadəyə verilib

11-01-2018

Nazirlikdən qrant müsabiqəsinin qalibləri üçün yenilik

03-10-2017

Nazirlik elektron formada necə xidmət göstərir?

13-04-2017

“Elektron Hökumət” bülleteni təqdim olunacaq

05-02-2015

“Elektron hökumət” bülleteninin növbəti sayı təqdim olunacaq

08-04-2015

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015

E-imza sertifikatlarının sayı açıqlandı

12-07-2016

“Elektron hökumət” bülleteni üzrə brifinq keçirilir

10-04-2015

Portalın Android versiyasına yeni xidmətlər əlavə edildi

22-06-2017

Elektron imza serfikatlarının sayı açıqlandı

08-08-2016

Ötən il 23 mindən çox e-imza sertifikatı istifadəyə verilib

09-01-2017

Ən çox istifadə olunan e-xidmətlər

17-10-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə