Previous Next
Bağla

Dövlət Neft Fondu “Apple", “Microsoft" və “Amazon”a yatırımları 2 dəfədən çox artırıb

31-07-2023 12:04
Dövlət Neft Fondu “Apple", “Microsoft" və “Amazon”a yatırımları 2 dəfədən çox artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) səhmlərinə ən çox yatırım etdiyi qlobal şirkətlər məlum olub. Bu il iyulun 1-nə Fondun yatırımları 14 valyutada olmaqla dünyanın 26 ölkəsindən 1570 şirkəti əhatə edib.

Bu barədə ARDNF-dən bildirilib. Məlumata görə, 2023-cü ilin ilk yarısı üzrə Fondun listinqdəki səmhlərinin dəyəri 10,7 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 81,3% çoxdur. 2022-ci ilin altı ayında bu rəqəm 5,9 milyard dollar təşkil etmişdi.

ARDNF-in ən çox yatırım etdiyi TOP-5 şirkətlərin səhm portfelində də dəyişiklik olub. Fond “Apple Inc”yə yatırımlarını son bir ildə 2,3 dəfə artıraraq 211 mln. dollardan 497 milyon dollara qədər artırıb. Başqa sözlə, ARDNF-nin səhm portfelində “Apple Inc”in payı 3,7%-dən 4,7%-ə çatıb.

Fond “Microsoft”a yatırımlarını 173 mln. dollardan 390 mln. dollara, səhm portfelində payını isə 3,0%-dən 3,7%-ə kimi artıb. “Google”a yatırım 82,6% artaraq 121 mln. dollardan 221 mln. dollara (portfeldə payı 2,1%) yüksəlib.

ARDNF “Amazon”un isə 195 mln. dollarlıq səhminə sahib olub. Bu isə son bir ildə 2,1 dəfə artım deməkdir. 2022-ci ilin iyul ayının 1-nə bu rəqəm 92 mln. dollar təşkil edib. Həmçinin, Fondun səhm portfelində “Amazon”un payı 1,6%-dən 1,8%-ə kimi artıb.

Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-5 şirkətlərə tamamilə qlobal İT şirkətləri nəzarət edir. Belə ki, ötən ilin ilk yarısında ilk beşliyə daxil olan “Nestle SA” şirkətini (86 mln. dollar yatırım) bu dəfə ABŞ-ın ən iri çip və oyun konsolları üçün qrafik prosessor istehsalçısı “NVIDIA” əvəzləyib. Fondun şirkətdəki səhmlərinin dəyəri 169 milyon təşkil edib.

Ümumilikdə, ARDNF-nin TOP-5 İT nəhənglərinin səhmlərinə yatırımları 1 mlrd. 472 mln. dollar təşkil edib. Bu isə ötən ilin birinci yarısı ilə müqayisədə 2,2 dəfə çoxdur. Ötən ilin ilk yarısında bu rəqəm 683 mln. dollara bərabər olub.

Qeyd edək ki, ARDNF “MSCI World” indeksini passiv olaraq izləyir və bu çərçivədə indeksin tərkibinə daxil olan bütün şirkətlərin çəkilərinə uyğun investisiya edir. Bununla da, Fond səhm investisiyalarını indeksin bölgülərinə uyğun olaraq həyata keçirir. (Apa)

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Neft Fondunun ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple" və “NVIDIA”ya yatırımlar kəskin artıb

25-10-2024

Neft Fondu “Meta”nın 179 milyonluq səhmlərini alıb

29-04-2024

“Yahoo!”nun gəlirləri iki dəfə artıb

21-10-2010

“Dell” şirkətinin xalis mənfəəti 55% artıb

20-11-2010

Dövlət Neft Fondu hansı beynəlxalq şirkətlərin səhmlərini alıb ?

24-01-2024

“eBay” internet auksionunun mənfəəti artdı

22-07-2010

“Google” mənfəətini artırdı

15-10-2010

ADNF pulları texnologiyalara yatırır-RƏY

31-07-2023

May ayında Azərbaycanın peyk xidmətlərindən gəlirləri kəskin azalıb

01-07-2021

Facebook-un məşhurluğu MySpace-dən təxminən iki dəfə çoxdur

24-01-2009

Azərbaycanın peyk xidmətlərinin ixracı artıb

31-01-2022

Azexport portalına daxil olan ixrac sifarişlərin dəyəri azalıb

30-09-2022

Ölkədə külək elektrik stansiyalarında istehsal azalıb

21-08-2017

MySpace və Facebook gözləniləndən az gəlir əldə ediblər.

27-12-2008

Dövlət qurumu 4 milyon manat mənfəətə çıxıb

04-01-2019

"Azərkosmos" bu il təqribən 22 mln. dollarlıq xidmət ixrac edib

30-11-2022

Elektron ticarət əməliyyatlarının həcmi 20 mlrd. manatdan çox artıb

29-02-2024

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

10-09-2016

Azərbaycanın ABŞ bazarına Amazon və eBay-la ixrac imkanları yaranıb

16-01-2023

“Qeyri-neft sektorundan əlavə 64 milyon manat daxil olub”

04-10-2016

Azərbaycanda nağdsız ödənişlərin həcmi artıb

08-11-2016

Ölkədə külək və günəş elektrik stansiyalarının istehsal gücü azalıb

04-08-2017

Azərbaycanda e-ticarətin həcmi 60 faizdən çox artıb

12-05-2020

AzInTelecom Vodafone Ukraine-ı satın ala bilər

17-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə