Previous Next
Bağla

Dövlət qulluqçuları xarici “Elektron hökumət” təcrübəsi ilə tanış olub

25-11-2015 10:11
Dövlət qulluqçuları xarici “Elektron hökumət” təcrübəsi ilə tanış olub

Finlandiya Dövlət İdarəçiliyi İnstitutu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə Azərbaycanın dövlət qulluqçuları üçün seminar təşkil edib.
 
Komissiyadan Xeberler.az-a verilən məlumata görə, seminar Finlandiya Dövlət İdarəçiliyi İnstitutunun estoniyalı tərəfdaşları ilə birlikdə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramının iştirakçı ölkələri üçün nəzərdə tutulan "İştirakçı demokratiya, açıq idarəçilik və səmərəli E-hökumət xidmətləri (PADOS)" layihəsi çərçivəsində 2015-ci ilin iyun ayında ölkəmizin müvafiq qurumlarında həyata keçirilmiş tədqiqat səfərinin nəticəsi əsasında keçirilib.
 
Tədbirin məqsədi fərdlərin siyasi qərarların qəbul edilməsinə təsiretmə imkanı, şəffaf idarəetmə və e-hökumət xidmətlərinin təşkilində Finlandiya və Estoniyanın təcrübəsinin öyrənilməsi olub.
 
Seminarı giriş sözü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavini Vəfadar Misirov açaraq informasiya texnologiyalarının dövlət qulluğunda tətbiqinin əhəmiyyətindən danışıb.
 
Finlandiya Dövlət İdarəçiliyi İnstitutunun direktoru xanım Anna Saharinenin "PADOS layihəsi və Azərbaycandakı seminar haqqında qısa məlumat", Estoniyanın E-idarəçilik Akademiyasının e-demokratiya proqramının rəhbəri xanım Kristina Reinsalunun "E-demokratiyanın və vətəndaş iştirakçılığının çətinlikləri", Finlandiya maliyyə nazirinin müşaviri xanım Arja Terhonun "Dövlət sektorunda islahatlarda olan çətinliklər və idarəçiliyin məhsuldarlığı" mövzularında təqdimatla çıxışları olub.
 
Noyabrın 24-ü "ASAN xidmət mərkəzlərinin fəaliyyəti ilə tanışlıq", "Dövlət idarələri arasında məlumat və informasiya mübadiləsi", "Finlandiyada rəqəmsal xidmətlər üzrə milli struktur", "Azərbaycanın dövlət qulluğu sistemi və DQMK-nın fəaliyyəti" və "Finlandiyada dövlət qulluğu sistemi və dövlət qulluğu təlimləri" mövzuları ilə bağlı təqdimatlar dinlənilib.
 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda “Elektron idarəetmə” ilə bağlı təqdimat keçirilib

Azərbaycanda “Elektron idarəetmə” ilə bağlı təqdimat keçirilib

19-04-2013
ASAN xidmət Bərdə və Gəncədə seminar keçirib

ASAN xidmət Bərdə və Gəncədə seminar keçirib

25-05-2016
 “Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib

“Azərbaycanın İnnovativ İnkişafı” mövzusunda seminar keçirilib

18-04-2016
Nazirlik  vakansiya elan edir

Nazirlik vakansiya elan edir

14-08-2015
“E-qəbul sistemləri və digər e-hökumət alətləri” mövzusunda seminar təşkil ediləcək

“E-qəbul sistemləri və digər e-hökumət alətləri” mövzusunda seminar təşkil ediləcək

27-02-2013
RYTN-nin  vakansiyalarına sənəd verən namizədlərdən 13-ü müsabiqə qalibi olub

RYTN-nin vakansiyalarına sənəd verən namizədlərdən 13-ü müsabiqə qalibi olub

18-04-2015
ASAN xidmət-də işləmək istəyənlərin nəzərinə

ASAN xidmət-də işləmək istəyənlərin nəzərinə

16-09-2015
Dövlət qulluğunda məlumat bazalarının yaradılması müzakirə edilib

Dövlət qulluğunda məlumat bazalarının yaradılması müzakirə edilib

21-04-2017
Ağıllı Hökumət – Azərbaycan təcrübəsi nəşri təqdim olunub

Ağıllı Hökumət – Azərbaycan təcrübəsi nəşri təqdim olunub

27-09-2019
BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

BMT-nin Dövlət Xidmətləri Forumu ilə bağlı mətbuat konfransı keçirilib

20-06-2019
ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018
Nazirlik vakansiya elan edir

Nazirlik vakansiya elan edir

28-10-2015
Dövlət qulluğuna qəbulla bağlı test imtahanı başlayır

Dövlət qulluğuna qəbulla bağlı test imtahanı başlayır

14-09-2015
ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

ASAN E-gov modeli Tallin E-hökumət 2018 konfransında iştirak edib

30-05-2018
Nazirlik vakansiya elan edir

Nazirlik vakansiya elan edir

18-09-2015
Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

Özbəkistanın dövlət qulluqçuları “ASAN xidmət”in təcrübəsini öyrənirlər

03-02-2025
TQDK ləğv olundu-Fərman

TQDK ləğv olundu-Fərman

12-04-2016
BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

BMT-nin Dövlət Xidmətləri Forumu başa çatıb

27-06-2019
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu keçiriləcək

23-05-2019
Özbəkistanın dövlət qulluqçuları "ASAN xidmət"də olublar

Özbəkistanın dövlət qulluqçuları "ASAN xidmət"də olublar

04-06-2026
Dövlət Agentliyinin sədr müavini İən Xana xüsusi müsahibə verib

Dövlət Agentliyinin sədr müavini İən Xana xüsusi müsahibə verib

07-11-2019
Nazirliyin vakant yerlərinə sənəd qəbulu başa çatıb

Nazirliyin vakant yerlərinə sənəd qəbulu başa çatıb

16-09-2015
Tələbələr elektron xidmətlərlə bağlı maarifləndirilib

Tələbələr elektron xidmətlərlə bağlı maarifləndirilib

11-10-2019
Estoniyada “e-İdarəçilik” üzrə beynəlxalq konfrans keçirilir

Estoniyada “e-İdarəçilik” üzrə beynəlxalq konfrans keçirilir

12-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə