Previous Next
Bağla

Dövlət qurumları niyə açıq məlumatlarını portala yerləşdirmir?

27-11-2015 13:33
Dövlət qurumları niyə açıq məlumatlarını portala yerləşdirmir?

Məlumat verdiyimiz kimi,  ilin  əvvəlində vətəndaşların istifadəsinə verilmiş data.gov.az - “Açıq Hökumət Məlumatları” portalı istifadəyə verildi.

Açıq məlumatlar Açıq Hökümət təşəbbüsünün bir hissəsi kimi Elektron Hökümətin ayrıca bir elementidir.

Data.gov.az portalı vasitəsi ilə cəmiyyət dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyə və istifadə edə bilər. Portal dövlət orqanlarının məlumatlar toplusunun təsvirini, o cümlədən məlumatlar toplusuna və əlavə vasitələrə giriş tapmaq üçün informasiyanı özündə əks etdirir.

Hazırda Açıq Hökumət Məlumatları portalında 25 məlumat bazası açıq elan edilib.

Lakin müşahidələr göstərir ki, portala yerləşdirilən məlumatların sayı yetərincə deyil. Yəni, dövlət qurumları bu bazaya məlumatlarını  çox ləng yerləşdirirlər.

Xeberler.az məsələ ilə maraqlanıb ki, niyə qurumlar açıq məlumatlarını bazaya yerləşdirmir?

“ Elektron hökumət “ portalının operatoru  Məlumat Hesablama Mərkəzindən (MHM)  məsələ ilə bağlı  bildirilib ki,  data.gov.az –da  şirkət və istifadəçilərə xüsusi proqram modulları verilməklə dövlət qurumlarında olan məlumatlara sərbəst şəkildə müraciəti təmin etmək üçün proqramların işlənməsinə şərait yaradılıb.

Qurumların məlumatlarını  bazaya yükləməkdə passiv olmasına  gəlincə isə potaldan bildirilib ki,  bunun bir çox səbəblərdən ola bilər:

 -Qurumların əlindəki məlumat yetərsiz olduğu üçün açıq şəkildə istifadəsi portalı qane etmir.

-Quruma göndərilən məlumatlar qeyri dəqiq olduğu üçün məlumatların yerləşdirilməsinə icazə verilmir və bu, sonradan portalın imicinə zərər gətirə bilər.

 - Və yaxud da həmin qurumda ümumiyyətlə vaxtaşırı yenilənən məlumat bazası yoxdur.

Qeyd edilib ki, sistemə daxil olmaqda heç bir problem yoxdur:

“Bizim qurumlara rəsmi məktublar göndərmişik ki açıq məlumatları yerləşdirə bilərlər,  yəni data.gov.az açıq yerləşdirilən servisə birbaşa cavabdehdir. Məlumatlar servisə ötürülür və məlumatların yararlılığını araşdırıb bazaya yerləşdiririk. Bütün bunlar məlumatını yerləşdirdiyimiz dövlət qurumunun icazəsi və istəyi ilə rəsmi qaydada həyata keçirilir”.

Qurumdan o da bildirilib ki, Açıq hökumət məlumatları ölkəmizdə dünya təcrübəsinə uyğun tətbiq edilir və gələcəkdə açıq edilən məlumatlar əsasında yeni iş potensialı, yeni xidmətlər yaranacaq.

Data.gov.az portalının yaradılmasında əsas məqsəd məlumatların istifadəsi və onların əsasında əlavələrin yaradılması vasitəsilə cəmiyyətə dövlətin idarə edilməsində iştirak etmək imkanının yaradılması, hərtərəfli təhlil və tədqiqatların aparılmasıdır. 

Sevinc Çəltikova

 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

www.data.gov.az - Açıq Hökumət Məlumatları portalı təqdim olunacaq

12-01-2015

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

16-12-2016

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

21-12-2016

Bakıda “Açıq hökumət məlumatları” mövzusunda konfrans keçirilib

07-02-2017

Portalda 25 növ məlumat bazası açıq elan edilib

21-11-2015

www.data.gov.az - Açıq Hökumət Məlumatları portalı təqdim olundu

14-01-2015

Hökumət portalına yeni məlumat bazaları əlavə olunub

23-04-2015

Portalda açıq edilən məlumatların formatı necə olmalıdır?

15-02-2017

Açıq Məlumatlar portalı genişlənir

07-05-2015

Data.gov.az-ın yeni versiyası təqdim edilib

21-11-2017

Məlumatların açıq elan edilməsi üzrə ölkələrin statistikası açıqlanıb

18-12-2015

"Dövlət qurumları məlumatları vətəndaşlara açılmalıdır"

14-01-2015

Açıq məlumat bazaları portala niyə yerləşdirilmir?

06-02-2017

Açıq Məlumatlar Portalına 11 adda coğrafi xidmət əlavə edilib

29-12-2020

Diplomların vahid elektron məlumat bazası yekunlaşır

19-08-2015

MHM monitorinqdən əvvəl sorğu aparır

11-06-2015

Açıq məlumatların Portala yerləşdirilməsi üçün dövlət qurumlarına müraciət göndəriləcək

25-02-2015

Dövlət qurumlarında informasiya ehtiyatlarının və sistemlərinin monitorinqi keçiriləcək

25-05-2015

Elektron Hökumət Portalı müsabiqənin şərtlərini açıqladı

16-01-2015

“Açıq Hökumət Məlumatları” portalı birinci oldu

21-12-2017

Qazaxıstanın Açıq Hökumət Məlumatları portalı istifadəyə verilib

11-06-2015

“Elektron hökumət” portalı yeniləndi

09-10-2015

Daha bir kredit təşkilatı portala qoşulub

05-07-2016

“Elektron hökumət” portalının mobil tətbiqində hansı yeniliklər olacaq?

08-10-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə