Previous Next
Bağla

Məlumatların açıq elan edilməsi üzrə ölkələrin statistikası açıqlanıb

18-12-2015 12:48
Məlumatların açıq elan edilməsi üzrə ölkələrin statistikası açıqlanıb

Açıq Hökumət Məlumatları üzrə aparılan Gloabal Open Data Index-i bütün ölkələr tərəfindən açıq edərək informasiya sistemlərinin hazırki vəziyyəti barədə məlumatları bir yerdə (http://index.okfn.org/) toplayaraq dünya cəmiyyətinə təqdim edir.

Bu il hökumət məlumatlarının açıq edilməsi üzrə Gloabal Open Data Index-ində yer alan göstəricilər ötən ilin qiymətləndirməsi ilə nisbətdə xeyli fərqlidir.

Xeberler.az-ın məlumatına görə, 2014-cü ildə Open Data-Açıq Məlumatlar üzrə bu göstəricidə Birləşmiş Krallıq 97 faiz, Danimarka 83 faiz,  Fransa 80 faiz,  Finlandiya 73 faiz, Avstraliya 72 faiz açıq elan edilərək ilk beşlikdə yer tutmuşdusa, bu il Tayvan 78 faiz açıq olmaqla siyahıda birinci yerə yüksəlib. Birləşmiş Krallıq isə 2 faiz fərqlə siyahıda Tayvandan sonra yer alır.

Qeyd edək ki, Açıq məlumatlar - dövlət orqanlarının və yerli hakimiyyət orqanlarının fəaliyyəti haqqında insan tərəfindən dəyişiklik edilmədən təkrar istifadə məqsədilə avtomatik emalı təmin edilən, internetdə şəbəkə formatında yerləşdirilmiş məlumatlardır.

“Açıq Elektron Hökumət” yalnız metodoloji nöqteyi-nəzərdən deyil, eyni zamanda istifadəçilərin tələblərinə uyğun olaraq, dəqiq strukturlar əsasında təqdim edilir. Bu struktur özündə açıq məlumatlar, paylaşma, ünsiyyət və əməkdaşlıq prinsiplərini əks etdirir.

Azərbaycanda bu sahə yeni inkişaf edir və bu ilin yanvar ayında istifadəyə verilmiş Açıq Hökumət Məlumatları portalında hazırda bir sıra dövlət qurumları tərəfindən 25 növ məlumat bazaları açıq edilib və bu məlumatlar əsasında artıq bir sıra veb və mobil proqramlar hazırlanıb.

Portaldakı açıq məlumatların sayının və çeşidinin genişləndirilməsi istiqamətində mütəmadi olaraq işlər aparılır. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Portalda 25 növ məlumat bazası açıq elan edilib

21-11-2015

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

16-12-2016

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

21-12-2016

Hansı ölkədə internet daha sürətlidir?

28-08-2015

Azərbaycanda ən populyar sosial şəbəkənin adı açıqlanıb

07-03-2025

Portalda açıq edilən məlumatların formatı necə olmalıdır?

15-02-2017

Dövlət qurumları niyə açıq məlumatlarını portala yerləşdirmir?

27-11-2015

www.data.gov.az - Açıq Hökumət Məlumatları portalı təqdim olunacaq

12-01-2015

İnternet ucuzlaşıb

11-03-2013

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

01-08-2025

Azərbaycanda Facebook istifadəçilərinin sayı 6 faizdən çox artıb

11-01-2011

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

05-02-2025

Azərbaycanın ən populyar brauzerləri və sosial şəbəkələri açıqlanıb

01-12-2025

“İş yerinə dair arayış” e-xidmətindən istifadə 30 faizdən çox artıb

09-06-2016

"Xiaomi" qlobal smartfon bazarında ikinci olub

17-07-2021

Facebook istifadəçilərinin sayı azalıb

03-05-2015

Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb

05-01-2026

Azərbaycanda noutbukların qiyməti artıb

29-05-2017

Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər 5,3 faiz artıb

26-12-2016

Hökumət portalına yeni məlumat bazaları əlavə olunub

23-04-2015

Azərbaycanda sosial şəbəkədən istifadə edənlərin sayı artıb

05-10-2015

Ekspert: Azərbaycan bir pillə geriləyib

22-02-2023

Aktiv Facebook istifadəçilərinin sayı azalıb

02-03-2015

“mygov”da qeydiyyatdan keçən istifadəçilərin sayı 1.5 milyonu ötüb

15-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə