Previous Next
Bağla

Qazaxıstanın Açıq Hökumət Məlumatları portalı istifadəyə verilib

11-06-2015 10:22
Qazaxıstanın Açıq Hökumət Məlumatları portalı istifadəyə verilib
Qazaxıstan Respublikasının Açıq Hökumət Portalı (data.gov.kz) vasitəsilə istifadəçilər zəruri hallarda dövlət orqanları və özəl təşkilatlar tərəfindən yaradılan məlumatlar toplusunu hər hansı bir qeydiyyat olmadan asanlıqla yükləyə və istifadə edə bilərlər.
 
Məlumat Hesablama Mərkəzindən (MHM) Xeberler.az-a verilən məlumata görə, proqramçılar APİ-dən (əlavələrin proqramlaşdırma interfeysi) istifadə edərək açıq məlumatlar əsasında faydalı proqramlar və xidmətlər yaratmaq imkanına da sahibdirlər.
 
"Açıq məlumatlar” layihəsinin uğuru portal və məlumatlarla işləmək üçün vətəndaşların nə dərəcədə cəlb olunmasından birbaşa asılıdır.
Açıq məlumatlar aşağıdakı imkanları yaradır:
İctimai təşkilatlara – hakimiyyət orqanlarının fəaliyyətinə nəzarət etmək
Biznes sektoruna - yenilərinin yaradılması və mövcud olan informasiya məhsullarının inkişafı
Proqramçılara – yeni proqramların yaradılması üçün "ideya yanacağı” əldə edilməsi
Vətəndaşlara – şəxsi rahatlığı üçün yaradılmış proqramlardan istifadə olunması
Dövlət və yerli hakimiyyət orqanlarına – dövlət vəsaitinə qənaət etməyə imkan verən yeni məhsulların yaradılması üçün biznes və vətəndaşların cəlb olunması.
Qazaxıstan Respublikasının Açıq Hökumət Portalında ümumilikdə 13 kateqoriya və 9 dövlət orqanı üzrə 219 adda məlumat bazaları mövcuddur. Müəyyən dövlət orqanlarına aid olan məlumatların axtarışının rahatlığı üçün məlumat bazaları dövlət orqanları və kateqoriyalar üzrə qruplaşdırılmışdır.
 
Kateqoriyaların istiqamət sahəsi üzrə, məlumat bazaları isə dövlət orqanları üzrə klassifikasiya olunmuşdur. Kateqoriyalara aşağıdakılar aiddir: Ailə, Səhiyyə, Təhsil, Əmək və məşğulluq, Sosial təchizat, Vətəndaşlıq,miqrasiya və immiqrasiya, Əmlak, Vergilər və maliyyə, Hüquqi yardım, Nəqliyyat və kommunikasiya, Turizm və sport, Hərbi uçot və təhlükəsizlik.
 
Qeyd olunan bölmələrin hər birinə daxil olaraq istifadəçilər lazımi məlumatları asanlıqla əldə edə bilirlər. Xidmətin adını seçdikdə açılmış səhifədə xidmətin təsviri, əlaqəli qurum, yenilənmə tarixi və fayllar öz əksini tapır. Səhifənin aşağı hissəsində istifadəçilərin öz şərhlərini yazmaq imkanı da yaradılmışdır.
 
Portala daxil olduqda sağ tərəfdə "Rəylər” düyməsi yerləşdirilmişdir. Bu düyməni kliklədikdə portal haqqında rəylərin bildirilməsi və yazılan rəylərə nəzarət edilməsi mümkündür. İstifadəçilər mövzular üzrə rəylərə daxil olub cavablara, mövzu ətrafında olan müzakirələrə də baxa bilərlər.
 
Dövlət qurumları üzrə açıq məlumatların qruplaşdırılması aşağıdakı kimidir:
Daxili İşlər Nazirliyi (3), Mədəniyyət və İdman Nazirliyi (8), Milli İqtisadiyyat Nazirliyi(5), Müdafiə Nazirliyi (3), İnvestisiyalar və İnkişaf Nazirliyi(27), Səhiyyə və Sosial İnkişaf Nazirliyi(4), Təhsil və Elm Nazirliyi(151), Ədliyyə Nazirliyi(17), QazaxPoçt(1).
 
Göründüyü kimi ən çox adda açıq məlumatlar Təhsil və Elm Nazirliyinə aiddir. Bundan əlavə, saytda "Servis” bölümündə müvafiq küçə adının mövcudluğu haqda "Axtarış” bölümündən vətəndaş məlumat əldə etmiş olur. Həmin bölümdə istifadəçi əhalinin xidmət mərkəzini xüsusi xana vasitəsilə radius hərəkətlərini seçməklə xəritədə tapa bilir. Eyni qayda üzrə notarius və apteklərin axtarışları həyata keçirilir. Hələlik qeyd edilən e-xidmətlər yalnız Astana şəhərini əhatə edir.
Açıq Hökümət Portalında mövcud bölmələrdən biri də "Əlavələr”(Applications) bölməsidir. Burada "Astana Projects", "Post Offices", "ATMfinder", "AstanaExpert", "Meken", "Cultural Astana", "AstanaPage", "Kindergartens of Astana", "Statistic of regions", "Kazaxsansi znayut" kimi əlavələr yerləşdirilmişdir.
 
Astana Projects –Android tipli mobil cihazlar üçün nəzərdə tutulub və Astana şəhəri haqqında məlumat verir.Əlavə hazırda muzeylər, teatrlar, kinoteatrlar, uşaq bağçaları, polis və kitabxanalar haqqında məlumat verir.Gələcəkdə sözügedən obyektlər haqqında məlumatı GoogleMap-in imkanlarından istifadə etməklə əldə etmək mümkün olacaq.
 
Post Offices-Qazaxıstanın Poçt filiallarına aid telefon,ünvan, qrafik kimi məlumatları göstərir.
 
ATMfinder-əlavə istifadəçinin dayandığı yerə əsaslanaraq ona yaxın rayon ərazisində bankomatların tez bir zaman ərzində tapılmasını nəzərdə tutur. Bankomatların axtarışı adlarına,məsafə, ünvan, küçə və rayona görə mümkündür.
 
AstanaExpert-əlavə Astana şəhəri haqqında biliklərin genişləndirilməsi üçün nəzərdə tutulub.Əlavəyə mədəni mərkəzlər haqqında siyahı,kinoteatrlar və s.əyləncəli mərkəzlər haqqında məlumatlar daxildir.
Meken -Astana şəhərində yerləşən müxtəlif təşkilatlar haqqında məlumatları istifadəçilər bu əlavə vasitəsi ilə əldə edə bilərlər.Gələcəkdə başqa şəhərləri də əhatə edəcək.
 
Cultural Astana-Mədəni mərkəzlər barədə məlumat verir-muzey,kitabxana,teatr v.s.
 
AstanaPage-İstifadəçi xüsusi axtarış sisteminin köməyilə Astana şəhərində ona lazım olan yeri asanlıqla müəyyənləşdirə bilir.

Kindergartens of Astana-əlavə valideynlər üçün nəzərdə tutulub.Şəhərdə uşaq bağçaları haqqında lazımı məlumatları əldə etmək mümkündür: ünvan,telefon,və s.

Statistic of regions - əlavə vasitəsilə istifadəçi regionlar üzrə olan məlumatları müqayisə etmək imkanına malikdir, bundan əlavə, müqayisələri histoqram və dairəvi diaqram köməyi ilə görə bilər.

"Казахстанцы знают" - Bu proqram köməyi ilə ictimaiyyət Qazaxıstan Respublikasının dövlət orqanları tərəfindən yaradılan bütün məlumatları asanlıqla tapıb baxa bilər. 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

www.data.gov.az - Açıq Hökumət Məlumatları portalı təqdim olunacaq

12-01-2015

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

16-12-2016

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

21-12-2016

Dövlət qurumları niyə açıq məlumatlarını portala yerləşdirmir?

27-11-2015

Hökumət portalına yeni məlumat bazaları əlavə olunub

23-04-2015

Qazaxıstan Azərbaycanın icazə sistemini tətbiq edir

30-04-2020

Bakıda “Açıq hökumət məlumatları” mövzusunda konfrans keçirilib

07-02-2017

Telegram Astana Hub ilə əməkdaşlığa başlayıb

01-07-2025

www.data.gov.az - Açıq Hökumət Məlumatları portalı təqdim olundu

14-01-2015

Açıq Məlumatlar Portalına 11 adda coğrafi xidmət əlavə edilib

29-12-2020

Ağıllı Hökumət – Azərbaycan təcrübəsi nəşri təqdim olunub

27-09-2019

Portalın mobil tətbiqi yeniləndi

03-05-2017

Çin hakerləri Qazaxıstanı izləyib

26-02-2024

RİNN-in Vahid Elektron Xidmətlər Portalına daha 3 xidmət inteqrasiya edilib

01-08-2022

Qazaxıstan startapı Pavel Durovdən dəstək alıb

14-10-2025

Astana Hub və INNOLAND arasında əməkdaşlıq memorandumu imzalanıb

29-10-2019

Qazaxıstan ilə Groq Inc. şirkəti arasında memorandum imzalanıb

14-11-2025

Təhsil sənədlərinin “mygov” üzərindən təqdim olunması artıq tam hüquqidir

10-01-2026

Vətəndaşlar daha 4 arayışı elektron formada əldə edə biləcəklər

15-04-2015

Açıq Məlumatlar portalı genişlənir

07-05-2015

Ən çox istifadә olunan elektron xidmәtlәr hansılardır?

09-04-2013

Events.az tədbirlər portalı yeni dizaynda fəaliyyətə başlayıb

24-07-2015

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-09-2014

Nəqliyyat sahəsi üzrə bu xidmətlərə “mygov”dan müraciət etmək mümkündür

16-05-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə