Previous Next
Bağla

Data.gov.az-ın yeni versiyası təqdim edilib

21-11-2017 15:02
 Data.gov.az-ın yeni versiyası təqdim edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılan “Açıq Hökumət Məlumatları” portalı - www.data.gov.az-ın yeni versiyasının təqdimatı keçirilib.

Xeberler.az-ın məlumatına görə, tədbirdə “Elektron hökumət” portalına xidmətləri inteqrasiya olunan dövlət qurumlarının nümayəndələri, startapçılar, media nümayəndələri iştirak ediblər.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev çıxış edib.

Elmir Vəlizadə Açıq Məlumatların Elektron hökumət quruculuğunda yeni bir inkişaf mərhələsi olduğunu qeyd edib. O bildirib ki, “www.data.gov.az” portalı vasitəsi ilə vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən yaradılan və açıq elan edilən məlumatlardan asanlıqla istifadə edə biləcəklər.

Hər bir qurum öz səlahiyyəti çərçivəsində zəruri bildiyi məlumatları müəyyənləşdirilmiş texniki şərtlərə uyğun olaraq açıq etməlidir.

Daha sonra “Açıq Hökumət Məlumatları” portalının yeni versiyası təqdim edilib. Elektron Hökumət Portalının koordinatoru  Cəmşid Naxçıvanski bildirib ki, portalın yeni versiyasında açıq məlumatların sayı artırılıb.

O, www.data.gov.az-da hazırda 650-dən çox məlumatın vətəndaşlar üçün əlçatan olduğunu qeyd edib:

“Daha əvvəl portalda 25 məlumat var idi. Mövcud qanunvericiliyə uyğun olaraq təqdim olunan açıq məlumatlar bundan sonra müntəzəm olaraq yenilənəcək və təkmilləşdiriləcək”.

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Portalda açıq edilən məlumatların formatı necə olmalıdır?

15-02-2017

www.data.gov.az - Açıq Hökumət Məlumatları portalı təqdim olunacaq

12-01-2015

Bakıda “Açıq hökumət məlumatları” mövzusunda konfrans keçirilib

07-02-2017

www.data.gov.az - Açıq Hökumət Məlumatları portalı təqdim olundu

14-01-2015

“Açıq Hökumət Məlumatları” portalı birinci oldu

21-12-2017

Portalda 25 növ məlumat bazası açıq elan edilib

21-11-2015

Televiziyada e-hökumətlə bağlı proqram başladı

04-11-2017

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

21-12-2016

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

16-12-2016

Ukraynalı mütəxəssislərlə e-hökumət sahəsində əməkdaşlıq müzakirə olunub

11-11-2016

MHM monitorinqdən əvvəl sorğu aparır

11-06-2015

my.gov.az elektron hökumət portalı fəaliyyətə başlayıb

03-06-2019

Estoniyada “e-İdarəçilik” üzrə beynəlxalq konfrans keçirilir

12-05-2015

Nazirliyin əməkdaşlarına e-hökumət ilə bağlı seminar keçirilib

03-07-2017

Dövlət qurumları niyə açıq məlumatlarını portala yerləşdirmir?

27-11-2015

İcra hakimiyyəti orqanlarının “elektron hökumət” portalına qoşulmasına başlanılır

14-01-2015

Gömrük ödənişlərini onlayn ödəmək mümkünləşdi

21-02-2015

Elmir Vəlizadə "Caspian Business Award 2020" mükafatına layiq görülüb

24-12-2020

Elektron Hökumət Portalı müsabiqənin şərtlərini açıqladı

16-01-2015

Açıq Məlumatlar portalı genişlənir

07-05-2015

Elmir Vəlizadə vəzifəsindən azad edilib

15-06-2021

Tələbələrə portalın xidmətləri barədə məlumat verilib

16-12-2015

E-xidmətlərdən istifadə edənlərin sayı artıb

05-07-2015

“Elektron hökumət quruculuğu prezidentin daim diqqətindədir”

19-12-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə