Previous Next
Bağla

Açıq Məlumatlar Portalına 11 adda coğrafi xidmət əlavə edilib

29-12-2020 16:36
Açıq Məlumatlar Portalına 11 adda coğrafi xidmət əlavə edilib

Elektron xəritələr üçün düzgün rəsmi mənbə – “opendata.az” təkmilləşdirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin yaratdığı “ opendata.az ” Açıq Məlumatlar Portalına coğrafi məlumat dəstləri daxil edilib. Portala Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 adda xidməti əlavə olunub.

Xeberler.az məlumat verir ki, Məlumat Hesablama Mərkəzi tərəfindən bu xidmətlərə aid tətbiqi proqramlaşdırma interfeysi (APİ) servisləri hazırlanıb. Bu APİ-lər vasitəsilə məlumatların rəqəmli olaraq istifadəsi və emalı mümkündür.

Əlavə olunan yeni xidmətlərin tərkibində Azərbaycanın rayonları, şəhər və inzibati ərazi vahidləri yer alıb. Həmçinin dəmir yollarının, çayların, göllərin koordinatları, milli parklar, avtomobil yolları, onların tipləri (magistral, kənd, şəhər tipli), meşələrin yerləşdiyi ərazilərin koordinatları, coğrafi adlar, obyektlər (dövlət idarələri və təşkilatları, özəl müəssisələr, otellər, tədris mərkəzləri və s.) əks olunub.

Yeni xidmətlərin məlumat bazası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya İdarəsi və AMEA-nın Dilçilik İnstitutu, texniki və proqram təminatı isə NRYTN-in Məlumat Hesablama Mərkəzi tərəfindən təmin edilib.

Bu xidmətlər Azərbaycan Respublikası xəritəsinin beynəlxalq rəqəmli platformalarda, mobil tətbiqlərdə, startaplar tərəfindən istifadəsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının coğrafi adlarının, toponimlərin düzgün istifadə edilməsinə xidmət edir.

Açıq Məlumatlar Portalındakı coğrafi məlumatlardan istifadə elektron xəritələrdə erməni saxtakarlığının qarşısını almaqla yanaşı, Azərbaycan toponimlərinin dünyada tanıdılmasına da imkan verəcək. “opendata.az” portalı vasitəsi ilə aidiyyəti şəxslər, o cümlədən proqramçılar və startapçılar dövlət orqanları tərəfindən yaradılan məlumatlar toplusunu asanlıqla tapa, yükləyib istifadə edə bilərlər. Portal dövlət orqanlarının məlumatlar toplusunun təsvirini, eləcə də məlumatlar toplusuna və əlavə vasitələrə giriş tapmaq üçün informasiyanı özündə əks etdirir.

Xidmətlər müntəzəm təkmilləşdirilir. İstifadəçiləri ən son yeniliklərdən xəbərdar olmaq üçün “opendata.az” elektron portalını daim izləməyə dəvət edirik.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Açıq məlumatlar portalının ünvanı dəyişdi

Açıq məlumatlar portalının ünvanı dəyişdi

23-11-2018
“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

22-04-2021
www.data.gov.az - Açıq Hökumət Məlumatları portalı təqdim olunacaq

www.data.gov.az - Açıq Hökumət Məlumatları portalı təqdim olunacaq

12-01-2015
İşğaldan azad edilmiş ərazilərin adları qlobal xəritələrdə necə qeyd olunur?

İşğaldan azad edilmiş ərazilərin adları qlobal xəritələrdə necə qeyd olunur?

11-06-2021
Dövlət qurumları niyə açıq məlumatlarını portala yerləşdirmir?

Dövlət qurumları niyə açıq məlumatlarını portala yerləşdirmir?

27-11-2015
Elektron xidmətlərin sayı artır

Elektron xidmətlərin sayı artır

27-07-2012
Açıq Məlumatlar portalı genişlənir

Açıq Məlumatlar portalı genişlənir

07-05-2015
Bakıda “Açıq hökumət məlumatları” mövzusunda konfrans keçirilib

Bakıda “Açıq hökumət məlumatları” mövzusunda konfrans keçirilib

07-02-2017
Azad olunan ərazilərin rəsmi adları “Google”a təqdim edilib

Azad olunan ərazilərin rəsmi adları “Google”a təqdim edilib

23-12-2021
Ekspert: Qlobal xəritələrdə işğaldan azad olan ərazilərin adları necə yenilənməlidir ?

Ekspert: Qlobal xəritələrdə işğaldan azad olan ərazilərin adları necə yenilənməlidir ?

30-10-2020
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

16-12-2016
Sosial Xidmət Xəritəsi istifadəyə verilib

Sosial Xidmət Xəritəsi istifadəyə verilib

26-12-2025
Nazirlik 3 yeni e-xidmət istifadəyə verdi

Nazirlik 3 yeni e-xidmət istifadəyə verdi

22-04-2017
 Hökumət portalına yeni məlumat bazaları əlavə olunub

Hökumət portalına yeni məlumat bazaları əlavə olunub

23-04-2015
www.rabita.az saytı yenilənib

www.rabita.az saytı yenilənib

29-01-2020
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib

21-12-2016
Qazaxıstanın Açıq Hökumət Məlumatları portalı istifadəyə verilib

Qazaxıstanın Açıq Hökumət Məlumatları portalı istifadəyə verilib

11-06-2015
Portalın mobil tətbiqi yeniləndi

Portalın mobil tətbiqi yeniləndi

03-05-2017
www.data.gov.az - Açıq Hökumət Məlumatları portalı təqdim olundu

www.data.gov.az - Açıq Hökumət Məlumatları portalı təqdim olundu

14-01-2015
Əmlak Məsələləri Dövlət Xidmətinin portalı ləğv edilir

Əmlak Məsələləri Dövlət Xidmətinin portalı ləğv edilir

14-04-2025
Səlahiyyətli qurumlarımız dünya xəritə servisləri ilə işləyə bilmir- ekspert

Səlahiyyətli qurumlarımız dünya xəritə servisləri ilə işləyə bilmir- ekspert

11-06-2018
Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

Nazirlik yeni elektron xidmətlərini “Elektron Hökumət” portalına inteqrasiya edir

10-06-2015
Daha bir bank elektron arayış verə biləcək

Daha bir bank elektron arayış verə biləcək

03-12-2014
Ən çox istifadə olunan elektron xidmətlərin siyahısı açıqlandı

Ən çox istifadə olunan elektron xidmətlərin siyahısı açıqlandı

10-01-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə