Previous Next
Bağla

Multimedia Mərkəzi dövlət qurumlarını monitorinq edəcək

19-03-2015 15:45
Multimedia Mərkəzi dövlət qurumlarını monitorinq edəcək

Multimedia Mərkəzi  dövlət qurumlarının informasiya açıqlığı (onlayn şəffaflığı) üzrə monitorinqə başlayacaq.

Məlum olduğu kimi Mərkəz 2006-cı ildən başlayaraq sistemli olaraq dövlət qurumlarının informasiya açıqlığı  vəziyyətini araşdırır və müvafiq hesabatlar və dövlət qurumlarının  informasiya açıqlığı üzrə reytinq cədvəli tərtib edir.

Bu il həyata keçiləcək Monitorinq prosesində  75 Mərkəzi icra orqanının ( Nazirliklər, Dövlət komitələri və s ) və  67 yerli icra orqanının  (Rayon və şəhər icra hakimiyyətləri) rəsmi saytlarının informasiya açıqlığı vəziyyəti araşdırılacaq.

Mərkəzin ekspertləri tərəfindən monitorinqin metodikası da təkmilləşdirilib.
Metodika ölkə qanunvericiliyi, xüsusilə “İnformasiya əldə edilməsi haqqında Qanun və  beynəlxalq  təcrübə nəzərə  alınmaqla hazırlanıb.

Yerli icra hakimiyyəti orqanlarının Monitorinqi məqsədilə hazırlanan qiymətləndirmə meyarlarında yerli icra orqanlarına xas olan spesifik xüsusiyyətlər nəzərə alınıb.

Metodikada dövlət  qurumlarının rəsmi İnternet  resurslarında yerləşdirilən informasiyaların  kəmiyyət  və keyfiyyət  cəhətdən  analiz  edilməsi və qiymətləndirilməsi nəzərdə tutulub. 

Metodikada dövlət qurumlarının rəsmi saytlarının ümumən  50 parametr üzrə onlayn şəffaflıq vəziyyətinin analiz olunması nəzərdə tutulub.

6 ay davam  edəcək Monitorinq əsasında konkret hər bir dövlət qurumunun rəsmi saytı üzrə İcmal  və Tövsiyələrin hazırlanması, informasiya  açıqlığı üzrə Reytinq  Cədvəlinin və Yekun Hesabatın hazırlanması nəzərdə tutulub.

Monitorinq prosesinə aprelin əvvəlində başlanacaq.

Monitorinq Elektron xidmətlərin təşviqi üzrü İctimai Şura ilə əməkdaşlıq şəraitində keçiriləcək.

Layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti araşdırılır

27-04-2015

Dövlət qurumlarının rəsmi internet resurslarının informasiya açıqlığı üzrə monitorinqinə başlanır

22-07-2013

Dövlət qurumlarının informasiya açıqlığı üzrə monitorinqi davam edir

23-10-2013

Dövlət qurumlarının rəsmi internet resurslarının İnformasiya açıqlığı üzrə monitorinqi davam edir

17-09-2013

Dövlət orqanlarının informasiya açıqlığı və elektron xidmətlərlə bağlı Monitorinqi aparılır

29-03-2012

Dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqinə başlanıldı

06-02-2012

Dövlət orqanlarının informasiya açıqlığı üzrə Monitorinqi aparılır

01-08-2013

Dövlət qurumlarının infromasiya açıqlığı və elektron xidmətlərlə bağlı vəziyyət araşdırılıb.

18-06-2012

Dövlət qurumlarının və bələdiyyələrin rəsmi internet resurslarının Monitorinqinə başlanır

30-11-2010

Dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqi başa çatır

21-10-2009

Dövlət qurumlarının növbəti onlayn şəffaflıq hesabatı açıqlanacaq

19-10-2016

Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı açıqlanacaq

03-08-2015

Dövlət qurumlarının və bələdiyyələrin rəsmi internet resurslarının Monitorinqinə başlanacaq

21-01-2009

Onlayn şəffaflıq hesabatı dövlət qurumlarına göndərilib

13-08-2015

Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı təqdim olunur - Yenilənəcək

06-08-2015

Dövlət qurumlarının və bələdiyyələrin rəsmi internet resurslarının Monitorinqi davam edir

16-02-2009

Dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqi davam edir

23-07-2009

Dövlət qurumlarının saytlarının şəffaflıq faizi açıqlandı

06-08-2015

Dövlət qurumlarının rəsmi internet resurslarının monitorinqi davam edir

29-04-2009

“Açıq hökumət” təşəbbüsünün həyata keçirilməsində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi “ mövzusunda Dəyirmi Masa keçiriləcək.

27-06-2012

Hansı qurumlar informasiya açıqlığına görə fəaldır?-Siyahı

25-10-2016

Dövlət qurumlarının rəsmi internet resurslarının Monitorinqinin yekunlarına həsr olunmuş dəyirmi masa keçiriləcək

26-10-2009

Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərlə bağlı vəziyyəti araşdırılıb

29-06-2012

Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

16-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə