Previous Next
Bağla

Tender komissiyasının üzvləri ayrıca cərimə ediləcək-Yenilik

13-02-2023 11:35
Tender komissiyasının üzvləri ayrıca cərimə ediləcək-Yenilik

Azərbaycanda dövlət satınalmaları sahəsində maraqlı yeniliklər gözlənilir.

Xeberler.az məlumat verir ki, bu yeni hazırlanmış «Dövlət satınalmaları haqqında» qanunda nəzərdə tutulub.

Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi xidmətinin rəisi Məmməd Abbasbəyli FED.az-a bildirib ki, dövlət satınalmaları ilə bağlı hazırlanmış yeni qanun prinsipial olaraq adı ilə yox, həm də mahiyyətcə yenidir.

Xidmət rəisinin sözlərinə görə, yeni qanunda satınalmaların şəffaflığı məqsədilə bir sıra mühüm yeniliklər tətbiq ediləcək: «Əvvəla bu sənəd satınalma prosesini yüz faiz rəqəmsallaşmaya aparır. Rəqəmsallaşma hazırda müşahidə edilən neqativ halların aradan qaldırılmasına gətirib çıxaracaq».

Digər mühüm yenilik – tenderlərdə baş verən pozuntulara görə təkcə satınalan təşkilatın deyil, tender komissiyası üzvlərinin də ayrıca cəzalandırılması olacaq: «Tender komissiyasının üzvlərinin – hansı ki qeyd etdiyimiz kimi o komissiyalarda iştirak edən insanlar tenderi elan edir, həcmi müəyyənləşdirir, tələbləri qoyur, qiymətləndirir və onun nəticəsini çıxarır –bu insanlar nəinki qurumun məsuliyyətini daşıyacaq, həm də yeni qanunla onlara qarşı individual fərdi məsuliyyət də nəzərdə tutulur».

Yəni Antiinhisar Xidməti tenderdə hər hansı pöozuntuya görə artıq təkcə tenderi təşkil edən və pozuntuya səbəb olan pozan təşkilata qarşı deyil, həm də tender komissiyasının üzvlərinə qarşı maliyyə sanksiyaları tətbiq edə biləcək: «Bu o deməkdir ki, siz tender komissiyasının üzvü kimi səsvermədən əvvəl iki dəfə fikirləşəcəksiniz ki, bunun nəticəsi mənim şəxsi cibim üçün nə ola bilər. Yəni təmsil etdiyim qurum üçün yox, şəxsi cibim üçün».

Yeni qanunda digər yenilik, tender prosedurlarının müddətlərinin qısalması və yüngülləşməsi ilə bağlıdır: «Bununla bağlı kifayəıt qədər geniş yanaşmalar var, həm müddətlərin qısalması, həm proseslərin yüngülləşməsi və optimallaşdırılması yöndə. Yəni məqsəd ondan ibarətdir ki dövlət satınalmaları haqqında qanun obyektiv olan problemləri aradan qaldırsın. Biz yalnız xidmət kimi subyekt problemlərin olmamasına nəzarət edək.  Bu nöqteyi-nəzərdə qanun layihəsi çox mükəmməl və mütərəqqi layihədir»-deyə xidmət rəisi bildirib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dünyanın ən bahalı brendləri məlum oldu

01-07-2020

Azərbaycanda «iPhone 12»lərin qiyməti məlum olub

02-11-2020

Dövlət satınalmaları üzrə vahid internet portalı təqdim olunub

01-03-2019

Avtomobillərə etibarnamə telefon vasitəsilə veriləcək

15-10-2019

«Twitter»dən istifadə pullu olacaq

27-07-2020

Azərbaycan startapı xaricdən 100 min dollarlıq yatırım alıb

25-01-2023

«Azərpoçt» kuryer və əşya çatdırılma xidmətləri bazarına keçir-Sədr açıqladı

19-07-2022

Məşhurlar öz klonlarından pul qazana biləcək

17-07-2019

Nazirlikdən İnformatika fənni ilə bağlı açıqlama

07-08-2017

Nazir: Region dövlətlərinin rabitə operatorları TASİM layihəsinə ciddi maraq göstərir

20-12-2010

bp-Azerbaijan-ın Azercell-dən imtina etməsinin səbəbi nədir?

28-08-2009

“Dövlət satınalmaları haqqında” maarifləndirmə seminarı keçiriləcək

13-12-2024

Azərbaycanda “Trendyol”a rəqib rəqib gəlir

28-04-2023

Dövlət satınalmaları sahəsində islahatlar təqdim olunub

25-01-2019

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018

Yeni nəsil Wi-Fi 6 simsiz rabitə təqdim edilib

05-10-2018

Azərbaycanda bütün dövlət satınalmaları elektronlaşdırılacaq

31-01-2023

Sahibkarların işi asanlaşdı-Yenilik

18-01-2023

«Aztelekom» gələn il beynəlxalq danışıq tariflərini azaltmaq istəyir

30-12-2010

Süni intellekt qrammatik səhvləri düzəldəcək

22-08-2019

Yerli startap "500 Global"dan 100 min dollar investisiya aldı

16-02-2023

Məhkəmə qərarlarının bir hissəsini robotlar verməyə başlayıb

06-05-2019

Azərbaycan elektrik maşınları üçün enerji stansiyalarının istehsalına başlayıb

13-03-2023

İlham Əliyev: "Biz bu il yeni kəndlərin inşası, yaradılması ilə məşğul olacağıq"

15-07-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə