Previous Next
Bağla

“Azərbaycan Dəmir Yolları” sahibkarlara mane olub, ayrı-seçkilik yaradırmış

24-06-2022 17:51
“Azərbaycan Dəmir Yolları” sahibkarlara mane olub, ayrı-seçkilik yaradırmış

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən vaqonların icarəyə verilməsi, dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.

Xeberler.az bildirir ki, işə baxılması zamanı Cəmiyyət tərəfindən özəl şirkətlərin fəaliyyətlərinə maneələrin yaradılması, dəmir yolları ilə yükdaşıma xidmətləri üzrə sifarişlərin qəbulu, yükdaşımanın icrası, vaqonların icarəyə verilməsi, tariflərin və güzəştlərin müəyyən edilməsi sahəsində ayrı-seçkiliyə yol verilməklə rəqabət prinsiplərinin pozulması müəyyən olunub. 

Qərara əsasən, Cəmiyyətə məxsus törəmə müəssisələrin ekspeditor fəaliyyətinin dayandırılması və yükdaşıma sahəsində sifarişlərin icra edilməsi, vaqonların müsabiqə əsasında və şəffaf şəkildə qısamüddətli dövr üzrə real qiymətlərlə icarəyə verilməsi, güzəşt və tariflərin daşınan yükün növləri üzrə sahibkarlıq subyektləri arasında ayrı-seçkilik yaradılmadan sağlam rəqabət prinsipləri qorunmaq şərti ilə vahid, şəffaf, əlçatan və proqnozlaşdırıla bilən formada müəyyən edilməsi, tariflər üzrə güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi və bu məqsədlə güzəşt tətbiq edilən yüklərin siyahısının təsdiq edilməsi barədə Cəmiyyətə göstəriş verilib və icrası üçün konkret tarixlər müəyyənləşdirilib. 

Göstərişdə həmçinin, yükgöndərənlər, daşıyıcılar və ekspeditorlar arasında münasibətləri tənzimləyən sənədlərin layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, sahibkarlıq subyektlərinin xidmətlərə daha asan çıxışının təmin edilməsi üçün  elektron platformanın istifadəyə verilməsi və sərnişindaşıma fəaliyyətində istehlakçıların ehtiyacının nəzərə alınması ilə sərnişin vaqonlarından daha səmərəli istifadə edilməsi məqsədilə müvafiq təkliflərin hazırlanaraq razılaşdırılması üçün Xidmətə təqdim olunması də nəzərdə tutulur. 

Qərarda “Azərbaycan Dəmir Yolları” QSC-dən təbii inhisar fəaliyyətinin təkmilləşdirilməsi, yükdaşıma xidmətlərinin göstərilməsi sahəsində rəqabətin, habelə istehlakçıların və sahibkarlıq subyektlərinin hüquq və mənafelərinin təmin edilməsi istiqamətində müvafiq addımların atılmasına dair tələblər də öz əksini tapıb. 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Azərbaycan Dəmir Yolları” QSC barəsində iş qaldırılıb.

15-01-2024

Elektron satınalmaların ümumi satınalmalarda payı açıqlanıb

31-01-2023

Dövlət Xidməti "Aztelekom"un üzərinə öhdəliklər qoyub

22-02-2022

Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının iclası keçirilib

11-10-2021

"Azərbaycan Dəmir Yolları" "Rəqəmsallaşma Strategiyası" hazırlayıb

20-10-2023

Bu şirkətlər SMS-in qiymətində güzəştlə bağlı ayrı-seçkiliyə yol verib

09-12-2022

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

20-10-2023

Orta Dəhlizdə rəqəmsallaşmanın inkişafına dair protokol imzalanıb

10-02-2026

Elektron Rəqabət İnformasiya Sisteminin üstünlükləri nələrdir?

14-11-2024

Dəmir yollarının yaranması münasibətilə poçt markası buraxılıb

14-10-2025

Xarici ticarətlə bağlı "Bir pəncərə" informasiya sistemi yaradır

15-12-2025

Sahibkarlara lisenziyaların verilməsi davam edir

10-11-2015

“Nəqliyyat haqqında” Qanuna yeni güzəştlər nəzərdə tutulur

03-03-2025

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verəcək

11-07-2023

Azərbaycanda internet xidmətlərinin keyfiyyət göstəriciləri təsdiq edildi

08-01-2024

Azərbaycanda elektron özəlləşdirməyə start verilib

06-08-2014

Azərbaycan və Koreya dəmir yolları rəhbərləri arasında görüş keçirildi

11-04-2019

Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

21-01-2019

Provayderlər kartel sövdələşməsi ediblər - Antiinhisar

14-08-2024

Rəqabət Məcəlləsinin layihəsi təqdim edilib

24-05-2022

Bakı-Gəncə qatarına onlayn bilet satışı müvəqqəti dayandırılacaq

10-11-2022

Əmtəə nişanından qanunsuz istifadə ilə bağlı iş qaldırılıb

05-08-2022

KOS subyektlərinin kommunal xidmətlərə qoşulması prosesində səmərəlilik artırılıb

27-12-2018

RYTN-in qurumlarına dövlət nəzarəti artırılıb

09-01-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə