Previous Next
Bağla

MİDA-nın informasiya sisteminə müdaxilə edənlər məsuliyyətə cəlb olunublar

15-04-2022 10:47
MİDA-nın informasiya sisteminə müdaxilə edənlər məsuliyyətə cəlb olunublar

Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixində güzəştlə satışı prosesi yerinə yetirilərkən kənardan müxtəlif şəxslər tərəfindən informasiya texnologiyaları sahəsində xüsusi kompüter proqram təminatlarından istifadə edilməklə mənzillərin seçimi prosesinə müdaxilə halları müşahidə edilmiş, Agentliyin şəffaf fəaliyyətinin təcəssümü kimi bu məsələnin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət edilmişdir.

Xeberler.az bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətində ilkin araşdırmalar aparılaraq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılmışdır. 

Müəyyən edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşları Məmmədov Elçin Elman oğlu, Hacıyev Ruslan Afiz oğlu, Hüseynov Firudin İlqar oğlu, Lətifzadə Yunis İltimas oğlu, Abdullayev Tərlan Tahir oğlu və Məmmədov Cavid Fəhrad oğlu digərləri ilə əlbir olub ayrı-ayrı qruplar halında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzəştli mənzil” informasiya sisteminə daxil olmaq, oradakı məlumatları dəyişmək hüququ olmadan maddi maraq zəminində onlara müraciət etmiş şəxslərin güzəştli şərtlərlə mənzil əldə etmələrini təmin etmək məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiq etməklə 30.03.2022-ci il tarixində “Güzəştli mənzil” informasiya sisteminə daxil olub və kompüter məlumatlarını qəsdən təkrar dəyişdirib qanunsuz müdaxilə etmiş, bu hərəkətləri ilə hüququ olan vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə mane olmaqla əhəmiyyətli zərər vurmuşlar.

Həmin şəxslər Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilinərək təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilmişlər. Cinayət işi üzrə araşdırmalar davam edir.

Hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən qeyd olunan məsələlərlə bağlı zəruri hüquqi prosedur tədbirlər yerinə yetirilir. Dövlət tərəfindən güzəştli mənzil satışı prosesinə kibercinayətlər yolu ilə və ya digər qanunsuz müdaxilə halları və belə əməllər nəticəsində vətəndaşların seçimindən yayındırılmış mənzillərə dair obyektiv hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

Araşdırmaların nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MİDA-nın 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilmişdir

08-07-2022

DTX-da MİDA-ya kiberhücumla bağlı cinayət işi açılıb

26-12-2025

Elektron Hökumətin İnkişafı Mərkəzinin "ASAN Login" sisteminə kiber müdaxilələr olunub

15-09-2022

MİDA-nın mənzil satışına 11 ölkəyə məxsus 47 IP ünvanından kiberhücum olub

23-09-2022

MİDA-dan mənzil satışı ilə bağlı rəsmi açıqlama

25-01-2019

Güzəştli mənzillərin növbəti seçimi başa çatdı

16-12-2023

DİN-ə kibercinayətlər üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verildi

14-12-2015

Daha bir qrup kibercinayətkarın məhkəməsi başlayıb

27-11-2024

MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

31-03-2022

Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı alınıb

04-12-2025

MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirib

12-07-2019

248 güzəştli mənzilin seçimi uğurla başa çatdı

25-12-2019

Güzəştli mənzilləri əldə etmək daha rahat olacaq

21-01-2019

1400-ə yaxın ailə güzəştli mənzilə sahib oldu

24-12-2019

MİDA mənzillərin növbəti seçimini həyata keçirib

16-07-2019

“Güzəştli mənzil” sistemi vasitəsilə hakimlərin müraciətlərinin qəbuluna başlanıb

06-05-2026

MİDA:Vətəndaşların nəzərinə!

15-08-2022

Sosial evlərin satışı növbəti dəfə baş tutmayıb

05-09-2018

MİDA-nın adından saxta sənədlər hazırlayanlar aşkarlanıb

18-02-2025

Güzəştli mənzil sisteminin təkmilləşdirilməsi davam etdirilir

10-09-2019

Güzəştli mənzillərin seçimi başa çatıb

16-10-2019

DTX tərəfindən həbs olunan hakerə hökm oxunub

03-06-2025

Elektron hökumət portalı üzərindən sınaq mühitində mənzil seçimi təşkil olunub

14-01-2019

MİDA: Mənzil seçimi zamanı müdaxilələrin qarşısı alınıb

06-12-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə