Previous Next
Bağla

Xaricdən telefon gətirənlər gömrükçülərə aylıq haqq verirmişlər

14-01-2019 14:58
Xaricdən telefon gətirənlər gömrükçülərə aylıq haqq verirmişlər

Dövlət Gömrük Komitəsinin (DGK) iki vəzifəli əməkdaşı həbs olunub.  

Xeberler.az  bildirir ki, bu barədə Dövlət Gömrük Komitəsi və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıblar. 

Bildirilib ki, müxtəlif şəxslərin adlarına “Camex” daşıma şirkəti vasitəsi ilə beynəlxalq poçt bağlamalarında göndərilən kommersiya təyinatlı yüklərin Azərbaycan Respublikasının gömrük sərhədindən düzgün bəyan edilməməklə və sənədlərdən aldatma yolu ilə istifadə edilməklə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi barədə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olmuş məlumata əsasən həmin daşıma şirkətinin yerləşdiyi ünvanda həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində ədəd beynəlxalq poçt bağlamasına baxış keçirilib. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunda qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyata alınmamış həmin bağlamalarda müxtəlif şəxslərin adlarına cəmi 23 min manat dəyərində elektron qurğular aşkar edilərək götürülüb.

Dövlət Gömrük Komitəsi tərəfindən bu barədə aparılmış ilkin araşdırmalar nəticəsində ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş kommersiya təyinatlı yüklərin saxta sənədlərdən istifadə edilərək aldatma yolu ilə, Azərbaycan Respublikasının gömrük orqanlarına düzgün bəyan edilmədən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi, habelə bu məqsədlə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin vəzifəli şəxsləri tərəfindən xidmət üzrə ümumi himayədarlıq müqabilində müxtəlif şirkətlərin rəhbərlərindən rüşvət alınması, eləcə də səhlənkarlıq faktlarına görə Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1(qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə), 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə başlanmış cinayət işi aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə gönədərilib.

Baş İdarədə aparılmış istintaqla Komitənin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri Gömrük Postunun rəisi vəzifəsində işləmiş İsmayıl Abdullayevin postun rəis müavini Rəşad Rzayevlə qabaqcadan əlbir olub xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəkləri hərəkət və xidmət üzrə ümumi himayədarlıq müqabilində, yəni “Camex” və “Mover” məhdud məsuliyyətli cəmiyyətlərinin ölkəyə gətirdiyi və gömrük baxışında olan ayrı-ayrı şəxslərə məxsus malların rəhbəri olduğu gömrük postunda baxışının tam şəkildə həyata keçirilmədən qısa müddətə yekunlaşdırılmaqla malların şirkətlərin əməkdaşlarına və mal sahiblərinə təqdim edilməsinə görə Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda “Camex” MMC-nin icraçı direktoru Qurban Mərdanovdan aylıq 6 min manatolmaqla cəmi 18 min manat, habelə “Mover” MMC-nin icraçı direktoru Arif Şəmistanlıdan aylıq 6 min manatolmaqla, cəmi 12 min manat məbləğində pulu özü və qabaqcadan əlbir olduğu Rəşad Rzayev üçün sonuncu vasitəsilə rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edildiyindən İ.Abdullayev və R.Rzayevə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3-cü maddələri ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

MTN-in 7 vəzifəli şəxsi həbs olunub - Rəsmi açıqlama

20-10-2015

Azərbaycandan Yeni Zellandiyaya poçt bağlamasında 1 kq narkotikin göndərilməsinin qarşısı alınıb

09-10-2023

RYTN-in vəzifəli şəxslərinin həbs və istintaq müddəti uzadılıb

23-08-2016

Baş Prokurorluq nazirlikdəki həbslərlə bağlı rəsmi məlumat yayıb

13-11-2015

İnternetdə qumar oyunları təşkil edənlər məsuliyyətə cəlb olunub

17-02-2025

Bu gün RYTN-in sabiq yüksək vəzifəli əməkdaşlarının məhkəməsi başlayır

08-11-2016

MTN əməkdaşları gizli olaraq telefon danışıqlarını dinləyib – Rəsmi açıqlama

25-11-2015

Əli Abbasova cinayət işi açıldı

26-10-2016

İnternetdə qumar oyunu təşkil edənlərin işi məhkəməyə göndərilib

14-11-2025

Nazirliyin sabiq məmurlarının işi məhkəməyə göndərilib

11-10-2016

Əli Abbasov dövlətə vurulmuş ziyana görə 6,8 milyon manat ödəyib

16-11-2016

Onlayn qumar oyunları təşkil edən dəstənin məhkəməsi başlayıb

25-11-2025

RYTN-in sabiq əməkdaşlarının cinayət işi məhkəməyə göndərilib

03-10-2016

RYTN-in sabiq əməkdaşlarının cinayət işi icraata verilib

18-10-2016

Rabitə xidmətləri ilə qanunsuz məşğul olanlar barəsində cinayət işi başlanıb

21-04-2015

RYTN-in sabiq əməkdaşları azadlığa buraxılıb

06-10-2016

RYTN-in sabiq əməkdaşlarının məhkəməsi təxirə salınıb

06-10-2016

Azərbaycanda iri qida şirkətinə kiberhücum edilib, 60 min manat tələb olunub

17-07-2023

Aztelekom-un baş direktoru həbs edildi

17-11-2015

Aztelekom-un sabiq rəhbərinin həbs müddəti artırılıb

18-08-2016

Kibercinayətkarlıqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib

02-07-2025

Dövlət Təhlükəsizliyi Xidmətinə yeni səlahiyyət verilib

18-04-2019

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib

20-09-2024

RYTN-in keçmiş Aparat rəhbərinin həbs müddəti uzadılıb

14-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə