Azərbaycanın informasiya resurslarına son dövrlərdə kiberhücumlar həyata keçirilib.
Xeberler.az məlumat verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini Həsən Mansurov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) deyib.
Onun sözlərinə görə, kiber və texnoloji imkanlar geosiyasi təzyiq mexanizminə çevrilib:
"Bu hadisələr kibertəhdidlərin milli təhlükəsizlik üçün real təhdidlər yarada biləcəyini göstərir. Ümumiyyətlə, dünya hələ misli görünməmiş kiberdəyişikliklərin başlanğıcındadır".
DTX rəsmisi qeyd edib ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən enerji, nəqliyyat və kommunikasiya əlaqələrində mühüm mövqeyə malikdir:
"Bu infrastrukturların kibertəhlükəsizliyi təkcə ölkəmizin milli maraqlarına deyil, həm də beynəlxalq enerji təchizatına, ticarətə və iqtisadi əlaqələrə təsir göstərə bilər".
Rəis müavini həmçinin bildirib ki, Azərbaycan hazırlanmasında yaxından iştirak etdiyi BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını ratifikasiya edən ilk ölkələrdən biridir.
"Hazırda həm BMT-nin, həm də Avropa Şurasının kibercinayətkarlığa qarşı konvensiyalarını ratifikasiya etmiş yeganə dövlət Azərbaycandır. Azərbaycanın körpü diplomatiyası təcrübəsi dünyada unikal istinad mənbəyinə çevrilib və bu, kiberdiplomatiyanı da əhatə edir. Bu gün kiberməkanda qayda çatışmazlığından daha çox icra çatışmazlığı var. Diplomatiyanın effektivliyi isə bəyannamələrlə deyil, onların praktik nəticələri ilə qiymətləndirilməlidir".
Həsən Mansurov eyni zamanda vurğulayıb ki, Azərbaycanın dünyaya açıq diplomatiyası bu gün geniş regionda sülh və əməkdaşlıq gündəliyinə xidmət etməklə yanaşı, ölkənin coğrafi və demoqrafik ölçülərindən dəfələrlə böyük beynəlxalq diplomatik təsirə malikdir.
























Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları