Previous Next
Bağla

Azərbaycanda bu il qeydə alınmış kiberhücumların sayı açıqlanıb

19-11-2026 11:15
Azərbaycanda bu il qeydə alınmış kiberhücumların sayı açıqlanıb

Bu il Azərbaycanda 134 mindən çox botnet yoluxması, zərərli kontent yerləşdirilmiş 2 mindən çox sayt, 300-dən çox "web defacement" və DDoS hücumu müəyyən edilib.

Xeberler.az məlumat verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) deyib.

Onun sözlərinə görə, hınçu 10 APT qrupunun fəaliyyəti ətraflı araşdırılıb: "Ölkə səviyyəsində kibertəhdid və insidentlər barədə məlumat mübadiləsini təmin edən xüsusi platformaya 60 qurum qoşulub, platforma vasitəsilə 28 mindən çox təhdid indikatoru paylaşılıb. Bu göstəricilər kibertəhdidlərin miqyası və onlara qarşı əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini bir daha nümayiş etdirir. Bununla yanaşı, əsas hədəfimiz yalnız təhdidlərin aşkarlanması deyil, onların qarşısının qabaqcadan alınması və mümkün insidentlərin dövlət xidmətlərinə təsirinin minimuma endirilməsidir".

S. Əsədov bildirib ki, bu istiqamətdə hüquqi baza da ardıcıl olaraq təkmilləşdirilməkdədir: "2024-cü ilin 14 iyul tarixli qanunu ilə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində institusional idarəetmənin təkmilləşdirilməsi, kibertəhdidlərə qarşı vahid koordinasiya mexanizmlərinin, Milli CERT, Milli SOC və rəqəmsal tədqiqat mərkəzlərinin yaradılması nəzərdə tutulmuşdur. Kibertəhlükəsizliyin təmin edilməsində texnoloji vasitələrlə yanaşı, insan kapitalının inkişafı da mühüm rol oynayır".

S.Əsədov informasiya mühitində dezinformasiyanın və məqsədyönlü informasiya manipulyasiyalarının yaratdığı risklərin vaxtında müəyyən edilməsi xüsusi əhəmiyyət daşıdığı qənaətindədir: "Bu təhdidlərin sərhəd tanımadığını nəzərə alaraq, onlara qarşı mübarizədə beynəlxalq əməkdaşlıq artıq seçim deyil, zərurətdir. Baş verən dəyişikliklər və tətbiq olunan yeniliklər ölkəmizdə kibertəhlükəsizlik ekosisteminin daha da təkmilləşdirilməsinə, müasir çağırışlara hazırlıq səviyyəsinin artırılmasına xidmət edən "Azərbaycanın İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üzrə Strategiyası" və "Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üzrə fəaliyyət planı" üzrə müəyyən olunan hədəflər bütün aidiyyəti qurumlar tərəfindən icra olunmaqdadır. Qeyd olunan istiqamətlərdə əsas məqsədimiz ölkənin kibertəhlükəsizlik potensialının gücləndirilməsi, kibertəhdidlərin aşkarlanması və insidentlərə koordinasiyalı cavabvermə mexanizmlərinin inkişaf etdirilməsidir. Bu məqsədlə texniki araşdırmaların aparılması, kibertəhdidlər barədə məlumatların təhlili, təhlükəsizlik boşluqlarının müəyyən edilməsi və aidiyyəti tərəflərə operativ məlumat mübadiləsinin təşkili xüsusi əhəmiyyət daşıyır".

Texnologiyaların sürətli inkişafının dövlətlərin iqtisadi, siyasi və təhlükəsizlik prioritetlərinə əsaslı təsir göstərdiyini deyən nazir müavini bu gün texnoloji üstünlüyün yalnız innovasiya və iqtisadi inkişaf göstəricisi deyil, eyni zamanda strateji təsir və milli təhlükəsizlik amili olduğunu hesab edir: "Xüsusilə süni intellektin müxtəlif sahələrə inteqrasiyası beynəlxalq münasibətlərin xarakterini, dövlətlər arasındakı güc balansı və kiberməkanda mövcud təhlükəsizlik yanaşmalarını dəyişdirir. Azərbaycan Prezidenti İlham Əliyev müasir dövrdə ideoloji işin aparılmasının, bu sahədə formal yanaşmalardan uzaqlaşmağın və yeni metodların tətbiqinin vacibliyini vurğulayıb. Ən müasir müdafiə sistemləri belə istifadəçilərin rəqəmsal təhlükəsizlik qaydalarına əməl etmədiyi şəraitdə arzuolunan nəticəni təmin edə bilmir. Bu səbəbdən kibertəhlükəsizlik üzrə maarifləndirmə, peşəkar kadr potensialının artırılması və ümumilikdə cəmiyyətin rəqəmsal savadlılığının inkişafı uzunmüddətli təhlükəsizlik strategiyamızın ayrılmaz bir hissəsidir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

Kibertəhlükəsizlik sahəsində yeni dövlət qurumu fəaliyyətə başlayıb

04-06-2026
XRİTDX: Müasir dünyada süni intellekt informasiya müharibələrinin xarakterini dəyişib

XRİTDX: Müasir dünyada süni intellekt informasiya müharibələrinin xarakterini dəyişib

19-11-2026
İnternet provayderləri üçün yeni öhdəliklər müəyyən edilir

İnternet provayderləri üçün yeni öhdəliklər müəyyən edilir

24-06-2026
6 ayda Azərbaycan üzrə 2 000 zərərli resurs zərərsizləşdirilib

6 ayda Azərbaycan üzrə 2 000 zərərli resurs zərərsizləşdirilib

04-06-2026
Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

05-06-2026
İnformasiya və informasiyanın mühafizəsi haqqında yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İnformasiya və informasiyanın mühafizəsi haqqında yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

07-07-2026
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

Azərbaycanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik riskləri reyestri yaradılacaq

28-08-2023
Müdafiə Nazirliyi və İRİA kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

Müdafiə Nazirliyi və İRİA kibertəhlükəsizlik üzrə əməkdaşlığı genişləndirir

09-07-2026
Müdafiə sektorunda kibertəhlükəsizliyin aktual istiqamətləri müzakirə edilib

Müdafiə sektorunda kibertəhlükəsizliyin aktual istiqamətləri müzakirə edilib

02-10-2026
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026
Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

Dövlət Xidmətinin əməkdaşı Avstriyada beynəlxalq konfransda iştirak edib

14-05-2026
Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

Azərbaycanın informasiya məkanında təhlükəsizlik riskləri müəyyənləşdiriləcək

28-08-2023
Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Sahib Ələkbərov: Azərbaycanda İnformasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

19-09-2024
Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı

Azercell-in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı

21-07-2026
Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

Akademik: Kibertəhlükəsizlik sahəsində elmi potensialın gücləndirilməsi vacibdir

04-06-2026
İnternet informasiya ehtiyatlarının sahibləri üçün yeni öhdəliklər müəyyənləşib

İnternet informasiya ehtiyatlarının sahibləri üçün yeni öhdəliklər müəyyənləşib

10-08-2026
"AmCham": Milli kibertəhlükəsizlik koordinasiya mərkəzi yaradılmalıdır

"AmCham": Milli kibertəhlükəsizlik koordinasiya mərkəzi yaradılmalıdır

29-01-2026
Dövlət informasiya resurslarına çoxsaylı kibertəhdidlərin qarşısı operativ alınıb

Dövlət informasiya resurslarına çoxsaylı kibertəhdidlərin qarşısı operativ alınıb

04-06-2026
Vahid kibertəhlükəsizlik platformasının yaradılması ilə bağlı proseslərə başlanılıb

Vahid kibertəhlükəsizlik platformasının yaradılması ilə bağlı proseslərə başlanılıb

02-10-2026
Fərid Osmanov: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 90 faizdən çoxu işlə təmin olunub

Fərid Osmanov: Kibertəhlükəsizlik Mərkəzinin məzunlarının 90 faizdən çoxu işlə təmin olunub

22-07-2026
“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

“Azərbaycanda kibertəhlükəsizliyə yanaşma yüksək səviyyədədir”

23-09-2023
İRİA: "Kibertəhlükəsizlik hədəf strateji prioritetə çevrilir"

İRİA: "Kibertəhlükəsizlik hədəf strateji prioritetə çevrilir"

22-07-2026
“AzInTelecom” "FIRST" təşkilatına üzv qəbul edilib

“AzInTelecom” "FIRST" təşkilatına üzv qəbul edilib

21-08-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə