Previous Next
Bağla

Azərbaycan qlobal kibertəhlükəsizlik xəritəsini formalaşdıran ölkəyə çevrilir

11-02-2026 12:25
Azərbaycan qlobal kibertəhlükəsizlik xəritəsini formalaşdıran ölkəyə çevrilir

Milli Məclisin Prezident İlham Əliyev tərəfindən təqdim edilmiş “BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası”nın ratifikasiyası haqqında Qanun layihəsini qəbul etməsi Azərbaycanın beynəlxalq hüquq və qlobal təhlükəsizlik sistemində artan rolunun mühüm göstəricisidir. Həmin qərarla Azərbaycan təkcə Konvensiyaya qoşulan dövlətlərdən biri kimi çıxış etmir, eyni zamanda, ratifikasiya prosesini ilk tamamlayan ölkə olaraq lider mövqe nümayiş etdirir. Bu fakt ölkənin beynəlxalq hüquqi təşəbbüslərdə passiv icraçı deyil, normayaratma prosesində fəal subyekt olduğunu bir daha təsdiqləyir.

Xeberler.az məlumat verir ki, bu barədə Media Təhlil Mərkəzinin (MTM) hazırladığı analitik məqalədə bildirilir.

Qeyd edilir ki, BMT-nin “Kibercinayətkarlığa qarşı Konvensiyası” təsadüfi olaraq “XXI əsrin Konvensiyası” adlandırılmır. Rəqəmsallaşmanın sürətlənməsi, dövlətlərin, iqtisadiyyatların və cəmiyyətlərin informasiya texnologiyalarından asılılığının artması kibercinayətkarlığı qlobal təhlükəsizlik gündəliyinin mərkəzinə çıxarıb. Bu gün kibercinayətlər yalnız maliyyə fırıldaqları ilə məhdudlaşmır, onlar dövlət institutlarının fəaliyyətinin pozulması, kritik infrastrukturun sıradan çıxarılması, seçki proseslərinə müdaxilə və transmilli terror şəbəkələri ilə əlaqəli fəaliyyətləri də əhatə edir. Belə şəraitdə Konvensiya kibercinayətkarlıqla mübarizə sahəsində hüquqi baxımdan məcburedici qlobal çərçivə formalaşdıran ilk sənəd kimi çıxış edir. Bu, indiyədək mövcud olan tövsiyə xarakterli mexanizmlərdən əsaslı şəkildə fərqlənir və beynəlxalq hüquqda yeni mərhələnin əsasını qoyur.

Konvensiyanın yekun layihəsinin hazırlanması prosesində Azərbaycanın fəal iştirakı xüsusi qeyd olunmalıdır. Dövlət Təhlükəsizliyi Xidməti, Xarici İşlər Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və digər qurumların nümayəndələrindən ibarət heyət çoxtərəfli danışıqlarda prinsipial və konstruktiv mövqe nümayiş etdirərək sənədin mətninə substantiv töhfələr verib. Bu iştirak yalnız texniki deyil, həm də siyasi baxımdan əhəmiyyətlidir. Azərbaycan kibertəhlükəsizlik məsələlərində regional çərçivə ilə məhdudlaşmayan, qlobal miqyasda düşünən aktor kimi çıxış etdiyini sübut edib.

2024-cü ilin dekabrında BMT Baş Assambleyasında Konvensiyanın qəbul edilməsi və 2025-ci ilin oktyabrında Hanoyda keçirilən imzalanma mərasimində 74 dövlətin sənədə qoşulması onun beynəlxalq legitimliyini daha da möhkəmləndirib. Böyük Britaniya, Fransa, Çin, Rusiya, Türkiyə, Avstraliya və digər aparıcı dövlətlərin iştirakı Konvensiyanın geniş konsensus əsasında formalaşdığını göstərir. Sənədin milli parlamentlər tərəfindən ratifikasiyası isə onun real hüquqi qüvvə qazanmasının əsas şərtidir. Bu baxımdan Azərbaycanın ratifikasiya prosesini ilk tamamlayan ölkə olması mühüm siyasi mesajdır. Bu addım rəsmi Bakının qlobal təhlükəsizlik təşəbbüslərinə verdiyi önəmi və kibertəhlükəsizlik gündəliyində liderlik iddiasını açıq şəkildə ortaya qoyur.

Azərbaycanın bu prosesi digərlərindən əvvəl başa çatdırması ölkəyə gələcəkdə Konvensiyanın icrası, təfsiri və institusional mexanizmlərinin formalaşdırılması ilə bağlı müzakirələrdə əlavə söz haqqı qazandırır. Bu, ölkənin beynəlxalq hüquq sistemində mövqeyini daha da gücləndirən amildir.

Konvensiyanın ratifikasiyası milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarının fəaliyyətini keyfiyyətcə yeni mərhələyə yüksəldir. Sənəd elektron sübutlarla bağlı beynəlxalq hüquqi prosedurları tənzimləyir, transmilli istintaqların effektivliyini artırır və təxirəsalınmaz beynəlxalq əməkdaşlıq mexanizmləri yaradır. Bu isə kibercinayətlərə operativ reaksiya verilməsinə, sübutların itirilməsi və ya manipulyasiya olunmasının qarşısının alınmasına real imkanlar açır.

Xüsusilə transmilli xarakter daşıyan kibercinayətlər kontekstində bu mexanizmlər Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Çünki kiberməkanda sərhədlər mövcud deyil və bu sahədə mübarizə yalnız milli deyil, beynəlxalq səviyyədə aparılmalıdır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Prezident BMT-nin Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib

Prezident BMT-nin Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib

23-02-2026
Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib

Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib

25-12-2024
DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

DTX-də Kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

04-06-2026
Azərbaycan “Kibercinayətkarlığa qarşı” Konvensiyanı imzalayıb

Azərbaycan “Kibercinayətkarlığa qarşı” Konvensiyanı imzalayıb

28-10-2025
Prezident "Kibercinayətkarlığa qarşı" Konvensiyanı təsdiqləyib

Prezident "Kibercinayətkarlığa qarşı" Konvensiyanı təsdiqləyib

23-02-2026
Dövlət Xidmətinin nümayəndələri BMT Baş Assambleyasının sessiyasında iştirak edib

Dövlət Xidmətinin nümayəndələri BMT Baş Assambleyasının sessiyasında iştirak edib

13-02-2024
DTX rəsmisi: "Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək"

DTX rəsmisi: "Rəqəmsal sübut anlayışı tam hüquqi status əldə edəcək"

03-02-2026
Azərbaycan kibertəhlükəsizlik reytinqində 21 pillə irəliləyib

Azərbaycan kibertəhlükəsizlik reytinqində 21 pillə irəliləyib

05-05-2026
Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib

Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksi üzrə dünya reytinqində 21 pillə irəliləyib

06-05-2026
Azərbaycan Qafqaz və Mərkəzi Asiyanın kibertəhlükəsizlik mərkəzinə çevrilir

Azərbaycan Qafqaz və Mərkəzi Asiyanın kibertəhlükəsizlik mərkəzinə çevrilir

10-10-2025
Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

Azərbaycanın rəqəmsal təhlükəsizlik sistemi mühüm transformasiyadadır

05-06-2026
XRİTDX: Son 5 ildə dünyada kiberhücumların sayı artıb

XRİTDX: Son 5 ildə dünyada kiberhücumların sayı artıb

05-09-2025
MM BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib

MM BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib

10-02-2026
Hanoyda BMT-nin kibercinayətkarlıq haqqında paktı imzalanacaq

Hanoyda BMT-nin kibercinayətkarlıq haqqında paktı imzalanacaq

22-10-2025
“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

“4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb

04-06-2026
Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda Bakı Bəyannaməsi qəbul edilib

Kiberdiplomatiya üzrə Beynəlxalq Konfransda Bakı Bəyannaməsi qəbul edilib

01-10-2024
Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

Kibertəhlükəsizlik laboratoriyaları nə üçün yaradılır? - Şərh

06-02-2026
Kritik infrastrukturlara olan qlobal kibertəhdid aktorlarının hücumlarının qarşısı vaxtında alınıb

Kritik infrastrukturlara olan qlobal kibertəhdid aktorlarının hücumlarının qarşısı vaxtında alınıb

09-10-2025
Dohada 7-ci Qlobal Təhlükəsizlik Forumu yekunlaşıb

Dohada 7-ci Qlobal Təhlükəsizlik Forumu yekunlaşıb

01-05-2025
İnformasiya təhlükəsizliyi üzrə milli standartlar hazırlanır

İnformasiya təhlükəsizliyi üzrə milli standartlar hazırlanır

22-09-2008
Kibercinayətkarlıq Konvensiyasının m10 tipli insidentlər üçün bir faydası olacaqmı? - Ekspert

Kibercinayətkarlıq Konvensiyasının m10 tipli insidentlər üçün bir faydası olacaqmı? - Ekspert

24-02-2026
İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

İdarə rəisi: Azərbaycanda beynəlxalq səviyyəli kiberdiplomatların hazırlanması üçün təlimlər keçiriləcək

18-04-2024
Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

16-06-2026
IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

IV Milli Kibertəhlükəsizlik Forumu Azercell-in dəstəyi ilə keçəcək

02-06-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə