Previous Next
Bağla

Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib

25-12-2024 11:11
Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib

Dekabrın 24-də BMT Baş Assambleyası çərşənbə axşamı -“Kibercinayətkarlığa qarşı BMT Konvensiyası”nı qəbul edib.

Xeberler.az məlumat verir ki, bu, kiber cinayətkarlıqla mübarizə aparmaq və cəmiyyətləri rəqəmsal təhdidlərdən qorumaq məqsədi daşıyan əlamətdar qlobal müqavilədir.

Hüquqi cəhətdən məcburi olan Konvensiya BMT-yə üzv dövlətlərin beşillik səylərinin nəticəsi olaraq qəbul edildi. Bu prosesdə habelə vətəndaş cəmiyyətləri, informasiya təhlükəsizliyi mütəxəssisləri, akademiklər və özəl sektor nümayəndələri iştirak ediblər.

BMT-nin Baş katibi Antonio Quterreş Konvensiyanın qəbul edilməsini alqışlayaraq Konvensiyanın “son 20 ildə müzakirə edilən ilk beynəlxalq cinayət ədaləti müqaviləsi” olduğunu qeyd etdi. Baş katib bildirdi ki, “yeni müqavilə təhlükəsiz kiberməkanın təşviqinə xidmət edəcək və bütün dövlətləri Konvensiyaya qoşulmağa və onu müvafiq maraqlı tərəflərlə əməkdaşlıq şəklində həyata keçirməyə çağırır.”

Qeyd edək ki, Beynəlxalq Konvensiyanın hazırlanması üzrə “Ad Hoc” Komitənin bu il BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında keçirilmiş yekun sessiyasında ölkəmizi Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Xarici İşlər Nazirliyinin əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti təmsil edib.

Ötən müddət ərzində Azərbaycan nümayəndə heyəti informasiya və kommunikasiya texnologiyaları vasitəsilə törədilən cinayət əməllərinin kriminallaşdırılması, beynəlxalq hüquqi və texniki yardım öhdəlikləri, elektron sübutların mühafizəsi, toplanılması və təqdim olunmasına dair beynəlxalq əməkdaşlıqla bağlı prinsipial hesab edilən məsələlərə dair müvafiq təkliflər verib və Komitə tərəfindən Azərbaycan tərəfinin təqdim etdiyi bütün təkliflər qəbul edilərək yekun Konvensiya layihəsinin mətnində öz əksini tapıb.

Kibercinayətkarlığa qarşı BMT Konvensiyası yeni əsrin konvensiyası hesab edilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Prezident BMT-nin Konvensiyası üzrə səlahiyyətli orqanları müəyyən edib

23-02-2026

Dövlət Xidmətinin nümayəndələri BMT Baş Assambleyasının sessiyasında iştirak edib

13-02-2024

Azərbaycan “Kibercinayətkarlığa qarşı” Konvensiyanı imzalayıb

28-10-2025

MM BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib

10-02-2026

Azərbaycan qlobal kibertəhlükəsizlik xəritəsini formalaşdıran ölkəyə çevrilir

11-02-2026

Prezident "Kibercinayətkarlığa qarşı" Konvensiyanı təsdiqləyib

23-02-2026

MM BMT-nin "Kibercinayətkarlığa qarşı" Konvensiyasını təsdiq edəcək

28-01-2026

Azərbaycan BMT-nin illik iclasında təmsil olunub

23-09-2019

İnformasiya təhlükəsizliyi üzrə milli standartlar hazırlanır

22-09-2008

Bakıda kibercinayətkarlıqla mübarizəyə dair seminar keçiriləcək

23-11-2009

BMT-nin Baş katibi süni intellekt ekspertlərinə müraciət edib

04-03-2026

Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlərin əlavə edilməsi qəbul edilib

10-02-2026

Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlərin əlavə olunması qəbul edilib

03-03-2026

Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlər əlavə olunub

19-03-2026

Süni intellekt üzrə beynəlxalq elmi qrup formalaşdırılıb

13-02-2026

Azərbaycan kibercinayətkarlığa qarşı beynəlxalq tədbirdə iştirak edib

14-03-2009

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

10-04-2019

Qanunvericiliyə kibercinayətkarlıqla bağlı yeni terminlər əlavə edilir

29-01-2026

BMT Baş katibi: “Süni intellektin zəkanın idarə olunması ilə bağlı qlobal addım atılmalıdır”

24-09-2024

BMT idarələri kibertəhlükələrə qarşı birləşəcək

22-05-2011

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın iclası keçirilib

16-01-2026

BMT kiberməkan üçün ABŞ-ın təklif etdiyi normaları qəbul edəcək

14-07-2015

Tbilisidə İnternetlə idarəetmə beynəlxalq forumu keçirilib.

06-06-2018

Antonio Quterreş: Süni intellekt geosiyasi ziddiyyətləri dərinləşdirə bilər

12-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə