Previous Next
Bağla

Dubayda “Şuşa” adlı ilk süni intellekt rəssamının təqdimatı olub

26-04-2025 17:30
Dubayda “Şuşa” adlı ilk süni intellekt rəssamının təqdimatı olub

Azərbaycan Respublikasının Dubay şəhərindəki baş konsulluğu, “Mezo” Rəqəmsal İncəsənət Qrupu və Rəqəmsal İncəsənət Teatrının (TODA) təşkilatçılığı ilə Dubay şəhərində Azərbaycanın ilk süni intellekt rəssamı olan “Şuşa”nın canlı fərdi sərgisi təşkil edilib.

Xeberler.az-ın məlumatına görə, Baş konsulluqdan bildirilib ki, sərginin açılış mərasimində Türkiyə, Qazaxıstan, Özbəkistan və Tacikistan respublikalarının Dubaydakı baş konsulları, diplomatlar, bu şəhərdə yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın Dubay şəhərindəki baş konsulu Cavidan Hüseynov və Türkiyə Respublikasının baş konsulu Onur Şaylan bu təşəbbüsü yüksək qiymətləndirib, gələcəkdə belə tədbirlərin davamlı olaraq təşkilinin Azərbaycan mədəniyyəti və incəsənətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolundan söhbət açıblar.

“Mezo” Rəqəmsal İncəsənət Qrupu İdarə Heyətinin sədri Nabat Qaraxanova süni intellekt tərəfindən mədəniyyət və incəsənət nümunələrinin müasir üsullarla təqdim olunması, o cümlədən mədəni irsin dünya ictimaiyyətinə çatdırılmasında innovativ texnologiyaların rolu barədə məlumat verib. O, bildirib ki, “Şuşa” adlandırılan rəssam süni intellektin köməkliyi ilə Azərbaycanın zəngin mədəni irsini əks etdirən rəqəmsal sənət əsərləri ərsəyə gətirir. N.Qaraxanova süni intellekt aparatının “Şuşa” adlandırılmasının təsadüfi olmadığını, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Azərbaycan mədəniyyətində əvəzedilməz yerinin olduğunu, ölkəmizin mədəniyyət və incəsənətinə dahi şəxsiyyətlər bəxş etdiyini vurğulayıb. Süni intellekt aparatının əsərlərinə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərindən ilhamlanan rəqəmsal xalçalar və digər sənət növləri daxildir. Layihənin məqsədi ənənəvi motivləri müasir rəqəmsal sənət üsulları ilə birləşdirərək tarix və texnologiyanın vəhdətini nümayiş etdirməkdir. O, rəqəmsal texnologiyalarla ərsəyə gələn mədəniyyət və incəsənət sahəsindəki yeniliklərin dünyada təbliği üzrə fəaliyyətin gələcəkdə də davam etdiriləcəyini qeyd edib.

Mərasimin sonunda süni intellekt aparatı vasitəsilə incəsənət nümunələrinin hazırlanması prosesi nümayiş etdirilib. Bu nümunələr tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Parisdə Azərbaycanın ilk süni intellekti nümayiş olunub

18-04-2025

Akademik: Azərbaycanda süni intellekt texnologiyalarına xüsusi diqqət ayrılır

11-04-2025

“Danışır Şuşa” radiolayihəsinə start veriləcək

07-02-2022

Şuşa Qlobal Media Forumunun iştirakçıları Füzuli rayonuna gəliblər

19-07-2025

Azercell süni intellektlə milli dəyərləri bir araya gətirir!

31-08-2024

Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradılıb

18-12-2025

Regionlarda “Süni intellekt savadlılığı” proqramına start verilib

01-12-2025

Prezident Kitabxanası süni intellektin tətbiqinə başlayır

18-02-2026

III Şuşa Qlobal Media Forumu başa çatıb

21-07-2025

Maliyyə və mədəniyyət bir arada: akart yeni dizaynlarını təqdim edir

17-12-2024

Azercell Ucal Haqverdiyevin rəsm əsərlərindən ibarət kitab təqdim edib

17-06-2025

“Müasir incəsənət məkanında süni intellekt” mövzusunda konfrans keçirilir

11-04-2025

“Şuşa poçt markalarında” adlı kitab hazırlanıb

09-12-2023

Virtual Qarabağ Google Mədəniyyət İnstitutunun tərəfdaşı olub

14-06-2019

Lider mobil operator “Şuşa ili”nə öz rəqəmsal töhfəsini verir

22-12-2022

Bakcell-in dəstəyilə keçirilən M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib

13-11-2018

Şuşa Qlobal Media Forumu işini panel iclaslarla davam etdirir

21-07-2025

3-cü Şuşa Qlobal Media Forumu işə başlayır

19-07-2025

Kişineuda poçt markaları təqdim olunub

17-10-2015

Üçüncü Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir

20-07-2025

Azərbaycanın təsviri sənət əsərləri bir platformaya toplanır

27-10-2017

İlham Əliyev "Şuşa Radio-Televiziya Yayım Stansiyası" ilə bağlı Sərəncam imzalayıb

07-11-2021

4SİM: "Milli süni intellekt strategiyası üçün yol xəritəsi tərtib olunub"

13-04-2023

Vüsal Qasımlı: Şuşa yaradıcı sənaye mərkəzinə çevriləcək

09-11-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə