Previous Next
Bağla

Kişineuda poçt markaları təqdim olunub

17-10-2015 20:31
Kişineuda poçt markaları təqdim olunub

Azərbaycanın Müstəqillik Günü ərəfəsində ölkəmizin Moldova Respublikasındakı səfirliyində Azərbaycan və moldav xalq rəqslərinə həsr edilmiş poçt markalarının birgə buraxılışının rəsmi təqdimatı və markalara poçt ştempeli vurulması proseduru keçirilib.

Ölkəmizin Kişineudakı diplomatik nümayəndəliyindən Xeberler.az-a verilən məlumata görə, iki qardaş xalqın çoxəsrlik ənənələrini və bənzərsiz mədəniyyətini əks etdirən bu poçt markalarının buraxılışı Azərbaycanın Moldovadakı səfirliyinin təşəbbüsü, habelə Azərbaycanın Azərmarka və Moldovanın Poşta Moldovei”müəssisələrinin birgə fəaliyyəti sayəsində mümkün olub.

Markaların rəsmi təqdimatı mərasimində Azərbaycanın Moldovadakı səfiri, ölkəmizin Filatelistlər İttifaqının sədri Namiq Əliyev çıxış edib. Səfir vurğulayıb ki, bu markaların buraxılması hər iki ölkənin filatelistlərinin həyatında və mədəni sahədə Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin təbliği üzrə siyasətinin həyata keçirilməsini təcəssüm etdirən mühüm hadisə kimi, Azərbaycan və Moldova xalqları arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.

Sonra çıxış edən Moldovanın mədəniyyət naziri Monika Babuk qeyd edib ki, bu əlamətdar hadisə Azərbaycan və moldav xalqlarının dostluğunu, onların mənəvi yaxınlığını və öz mədəni köklərinə bağlılığını bir daha nümayiş etdirir.

Tədbirdə Azərmarka məhdud məsuliyyətli cəmiyyətinin direktoru İntiqam Bağırlı və Poşta Moldovei dövlət müəssisəsinin baş direktorunun müavini Sergey Batyuşka çıxış edib. Daha sonra Azərbaycan və moldav xalq rəqslərinə həsr edilmiş poçt markalarına rəsmi poçt ştempeli vurulması proseduru keçirilib.

Tədbirdə Türkiyə, Bolqarıstan, Rusiya, Polşa, Gürcüstan, Belarus, Qətər və Ukraynanın Moldovadakı səfirləri, bu ölkənin Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin nümayəndələri, Şərqi Moldova və Feleşt Yepiskopu Filaret, Moldova Respublikasının sabiq ombudsmanı Aureliya Qriqoriu, diplomatlar, universitetlərin rektorları, yaradıcılıq ittifaqlarının rəhbərləri, alimlər, incəsənət xadimləri, ictimai xadimlər, kolleksiyaçılar, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak ediblər.

Tədbirdə Azərbaycan haqqında, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında poçt markalarının və mətbu nəşrlərin sərgisi təşkil edilib.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Strasburqda Azərbaycan markalarının təqdimatı keçirilib

Strasburqda Azərbaycan markalarının təqdimatı keçirilib

16-10-2009
Yeni poçt markalarının təqdimatı olub

Yeni poçt markalarının təqdimatı olub

29-09-2015
Azərbaycan-Ukrayna əlaqələrinə həsr olunan poçt bloku təqdim olunub

Azərbaycan-Ukrayna əlaqələrinə həsr olunan poçt bloku təqdim olunub

05-12-2022
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poçt markalarının möhürlənməsi mərasimi olub

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan poçt markalarının möhürlənməsi mərasimi olub

23-09-2023
BakıFilEkspo V Milli Filateliya sərgisi işə başlayıb

BakıFilEkspo V Milli Filateliya sərgisi işə başlayıb

08-11-2018
Aprel döyüşlərinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib

Aprel döyüşlərinə həsr olunmuş poçt markalarının təqdimatı keçirilib

03-04-2019
İndiyədək 11 mindən çox poçt markası nəşr olunub

İndiyədək 11 mindən çox poçt markası nəşr olunub

15-07-2017
Dövlət Bayrağı Günü münasibətilə poçt markası dövriyyəyə buraxılıb

Dövlət Bayrağı Günü münasibətilə poçt markası dövriyyəyə buraxılıb

05-11-2015
28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

28 May – Respublika Günü tariximizin ən şanlı və parlaq səhifələrindəndir

28-05-2021
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

09-11-2019
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2016
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

09-11-2017
Dubayda “Şuşa” adlı ilk süni intellekt rəssamının təqdimatı olub

Dubayda “Şuşa” adlı ilk süni intellekt rəssamının təqdimatı olub

26-04-2025
Parisdə Azərbaycanın ilk süni intellekti nümayiş olunub

Parisdə Azərbaycanın ilk süni intellekti nümayiş olunub

18-04-2025
Poçt markalarına həsr olunmuş film təqdim olunub

Poçt markalarına həsr olunmuş film təqdim olunub

09-10-2025
Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirak edib

Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirak edib

01-02-2019
Ümummilli lider Heydər Əliyevin anadan olmasından 94 il ötür

Ümummilli lider Heydər Əliyevin anadan olmasından 94 il ötür

10-05-2017
Azərbaycan Moldova ilə İT sahəsində əməkdaşlıq edə bilər

Azərbaycan Moldova ilə İT sahəsində əməkdaşlıq edə bilər

16-12-2022
Azərmarka yeni marka seriyaları təqdim edib

Azərmarka yeni marka seriyaları təqdim edib

15-12-2009
Ümummilli lider Heydər Əliyevin vəfatından 14 il ötür

Ümummilli lider Heydər Əliyevin vəfatından 14 il ötür

12-12-2017
Azərbaycan-Belarus sənədləri imzalanıb

Azərbaycan-Belarus sənədləri imzalanıb

19-11-2018
Azərbaycan Regional Rabitə Birliyinin tədbirlərində iştirak edir

Azərbaycan Regional Rabitə Birliyinin tədbirlərində iştirak edir

24-08-2010
Heydər Əliyevlə bağlı bu il 7 xarici ölkədə poçt markası buraxılacaq

Heydər Əliyevlə bağlı bu il 7 xarici ölkədə poçt markası buraxılacaq

06-05-2023
BakuTel 2018 sərgisində iki yeni markalı kitabın təqdimatı keçirilib

BakuTel 2018 sərgisində iki yeni markalı kitabın təqdimatı keçirilib

07-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə