Previous Next
Bağla

Agentliyin nümayəndə heyəti "Dövlət Sektorunda İnnovasiya Forumu"nda iştirak edib

11-12-2025 16:15
Agentliyin nümayəndə heyəti "Dövlət Sektorunda İnnovasiya Forumu"nda iştirak edib

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rumıniya Hökumətinin Baş katibinin dəvəti əsasında Buxarest şəhərində səfərdədir.

Xeberler.az məlumat verir ki, Dövlət Agentliyinin nümayəndə heyəti Rumıniya Hökumətinin Baş Katibliyinin təşkilatçılığı ilə keçirilən "Dövlət Sektorunda İnnovasiya Forumu"nda iştirak edib.

Açılış mərasimində Dövlət Agentliyinin sədri innovasiyaların və müasir texnologiyaların dövlət xidmətlərinin səmərəliliyinin artmasındakı rolu və bu istiqamətdə "ASAN xidmət" tərəfindən görülmüş işlər barədə məlumat verib.

Forum çərçivəsində Rumıniyada dövlət xidmətləri sahəsində tətbiq olunan innovativ həllərin təqdimatı, həmçinin seçilmiş layihələrin mükafatlandırılması mərasimi baş tutub.

"ASAN xidmət" Rumıniya Hökumətinin təşəbbüsü və dəvəti ilə bu ölkədə dövlət xidmətləri sahəsində həyata keçirilmiş layihələrin cari il üzrə qiymətləndirilməsində və mükafatlandırılmasında iştirak edib.

"ASAN xidmət" modelinin dövlət xidmətləri sahəsində innovasiyaların və rəqəmsal həllərin tətbiqi ilə əldə etdiyi qabaqcıl nailiyyətlərinə istinad edilərək müsabiqənin qaliblərindən biri Dövlət Agentliyi tərəfindən seçilib və qalibə xüsusi olaraq təsis olunmuş "ASAN" mükafatı təqdim olunub.

Xüsusi "ASAN" mükafatının qalibi Rumıniyanın Yaşı şəhəri tərəfindən həyata keçirilmiş layihə olub. Mükafatın qalibi olmuş layihənin nümayəndələri və Yaşı şəhər rəhbərliyi "ASAN xidmət" təcrübəsi ilə yerində tanış olmaq imkanı əldə edəcəklər.

"ASAN xidmət"ə dair mükafat ilk dəfə olaraq Avropa İttifaqı üzv ölkəsinin nümayəndələrinə təqdim olunub. Bundan öncəki dövrdə müvafiq mükafat Afrika qitəsində dövlət xidmətləri sahəsində qabaqcıl nailiyyətlər əldə etmiş dövlətlərin nümayəndələrinə təqdim edilib.

Forum çərçivəsində həmçinin "ASAN xidmət"ə həsr edilmiş xüsusi sessiya keçirilib və Dövlət Agentliyinin nümayəndəsi tərəfindən müvafiq sahə üzrə ölkəmizin qabaqcıl təcrübəsi barədə geniş təqdimat edilib.

Səfər zamanı baş tutan tədbir və görüşlərdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov da iştirak edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı müzakirələr aparılıb

12-12-2025

“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

05-12-2025

“ASAN xidmət” dövlət xidmətləri sahəsində beynəlxalq Forum keçirir

15-12-2022

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019

Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir

06-12-2024

Pakistanda “ASAN xidmət” konsepsiyası tətbiq ediləcək

11-09-2025

Yaponiya nümayəndə heyəti ASAN xidmətdə

26-07-2019

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018

ABŞ-ın nümayəndə heyəti ASAN xidmət mərkəzində olub

13-11-2019

Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

28-02-2020

Nepalın baş prokuroru “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

01-10-2024

Dövlət Agentliyinin nümayəndə heyəti Nyu-Yorkda səfərdədir

10-04-2019

Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasında səfərdə olub

02-06-2025

ASAN xidmət təcrübəsi Afrika şəhərlərinin 8-ci Forumu-nda

24-11-2018

"ASAN xidmət" modelinin tətbiqi üçün 30 ölkə ilə əməkdaşlıq edilir

02-12-2025

Türkmənistan Məclisinin sədri ASAN xidmətin fəaliyyəti ilə tanış olub

04-11-2019

Qazaxıstan nümayəndə heyəti “ASAN xidmət”də olublar

07-04-2026

Dövlət Agentliyinin nümayəndə heyəti Uqanda Respublikasına səfər edib

28-03-2022

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

10-04-2025

Qırğız nümayəndə heyəti “ASAN xidmət”də olublar

05-09-2025

Qvineya-Bisaunun naziri “ASAN xidmət”də olub

03-12-2024

Azərbaycanın “ASAN xidmət” modeli Daşkənddə təqdim olunub

02-06-2025

Seneqal “ASAN xidmət” modelini dövlət idarəçiliyi sahəsində tətbiq edəcək

03-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə