Previous Next
Bağla

Dövlət Agentliyinin nümayəndə heyəti Uqanda Respublikasına səfər edib

28-03-2022 19:23
Dövlət Agentliyinin nümayəndə heyəti  Uqanda Respublikasına səfər edib

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyəti  Uqanda Respublikasına səfər edib. Səfər Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında 2018-ci ildə imzalanmış Anlaşma Memorandumunun implementasiyası və Uqandada “ASAN xidmət” modeli əsasında vahid məkandan dövlət və özəl xidmətlər göstərən mərkəzlərin təşəkkül tapması prosesi çərçivəsində reallaşdırılıb.

Xeberler.az bildirir ki, səfərin ilk günü  nümayəndə heyəti Uqandanın ictimai xidmətlər üzrə dövlət naziri  Meri Muqasa Akiiki ilə görüşüb. Görüşdə Dövlət Agentliyi ilə Uqandanın Dövlət Xidmətləri Nazirliyi arasındakı əməkdaşlıqdan bəhs edilib, həmçinin Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülmüş işlər və planlaşdırılan layihələrin əhəmiyyəti vurğulanıb.  Nazir “ASAN xidmət” modelinin Uqandada tətbiqi ilə əlaqədar hazırlanmış fəaliyyət planının icrası çərçivəsində Dövlət Agentliyinin nümayəndə heyətinin səfərinə böyük əhəmiyyət verdiklərini qeyd edib,  müvafiq sahə üzrə Azərbaycanın qabaqcıl təcrübəsinin bölüşülməsi istiqamətində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.​

Səfər çərçivəsində Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyinin  aparatının rəhbəri Katerin Musinqvire və Nazirliyin digər yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər zamanı Dövlət Agentliyinin nümayədələri tərəfindən dövlət xidmətlərinin göstərilməsi, rəqəmsal hökumət və sosial innovasiyalar sahəsində Dövlət Agentliyi tərəfindən həyata keçirilən ən son layihələr barədə təqdimatlar edilib.

Səfər zamanı, həmçinin Uqandanın Xarici İşlər Nazirliyi, İnformasiya-Kommunikasiya Texnologiyaları Nazirliyi, Milli İnformasiya Texnologiyaları İdarəsinin rəhbər heyətləri ilə görüşlər baş tutub.

Bundan əlavə Dövlət Agentliyinin nümayəndə heyəti Kampala, Entebbe və Kasese şəhərlərində fəaliyyət göstərən “Uqanda Xidmət Mərkəz”lərinin fəaliyyəti ilə də yaxından tanış olub və mərkəzlərin işinin təkmilləşdirilməsi istiqamətində öz təklif və tövsiyələrini verib. Entebbe və Kasese şəhərlərində olarkən nümayəndə heyəti müvafiq şəhərlərin merləri ilə də görüşüb.

​Eyni zamanda dövlət xidmətləri sahəsində mümkün əməkdaşlıq istiqamətlərinin müzakirəsi məqsədilə Uqandada fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirilib.

​Səfərin yekunları ilə əlaqədar  təşkil edilmiş mətbuat konfransı zamanı Dövlət Agentliyinin nümayəndə heyəti tərəfindən Uqandanın nüfuzlu yerli kütləvi informasiya vasitələrinin sualları cavablandırılıb.

Uqandanın Dövlət Xidmətləri Nazirliyinin rəsmiləri ilə aparılmış müzakirələrin nəticəsi olaraq Uqandada “Xidmət Mərkəz”lərinin fəaliyyətinin Azərbaycanın “ASAN xidmət” modeli əsasında təkmilləşdirilməsi prosesinin davam etdirilməsi, eləcə də bu istiqamətdə iki qurum arasında mövcud Yol xəritəsinin yenilənməsi, Uqandanın Dövlət Xidmətləri Nazirliyinin əməkdaşlarına Dövlət Agentliyinin nümayəndələri tərəfindən təlimlərin keçirilməsi barədə razılıq əldə olunub. ​​

Uqandada keçirilmiş görüşlərdə Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında müvəqqəti işlər vəkili Ruslan Nəsibov da iştirak edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan və Özbəkistan arasında Anlaşma Memorandumu imzalanıb

07-10-2019

Uqandalı nazir “ASAN xidmət”də olub

27-08-2025

İndoneziya ASAN xidmət modelini seçib-Foto

26-07-2017

“ASAN xidmət”in nümayəndə heyəti Venesuelaya səfər edib

13-05-2026

Dövlət Agentliyinin nümayəndəsi Fransada və Mərakeşdə səfərdə olub

26-10-2019

Nepalın nümayəndə heyəti “ASAN xidmət”də olublar

28-02-2020

Efiopiya nümayəndə heyəti “ASAN xidmət”də olub

02-12-2024

ASAN xidmət Mərakeşdə keçirilən forumda iştirak edir

22-06-2018

Azərbaycanın “ASAN xidmət” modeli Daşkənddə təqdim olunub

02-06-2025

“ASAN xidmət”in nümayəndə heyəti Dünya Hökumətlər Sammitində iştirak edib

13-02-2025

ASAN xidmət-in BMT forumunda iştirakı davam edir

25-06-2018

"ASAN xidmət"in Rumıniyada tətbiqi ilə bağlı müzakirələr aparılıb

12-12-2025

Somali “ASAN xidmət” təcrübəsini öyrənir

09-07-2025

“Koreya-Azərbaycan Dövlət Xidmətləri və Sosial İnnovasiyalar” seminarı keçirilib

06-09-2024

Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir

06-12-2024

“ASAN xidmət”in nümayəndə heyəti Kamboca Krallığına səfər edib

05-12-2025

Agentliyin nümayəndə heyəti "Dövlət Sektorunda İnnovasiya Forumu"nda iştirak edib

11-12-2025

Dövlət Agentliyinin nümayəndə heyəti Barbados Respublikasında səfərdə olub

02-06-2025

“ASAN xidmət” modeli Ruandada tətbiq ediləcək

30-06-2025

ASAN xidmət təcrübəsi Afrika şəhərlərinin 8-ci Forumu-nda

24-11-2018

“ASAN xidmət”in Afrikada tətbiqi genişləndiriləcək

23-06-2025

Efiopiyada "ASAN xidmət" mərkəzi açılıb

21-06-2025

“ASAN xidmət” özbək rəsmilər üçün təlim proqramı reallaşdırıb

27-11-2025

Türkiyənin və Slovakiyanın nümayəndə heyətləri “ASAN xidmət”də olublar

05-02-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə