Previous Next
Bağla

Dünyada ilk bioyanacaqla təchiz edilən bina tikilib

18-05-2016 15:44
Dünyada ilk bioyanacaqla təchiz edilən bina tikilib

Almaniyanın Hamburq şəhərində isitmə və kondisionerləşdirmə üçün enerjini yosunlardan alınan bioyanacaqdan hasil edən dünyanın ilk yaşayış binası istismara verilib.

Daha bir yenilik ondan ibarətdir ki, su bitkiləri Bio Intelligent Quotient (BIQ) House adlanan həmin bu binada becərilir. 

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat  verir ki, 15 mənzilli beşmərtəbəli yaşayış binasının iki divarı - cənub-şərq və cənub-qərb tərəfi Hamburqdan axan Elba çayında bitərək bina üçün yeganə istilik enerji mənbəyi kimi çıxış edən yosunlardan ibarət 129 düz akvariumla üzlənib. Akvariumlara avtomatik qidalı maddələr və karbon qazı verilir. Bundan başqa, şəffaf rezervuarlardan hər biri günəş batareyaları kimi Günəşin istiqaməti üzrə dönə bilir.

Bildirilir ki, yayda yosunlar fəal şəkildə böyüyür və çoxalırlar. Onların sayı akvariumlarda çoxalanda, xammalın bir hissəsi binanın daxilinə çatdırılaraq burada xüsusi qurğu onu bioyanacağa çevirir. Məhz “yaşıl” yanacağın yandırılması binanı qışda istiliklə təmin edir.

Üç ilə tikilən BIQ binasına 5 milyon avroya yaxın vəsait xərclənib. Bu, Avropada inşası Internationale Bauausstellung (IBA) beynəlxalq arxitektura layihələndirmə şirkətlər qrupu tərəfindən maliyyələşdirilən 16 binadan biridir. Qrupun məqsədi ekoloji təmiz binaların yaradılmasının iqtisadi baxımdan sərfəli və rentabelli olmasını sübut etməkdir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Yosunların köməyilə mobil qurğuları enerji ilə doldurmaq mümkün olacaq

Yosunların köməyilə mobil qurğuları enerji ilə doldurmaq mümkün olacaq

24-12-2015
Jurnalistlərin binasına sürətli internet çəkiləcək

Jurnalistlərin binasına sürətli internet çəkiləcək

22-07-2017
Dubayda 3D printerlə ofis binası tikiləcək

Dubayda 3D printerlə ofis binası tikiləcək

03-07-2015
İstiliyi qış üçün toplayan texnologiya

İstiliyi qış üçün toplayan texnologiya

24-01-2017
BƏƏ-də günəş enerjisi ilə təmin edilən hotel açılacaq

BƏƏ-də günəş enerjisi ilə təmin edilən hotel açılacaq

06-05-2015
Facebook-un yeni göydələni- Foto

Facebook-un yeni göydələni- Foto

25-09-2017
Soltanlı kəndində “ağıllı kənd” yanaşmaları tətbiq olunacaq.

Soltanlı kəndində “ağıllı kənd” yanaşmaları tətbiq olunacaq.

24-11-2023
Yaşıl İT sahəsində problemlər araşdırılır

Yaşıl İT sahəsində problemlər araşdırılır

02-05-2018
Yaşıl göydələnlər havanı təmizləyəcək

Yaşıl göydələnlər havanı təmizləyəcək

16-02-2017
“Google” 1,8 mlrd. dollarlıq yeni ofisi

“Google” 1,8 mlrd. dollarlıq yeni ofisi

24-12-2010
Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

Azercell-in günəş enerjisi ilə çalışan baza stansiyaları Qarabağda!

14-10-2022
Dünyanın ilk üzən şəhəri tikiləcək

Dünyanın ilk üzən şəhəri tikiləcək

14-04-2015
Ağstafada rabitə xidməti xərcləri 3 dəfə artıb

Ağstafada rabitə xidməti xərcləri 3 dəfə artıb

25-09-2015
Bu gün ilin ilk Günəş tutulması baş verəcək

Bu gün ilin ilk Günəş tutulması baş verəcək

15-02-2018
Floridada sürücüsüz məktəbli avtobusunun sınaqları keçirilir

Floridada sürücüsüz məktəbli avtobusunun sınaqları keçirilir

28-09-2018
"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

"COP29-un dayanıqlı gələcək naminə tərəfdaşlıqları” adlı tədbir keçirilib

11-11-2024
Yarım saniyəyə enerji toplayan akkumulyator icad edilib

Yarım saniyəyə enerji toplayan akkumulyator icad edilib

10-05-2016
Yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

Yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək

20-11-2024
Üzən elektrik stansiyası  işə salınıb

Üzən elektrik stansiyası işə salınıb

02-02-2016
Yeni texnologiya günəş enerjisini 18 il saxlayacaq

Yeni texnologiya günəş enerjisini 18 il saxlayacaq

05-10-2018
Nağdsız qaydada alınmış mənzilə görə ƏDV-nin bir hissəsi hansı şərtlərlə qaytarılır?

Nağdsız qaydada alınmış mənzilə görə ƏDV-nin bir hissəsi hansı şərtlərlə qaytarılır?

07-02-2023
ABŞ səfirliyi günəş panelləri quraşdırır

ABŞ səfirliyi günəş panelləri quraşdırır

11-08-2022
Günəş elektrik stansiyası milyonlarla istehlakçını enerji ilə təmin edəcək

Günəş elektrik stansiyası milyonlarla istehlakçını enerji ilə təmin edəcək

25-11-2015
Ekspert: Bir bina bir provayderindir

Ekspert: Bir bina bir provayderindir

22-09-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə